beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çörək

Bu hadisəni bir dostumdan eşitmişdim… Dostumun evində televizor xarab olur. Televizoru təmir etmək üçün gələn usta, televizorun arxasını açır. Ancaq gördüyü mənzərədən özünü saxlaya bilməyərək gülür. Çünki televizorun arxası çörək qırıntıları ilə dolu idi və sözsüz ki, bunu evdəki 4 yaşlı qızcığazdan başqa heç kim edə bilməzdi.
Bəlkə də bu hadisə hər hansı birimizin evində baş versəydi, tez özümüzdən çıxar və həmən uşağı elə ustanın yanındaca cəzalandırardıq. Ancaq ata heç halını da pozmur. Usta gedəndən sonra uşaqla danışır. Öyrəndiklərindən sonra isə oturub hönkür-hönkür ağlamağa başlayır. Heç demə, uşaq televizorda xəbərlərdə verilən ac uşaqları gördükcə, mətbəxdən çörəkləri gətirib, xırda-xırda doğrayaraq televizorun arxasındakı deşiklərdən içəri atırmış...


Tarix: 01.12.2014 / 17:54 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqli Hekayeler