Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möcüzə

Sally, kiçik qardaşı George haqqında ana və atasının danışmalarını eşitdiyi zaman yalnız səkkiz yaşında idi. Qardaşı ağır xəstə idi və onu qurtara bilmək üçün əllərindən gələn hər şeyi etmişlərdi, Georginin yalnız çox bahalı bir əməliyyatla xilas olma şansı vardı lakin bunun üçün lazımı qədər pulları yox idi. Atasının, ümidsiz bir şəkildə anasına belə pıçıldadığını eşitmişdi. «Yalnız bir möcüzə onu qurtara bilər.» Bu sözləri eşidər eşitməz, yavaşca öz otağına getdi Sally. Donuz formasındakı pul topladıqı qabı gizlədiyi yerdən çıxardaraq içindəki pulları yavaşca yerə tökərək saymağa başladı. Yanılmaya düşməmək üçün tam üç dəfə saydı pul qabindaki çıxardığı xırda pulları. Sonra hamısını cibinə qoyaraq tələsiklə evdən çıxıb, küncdəki əczaxanaya getdi.

Əczaçının diqqətini çəkə bilmək üçün böyük bir səbirlə gözlədi. Alıcılar çox idi və bir adama dərmanlarını necə istifadə edəcəyini izah edirdi. Bu sıx işin arasında səkkiz yaşındakı bir uşaqla maraqlanmağa heç niyyəti yox idi amma Sallyın gözlədiyini görüncə «Bəli, nə istəyirsən söylə baxaq» dedi. «Bir az tez ol, gördüyün kimi bəy-əfəndiylə maraqlanıram» deyərək yanındakı qəşəng geyimli adamı göstərdi. Sally «Qardaşım» dedi. Səssizcə udqunduqdan sonra davam etdi: «Qardaşım çox xəstə, bir möcüzə almaq istəyirəm.» Əczaçı Sallya baxaraq «Anlaya bilmədim» dedi. "Şeyy, atam 'Onu ancaq bir möcüzə qurtara bilər' dedi, bir möcüzə neçiyədir, ?" Əczaçı Sallya sevgi və yazığı gələrək baxdı bu dəfə:
«Təəssüf edirəm kiçik qız, biz burada möcüzə satmırıq, sənə köməkçi ola bilməyəcəyəm» dedi. Sally o qədər asan imtina etmək istəmədi. Əczaçının gözlərinin içinə baxaraq «Qarşılığını ödəmək üçün pulum var mənim, mənə yalnız qiymətini söyləməniz kafi» dedi. Bu vaxt Sally və əczaçının yanında gözləyən yaxşı geyimli bəy Sallya dönərək «Nə növ bir möcüzə lazımdır qardaşın üçün kiçik xanım? deyə soruşdu. „Bilmirəm“ dedi Sally. Sonra gözlərindən aşağı süzülən yaşlara aldırmadan davam etdi:

möcüzə„Tək bildiyim, o çox xəstə və anam əməliyyat keçirməzsə xilas ola bilməyəcəyini söylədi və ailəmin də əməliyyat üçün ödəyə biləcəkləri pulları yox. Amma atam 'Onu ancaq bir möcüzə qurtara bilər' dəyincə mən də pulumu götürüb bura gəldim.“ „Nə qədər pulun var?“ deyə soruşdu yaxşı geyimli adam. „Bir dollar və on bir sent“ dedi Sally. „Və dünyadakı bütün pulum bu!“ „Bu yaxşı bir şans, kiçik qardaşını qurtarmaq üçün lazımlı olan möcüzə üçün lazımı qədər pul“ dedi, yaxşı geyimli adam. Adam bir əlinə pulu aldı, o biri əliylə də Sallyın əlini tutaraq „Məni yaşadığın yerə apararsanmı lütfən?“ deyə soruşdu. „Kiçik qardaşını və ailəni tanımaq
istəyirəm“ dedi.

Yaxşı geyimli adam Dr. Carlton Armstronq idi və Corc üçün lazımlı olan əməliyyatı edə biləcək tanınmış bir cərrah idi. Əməliyyat müvəffəqiyyətlə nəticələnmiş və ailə heç pul ödəməmişdi. Birlikdə xoşbəxtlik içində evlərinə döndükləri zaman hələ yaşadıqları hadisələrin təsirindən xilas ola bilməmişldilər. Anası hələ inana bilmirəm. Bu əməliyyat bir möcüzə! Doğrusu xərci nə qədərdir maraqlanıram» dedi. Sally öz-özünə gülümsədi. O bir möcüzənin nə qədər olduğunu çox yaxşı bilirdi. Tam tamına bir dollar və on bir sent!...


Tarix: 01.12.2014 / 14:03 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Maraqli Hekayeler
loading...