beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaxt və milçək

Bir gün bir milçək vaxtı dayandırmağı qərara aldı. və bir qum saatına girərək, qum saatının ortasında dayandı.sandglass Artıq qum saatından qum axmırdı. Bunu görən milçək: «Vaxtı dayandırdım, artıq bundan sonra nə qocalmaq var, nə də ölmək!» — deyə sevindi. Beləliklə, qum günlərlə, hətta həftələrlə axmadı. Ancaq milçək yenə də qum saatının içində qocaldı. Artıq gücü də qalmamışdı. Axırda məcbur olub qum saatından çıxdı. Milçək elə: «Görəsən, vaxtı dayandırdığım halda niyə qocaldım?» — deyə düşünürdü ki, oradan keçən qoca bir milçək: "Çünki sənin dayandırdığın vaxt yox, qum idi!" — dedi.


Tarix: 03.12.2014 / 13:47 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqli Hekayeler