beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu gün də qurtarsaydı....

Kayzenə üzv olan gündən nə isə maraqlı bir şey yazmaq istəyirdim, ancaq vaxt çatışmamazlığı və ilham pərisinin mənə uzun müddətdir ki, baş çəkməməsi buna inkan vermirdi. Bu iş günü də qurtarsa idi, gedərdim evə. Bəlkə evdə hansısa mövzu haqda yaza bilərdim. Əslində bir tərəfdən iş gününün bitməsini istəyirəm, digər tərəfdən isə fikirləşirəm ki, həyat elə sürətlə keçir ki, onsuz da heç bunu arzulamağa dəyməz. Onsuz da bu gün axşam olacaq. Mənimlə, ya mənsiz. Bu günün bir dənə də önəmi ondan ibarətdir ki, bu gün maaş günüdür.
Sabah cümə günüdür, sabahkı günü həftənin digər günlərindən daha çox istəyirəm. Əslində bu gün həm də müqəddəs gündür, ancaq mənim xoşuma daha çox sabahkı günlərin istirahət günləri olmasıdır. Həmin gün nə qədər çoz yorulsam da bu hal mənə təsəlli verir. Axı sabah saat 11-ə kimi yatacam. 6-cı günlər saata baxıb saatın bir göz qırpımında saat 15-00 oldüğünü görəndə anlayıram ki, bu gün də belə getdi.
Bazar günlər çalışıram ki, səhər tez durum, axı istirahət gününü yalnız yatmaqla xərcləyə bilmərəm. Ancaq yenə də həftə boyu yığılıb qalan işlər ( uşağı nənə-babası agilə aparmaq, maşını ustaya, moykaya aparmaq, bərbərə aparmaq) günü aparır. Axşam tərəfi isə dostlarla çay içib günü başa vururam. Bu da mənim həftə boyu gözlədiyim 6-bazar)))
Budur, vaxt-vədə yetişdi, komandirski den, işə getmək vaxtı yaxınlaşdı. Belə ağır gün, üstəlik də Bakı-Sumqayıt yolunun tıxacı, vah-vah-vah)) Gəl indi yuxulu-yuxulu işlə.
İkinci gün nisbətən yüngüldür, Gunun yarısı Mərkəz ofisdə iclasda keçdiyindən xəbərimiz olmur. Axşam isə bizi evdə sevimli komandamızın futbol matchı gözləyir.
Üçüncü gün - gecə gec yatdığımızdan səhər adətən yuxudan durmağımla maşının açarını götürüb qaçmaq bir olur, gecikməyimiz bir yana, təzədən o qədər mərtəbəni geri qayıdıb ayaqqabının digər tayını da geyinmək əlavə vaxt aparır))) Artıq işdə vaxt normal keçir. Hamı dünənki oyun barəsində öz təsüratlarını danışır. Arada da iş görəndə -hər şey normal.
Bu da 4-gün. Bu iş günü də qurtarsa idi......
Ömrümüzdən günlər su kimi axıb gedir.


Tarix: 03.12.2014 / 13:28 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Maraqli Hekayeler