beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana gözləri ilə baxmaq

Anası qızını çox sevir,həmişə ona “dünya gözəli”deyirdi. Elə o özü də buna şübhə etmirdi. Badam gözlü,aybənizli bir qızı kim sevməzdi ki?

Ancaq qız məktəbə gedəndən sonra hər şey dəyişdi. Sinif yoldaşları onun o qədər də gözəl olmadığını deyirdi. Hətta çirkin deyənlər də var idi. Qız əvvəlcə onlara inanmadı,ona paxıllıq etdiklərini düşündü.

Ancaq çox keçməmiş həqiqət ortaya çıxdı. Onun “badam gözləri”çaş idi. Üstəlik anası dediyi kimi ağbənizli də deyildi. Deməli anası uzun illər ona yalan demişdi.

Get-gedə qızın anasına olan sevgisi nifrətə çevrildi.Ərə getmək vaxtı çatsa da üzünə baxan belə yox idi. Üstəlik bütün müalicələrə baxmayaraq gözləri də düzəlmirdi. Hətta həkimlər nə vaxtsa gözlərinin tutulacağını da deyirdi.

Nəhayət qız dözməyib evdən getmək qərarına gəldi. Ancaq anası başqa bir şəhərdə iş tapdığını deyərək ondan qabaq evdən çıxıb getdi....
Bir müddət sonra həkimlər dediyi kimi qızın gözləri tutuldu. O öz qaranlıq dünyası ilə tək qalsa da anasına nifrəti soyumamışdı. Bir gün həkimlər onun gözlərini dəyişmək üçün göz tapdıqlarını dedilər. Qız əvvəlcə razı olmaq istəmədi. Çünki gözü açılınca yenə də eybəcərliyini görməli olacaqdı. Amma kor yaşamaq da çətin idi. Heç olmasa başqalarına yük olmayacaqdı…

Əməliyyat uğurla keçdi. Qız əməliyyatdan sonra qorxa-qorxa güzgüyə yaxınlaşdı. Güzgüdə özünü görəndə dəhşətə gəlmişdi. Qarşısında sanki dünya gözəli dayanmışdı.üzündəki ləkələrdən əsər-əlamət qalmamışdı.qulaqları yöndəmsiz deyildi,saçları da dalğa-dalğa olmuşdu. Qız yanındakı yaşlı həkimi qucaqlayaraq ,sevinclə “Gözlərimə inana bilmirəm. Elə bil dünyaya yenidən gəlmişəm. Olmaya üzümü,burnumu ,qulağımı siz dəyişmisiz?”-soruşdu. Yaşlı həkim gülümsəyərək cavab verdi: “yox biz heç nəyi dəyişməmişik,sadəcə olaraq sənə ananın gözlərini qoymuşuq. İndi sən özünə ananın gözləri ilə baxırsan”.


Tarix: 03.12.2014 / 13:58 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Maraqli Hekayeler