Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanın ölüm anında ən çox peşman olduğu məqamlar

İnsanların ölüm döşəyindəykən ən çox dostları və əlindən çıxanlar üçün peşman olduğu bildirilir. Bronnie Vare, «The Top Five Regrets of the Dying — A Life Transformed by the Dearly Departing» adlı kitabında ölüm yatağında insanların ən çox peşman olduğu şeyin digər insanlarla əlaqələrindəki səhlənkarlıq olduğunu bildirib.

İnsanlar ölümlə üz-üzə gəldikdə çox əhəmiyyətli dəyişikliklər keçirir. Vare, xəstələrinin ölümlə üzləşdiyi zaman inkar, qorxu, hirs, peşmançılıq və.s mərhələlərdən keçdiyini söyləyib.

Xəstələrindən ən çox nə üçün peşman olduqlarını soruşan Vare, aldığı cavabları beş başlıq altında cəmləşdirib:

1. «Kaş ki başqalarının məndən gözlədiyi həyatı davam etdirmək əvəzinə xəyallarımı gerçəkləşdirmək cəsarətim olaydı.»

Müəllif bildirir ki, insanların əksəriyyəti ömürlərinin son anında geri qayıtmayacaqlarını anlayırlar. Arzuladıqları işlərin çox böyük bir qisimini həyata keçirmədikləri üçün peşman olurlar.

2. «Kaş bu qədər çox işləməyəydim.»

Vare qeyd edir ki, kişi xəstələrin böyük əksəriyyəti işlərinə görə ailələrinə və dostlarına kifayət qədər vaxt ayıra bilmədikləri üçün peşman olurlar. Kişi xəstələrin böyük bir qismi əgər həyata qayıtmaq şansları olsa, geri qayıdıb uşaqları daha çox vaxt keçirmək istərdilər.

3. «Kaş ki duyğularımı dilə gətirməyə cəsarətim olaydı.»

İnsanlar bəzən digərləri ilə əlaqələrini müəyyən bir səviyyədə saxlamaq üçün duyğularını gizlətdiyini deyən Vare, gizlədilən duyğuların insan sağlamlığına son dərəcə mənfi təsir qoyduğunu bildirib.

4. «Kaş ki dostlarımla əlaqəmi davam etdirəydim.»

Müəllif qeyd edir ki, insanlar ölüm yatağında ən çox keçmiş dostları üçün darıxırlar.

5. «Kaş ki özümə daha çox xoşbəxt olmaq üçün icazə verəydim.»

Vare, ölüm yatağındakı xəstələrinin «Kaş ki daha çox güləydim, kaş ki axmaq işlər görməyəydim» deyərək peşmanlıqlarını dilə gətirdiyini sözlərinə əlavə edib.

ÖLÜM NƏDİR?

Ölüm — canlı orqanizmin həyat fəaliyyətinin dayanmasıdır. Ölümdən sonrakı həyat haqqında müxtəlif fərziyələr mövcuddur:

Yaşadığı müddətdə insanın beynindən keçən bütün fəaliyyətlər səs və görüntü dalğaları ilə yüklənmiş dalğalar kimi ruha yüklənmiş olduğu üçün özündə heç bir dəyişiklik hiss etdirmədən yaşayır və insan ruh olaraq eyni bədəndə olduğu kimi yaşamağına davam edir. Ancaq bir fərqlə: həmin bədəndə tamamilə şüurlu və canlı olmasına baxmayaraq maddı bədənindən istifadə edə bilməz. Xaricdə olan hər şeyi görür, duyur, ancaq xaricə özü haqqında məlumat verə bilmir.

Böyük islam alimi İbrahim Həqqi özünün «Mərifətnamə» əsərində Məhəmməd peyğəmbərin dilindən ölüm hadisəsini belə nəql edir: "Ölən kəs bədənini kimin yuduğunu, kimin kəfənlədiyini, kimlərin namaz qıldığını, kimlərin ardınca gəldiyini bilir."

Əgər insan ölümdən sonra yaşamasaydı, onda qəbir əzabı deyilən bir söz də olmazdı.

Məhəmməd Peyğəmbərdən soruşurlar ki, möminlərin ən ağıllısı hansıdır. O da cavab verir kı, ölümdən sonrakı həyata ən çox hazırlananı. Günahkarlar mütləq qəbir əzabını yaşayırlar, hətta, heyvanlar da onların səsini eşidirlər. Böyük islam alimi İmam Qəzali belə söyləyir: "İnsanların ölümü yoxluq kimi qarşılamaqları yanlışdır. Dirilmənin ilk yaradılış kimi ikinci bir yaradılış olduğunu zənn etmək də yanlışdır. Əslində insan oğlunun bir çox dirilməsi vardır, onun dirilməsi iki dəfədən ibarət deyildir."

İslamda deyilir: «Qəbrə qoyulan adamın şüuru yerində, ağlı başındadır. Qiyamətə qədər də yaşamağını şüurlu olaraq davam etdirər. Qiyamətdə o günün şərtlərinə uyğun yeni bədəninə qovuşar.

7-ci İmam, İmam Musa ibn Cəfər (Ə) bir qəbrin başı üzərində dayanıb buyurdu: „Bir şeyin ki, axırı budur, elə əvvəldən ona qəlb bağlamamaq yaxşıdır. Bir şeyin ki, əvvəli budur, onun aqibətindən qorxmaq yaxşıdır.“


Tarix: 03.12.2014 / 13:21 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqli Hekayeler
loading...