beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyanet Qoxusu I hisse

Buradan getdiyi cemi bir il idi. Amma ne böyük deyişiklik yaranmışdı. Gözel qoyub getdiyi şeher bir az da gözelleşmişdi. Cemi bir ilin içerisinde onlarla bina, obyektler artmışdı. Hele teze park, yaşıllıqlar... Bu deyişiklikleri hiss etse de, fikri dağınıq idi. Göresen Aytac haqqında deyilenler doğrudur? Göresen?... Yox! Heç cür inanmaq istemirdi. Aytac heç vaxt bele hereket ede bilmez. Axı onlar bir-birini sevirler, işleri qaydaya salandan sonra nişanlanacaqlar. Sonra da toy edecekler. Anasının arzuladığı kimi - eve duvaqlı gelin getirecek Aytacı. Hele fikirleşir ki, toydan sonra imkan tapıb istirahet de götürer. Aytaca arzusunda olduğu İstanbul şeherini gezdirmek, oraları göstermek üçün. İlk defe universitetin qarşısından keçende görmüşdü onu. Dersden çıxan qız arxasınca gelen avaralardan narahat olub tele yolu keçende, az qalmışdı maşınla vursun onu. Onda Aytacın teşvişle baxan qeşeng, mavi gözlerini görende çaşıb
qalmışdı. Sonra da qızın sadelikle üzr istemesi onu valeh etmişdi. Herden ele olur ki, tanımadığımız, heç vaxt görmediyimiz bir insana sadece bir kelmeden bele vurula, heyran ola bilirik. Çox qeribedir bu heyat... O zaman Aytacın bir kelmesine, bir sözüne vurulmuşdu. Ve bu heyranlığı tamamlayan gözelliyine... Sonralar özü de bilmeden defelerle yolunu buradan salmışdı. Bax belece başlanmışdı her şey... Aytacı dünyalarca sevirdi. Valideynlerini elçiliye gönderib razılıq da almışdı. Nişan olmamışdısa da, razılıq elameti olaraq
bir üzük taxmışdılar. Birce gün sesini eşitmeyende üreyi rahatlıq tapmırdı. Boş vaxt tapanda ise günlerini sevimli Xezerin qumlu sahillerinde keçirirdiler daha çox.Herden deqiqelerle dayanıb mavi semaya, mavi denize ve Aytacın deniz kimi, sema kimi mavi
gözlerine baxırdı. O ise sade bir şıltaqlıqla gülüb baxışını yayındırırdı. Kiminse ona diqqetle baxmasından sıxılırdı.
O semimi, sade, gözel, mehriban baxışları unutmaq mümkün deyil. Bunları düşündükce Aytac haqqında deyilenlere inanmırdı. Ya da sadece inanmaq istemirdi... Çünki, getmemişden danışıb razılığa gelmişdiler. Onu tekmilleşdirme kursu üçün bir illik xarice göndermişdiler. Aytac da gözleyeceyini demişdi...
***
Qara rengli “Mersedes” markalı avtomobil qocaman bir ağacın yanında dayandı. Hemişeki görüş yeri. Amma hele o
gelmemişdi... Etrafı nezerden keçirib avtomobilden endi. Bura doğrudan da çox gözel yer idi. Vaxtile buranı görüş üçün özü beyenib seçmişdi. Yaz vaxtı buradakı yaşıllıq, tek ağacın yaşıllıqla vehdeti nadir resm eserlerine olduqca benzeyirdi. Bura gelende
hemişe ne ise daxili rahatlıq, azadlıq tapırdı ele bil. Sanki bu dünyada onlardan başqa bir kimse yox imiş... Defelerle tek de
gelmişdi bura. Yorulanda, sıxılanda, darıxanda, ferq etmez, her halında burada dinclik tapırdı. Amma indi nedense bu gözelliye fikirli-fikirli nezer salıb, geri qayıtdı. Her fesilde bir görünüş alan bu yer, fevralın sonları olmasına baxmayaraq, füsünkarlığını itirmese de, onun könlünü açmırdı. Avtomobilde eyleşib radionu qoşdu. Türk ifaçıları Kübariyye ve Tarkanın ifasında hezin bir mahnı seslenirdi. Onların seslerini beyense de, mahnı üreyini daha da sıxdı. Radionu söndürüb, oturacağa söykendi. Gözlerini avtomobilin tavanına dikdi. Ne düşündüse el telefonunu götürüb Aytacın nömresini yığdı. Uzun-uzadı çağırışa cavab gelmedi. Tekrar yığdı. Beşinci çağırışdan sonra sebri tükenib, zengi leğv etdi. Yeniden başını arxaya söykedi... Azacıq mürgülese de, pencerenin yüngülce döyülmesi onu
diksindirdi. Aytac... Onu gören kimi bir anlıq her şeyib unutdu. Tamamile her şeyi! Nece de gözel idi onun Aytacı. Onun
Aytacı?...
Duruxdu. Maşından düşdü. Ölkeye qayıdandan beri eve getmediyinden eyninde qırışmış penceyini çıxarıb avtomobilin salonuna atdı. Qollarını geniş açıb, Aytacı bağrına basdı. Hemişeki kimi gözel etir gelirdi saçlarından. Amma her şey
hemişeki kimi olmadı... Ele bil daş heykeli qucaqlamışdı. Birden-bire ele soyuq göründü ki, bu qız. Qollarını sallayıb düz
dayanmışdı. Onu özünden aralayıb, gözlerinin içine baxdı. Evvelki qığılcım, evvelki parlaqlıq yox idi bu gözlerde. Gözleri
bulanıqlaşmışdı. Sakitce baxırdı. Onun davranışından xeyanet qoxusu gelirdi... Xeyanetin de qoxusu olarmış sen deme. Tesviredilmez, her kesin duya bilmeyeceyi bir qoxu... Yalnız yaşayanların duyduğu, lakin kimseye qoxlada bilmediyi qoxu. Özü de nefesle
deyil, birbaşa ürekde duyularmış xeyanetin qoxusu...
Qızın qeşeng üzünü ovcuna aldı:
−Ne olub?
Aytac başını geriye çekdi:
−Danışmalıyıq, Rauf...
Nese uyğun gelmirdi ve bu onu daha artıq narahat etmeye başlamışdı. Dodaqlarını sıxdı:
−Hmmmm...
Eslinde o, Aytacın bu sözü deyeceyini gözlemirdi, hetta bele rahatlıqla deyeceyini:
−Bizimki alınmır, başa düşürsen, ne qeder ki gec deyil, seninki sende, menimki mende.
Rauf yuxudaymış kimi, bir addım geriledi:
−Deli olmusan?
−Deli olmamışam. Görürem ki, bizde alınmır. Bele xoşbext ola bilmerik.
Rauf hele de heyret içinde donub qalmışdı:
−Qızdırmalı adamlar kimi danışma! Ne danışdığını bilmirsen heç. Ne alınmır, ne? Mane olan nedir? De, bilim de!
Aytac hirsle elini yelledi:
−Sevgi! Mane olan da, qane etmeyen de sevgidir.
Rauf teeccüble onu süzdü, yaxınlaşıb onun çiyinlerinden tutdu:
−Meger men seni sevmirem? Sevmeseydim bele arxanca sürünmezdim. Bir aya nişanlanacağıq. Tez bir vaxtda evleneceyik. Bundan böyük sübut?
Aytac onun ellerini kenara çekdi:
−Yox, senin sevgine şübhem yoxdur. Bağışla meni, men sevmirem. Seve bilmirem. İsteyersen bütün ömrünü seni sevmeyen biri ile başa vurasan? Axı nece? Gec-tez bezeceksen.
Rauf olduqca sakit tonda soruşdu:
−Demeli, meni sevmediyini indi başa düşmüsen?
Aytac onun sakitliyinden qorxdu. Çoxlarının "tufanqabağı sükut" adlandırdığı bir susmaq idi bu. Üzünü yana çevirdi, amma Raufun sesini qaldırması onu diksindirdi:
−Cavab ver!

*Aytac onun gözlerine baxıb sert sesle dedi:
−Üstüme qışqırma! Yox, indi başa düşmemişem! Esl sevgiye rast gelende...
Raufun qezebden gicgahları guppuldayırdı. O hele Aytacı bu terzde, gözünü qırpmadan bele sözler deyen görmemişdi.Ola bilmezdi. Yox, bu başqasıdır. Onun mesum baxışlı sevgilisi deyil. Bele amansızcasına onun hislerini tapdalayan, sevgisini tehqir eden, iki il onu şirin dille oyuncağa çeviren o meleksima deyildi bu qız.Birden-bire onu ikrah bürüdü:
−Sen nişanlı sayılırdın, barmağında menim nişanımı daşıyırdın, Aytac! Sen nece qızsan axı? Hanı menliyin senin?
Hanı senin qürurun? Hanı mesumluğun? Yox, sen Aytac deyilsen. O bu sözleri deye bilmezdi. O demezdi!
Aytac bayaqkı reftarından utandımı, ya özünü ele göstermeye çalışdı:
−Bağışla, bele olmasını men de istemezdim. Bele alındı. - susub çantasından üzüyü götürdü. - Bir de ki, üzüyü çoxdan çıxarmışam barmağımdan...
Rauf nifretle sevgilisini süzdü. Aytac baxışını qaçırdı:
−Meni de başa düş. Men de xoşbext olmaq isteyirem. – üzüyü Raufa uzatdı.
Aytacın ona uzatdığı üzüyü esebi hereketle havaya tolazladı:
−Neyime lazımdır? Belke ele bilirsen üreyimin başından asacam?
−Besdir Rauf, kobud olma! Seven adam sevdiyinin xoşbextliyini isteyer.
−Hansı xoşbextlik? Menim bedbextliyim üstünde qurulan? Sen ona xoşbextlik deyirsen? Niye iki il uşaq kimi oynatdın meni? Barmağına dolayıb gülürdün, he? Mesxereye qoyurdun?He, Aytac?-Rauf özüne nezareti itirmişdi. Qızın qollarından tutub berk-berk silkeleyirdi. – De, neyi artıqdır onun menden?He, pulu var, varı-dövleti, villası... Axmaq! Sen bunları sevirsen! Seni servetdir xoşbext eleyen, gözünü tutan! Öldürecem seni!
Raufun qızarıb, qan çanağına dönmüş gözlerinden qorxan Aytac canını ondan qurtarmağa çalışırdı:
−Burax! Deli, burax deyirem! Zorla sevgi olmur. Qolum ağrayır, burax!
−Yalançı! Xain! Hamınız iblissiniz, yalançısınız. Xeyanetkarsınız! Lenete gelesiniz!
−Sen delisen, psixsen! Nifret edirem sene, alçaq...
Ağzının üstünden açılan sille onun sözünü yarımçıq qoydu.Rauf bir an etdiyi hereketden duruxdu. Aytacın dodağındakı partlaqda görünen qan cızığı getdikce qalınlaşıb, süzülmeye başlayanda, eli ile ağzını tutub hönkürdü. Rauf bir anlıq peşmançılıq keçirse de, qezeb yene üstün geldi:
−Redd ol burdan! Beş deqiqe vaxt verirem, burdan itilmesen
and olsun öldürecem seni!
Raufu yaxşı tanıyırdı. Bilirdi ki, dedise, dediyini edecek.Bir neçe addım arxaya çekilib, heyretden böyümüş gözlerini Raufa dikdi ve birden celd geri dönüb, süretle qaçmağa başladı. Rauf avtomobilin qarşısına söykendi. Bir neçe anlıq dişlerini sıxdı, birden çökerek berkden hönkürdü:
−Nifret edirem! Sene nifret edirem!
* * *
−Rauf, gel nahara.
−İstemirem.
−Ay oğul, dur gel. Qaşqabağını töküb durmaq yaraşmır sene.
−Besdi ana, qanım qaradır.
Gülnaz xanım kresloya yaxınlaşıb oğlunun dizi üstündeki noutbuku qaldırdı:
−Uşaq kimi çıqqaçıq salmısan. Yazır-pozur, yazır-pozur.Dur görüm.
Rauf qaşlarının düyününü açmadan stol arxasına keçdi.Anası onun çox sevdiyi yarpaq dolmasını bişirmişdi. Dolmalardan birini ağzına qoyub, dodaqaltı nese mızıldandı.
Gülnaz xanımı gülmek tutdu:
−Nolub, duzu azdır?
−Yox.
−Çoxdur?
−Yox...
−Adamın üreyin üzürsen e, nolub yene?
−Heç ne... Atam hanı?
Anası yaraşıqlı oğlunun boy-buxununu gözü ile oxşayıb başını buladı:
−Senden baş aça bilmedim axır, – kasadakı qatıqdan dolmanın yanına qoydu – çağırdılar, tecili getdi. Niye ki?
−Ele-bele soruşdum.
−Yaxşı, yemeyini ye! Çengelle oynama, boşqabı yaxın çek!
Son iki hefte erzinde ana oğlunun dodağında ilk defe tebessüm gördü:
−Neye gülürsen?
Rauf çengele keçirdiyi dolmanı ağzına qoyub, başını buladı:
−Heç, deyirem 25 yaşım var, hele de menimle uşaq kimi davranırsan. Çengelle oynama, boşqabı yaxın çek, daha neler...
Gülnaz xanım güldü:
−Sene gülmeli geler. Amma övlad ata-ana üçün ele hemişe uşaqdır.
Rauf ne düşündüse, boşqabı kenara çekdi:
−Çox dadlıdır, amma indi könlüm istemir. Axşam isidersen, mütleq yeyecem.
Gülnaz xanım ciddileşdi:
−İsteyirsen deyim niye istemir senin o könlün?
Rauf üz-gözünü turşutdu. Gülnaz xanım oğlunun yanına keçdi:
−Demirem ki, sene asan olsun. Onsuzda tekce sözle heç ne düzelmir. Amma, oğlum, başa düşmeye çalış, o öz yolunu seçdi. Neyin sehv, neyin düz olduğunu Allahdan yaxşı bilen yoxdur. Ne olur, yaxşılığa olur. Görünür ikinize de bele yaxşı imiş.
Rauf esebi döndü:
−Bes iki il meni barmağına dolamağına ne deyirsen?
−Onun babalı öz boynunadı. Oğlum, bütün heyatı qaşqabaqla, bedbinlikle keçirmek olmaz. Senin de qarşına öz qismetin çıxacaq. O da öz seçdiyi ile xoşbextdir.
Rauf ayağa qalxdı:
−Seni çox isteyirem, ana, amma xahiş edirem, bu sözü bir de deme. Men qadın tayfasına zerrece inanmıram. Heç kesi de üreyime yaxın buraxmayacam. İstesem de alımayacaq. Qırıldı menim bütün inamım da, güvenim de. Ele qırıldı ki, yaxşını da
pisden ayıra bilmirem daha... - boğazı göynedi - Aytacın xoşbextliyine hele baxarıq. Qoysam eger... – o bunu dilde deyirdi. Özü de bilirdi ki, pislik bacarmır.Gülnaz xanım ters-ters oğlunu süzdü:
−O ne sözdür?
−O söz deyil. Edende görecek. Men bilirem ki, Aytac ona da düzünü demeyib. Meni aldatdığı kimi onu da aldadıb. Yeqin deyib ki, onu menimle mecbur nişanlayıblarmış guya. Eh, kim bilir, menden evvel kimleri tora salıb. Amma onun şöhret arzusunu qoyacam üreyinde. Qoy çekdiyimin heç olmasa yarısını çeksin. Ana esebleşdi:
−Besdir! Menim oğlumun danışığına bax bir! Mahir kimi kişinin oğlunun danışığına bax. O namerdlikdir, nakişilikdir!Onsuz da hamı öz emellerine göre mükafatını alır. Allah ona bildiyi kimi ceza verecek. Amma senin o hereketin kişilikden olmaz! Ne qazanacaqsan, ay oğul? Vicdanı olan vicdan ezabı, bir ömür boyu peşmanlıq qazanar. Bele nakişiliyi sığışdırarsan özüne? İndi hirslisen. Hirsli başda ağıl olmaz! Yadında saxla bala, ele addım atma ki, geriye baxanda peşman olasan, qarşındasa uçurum olsun. Seni merd oğlan bilirem, eskik adama yaraşan sözü heç ağlına da getirme. Sen adda oğlum olmaz!
Rauf elbette yaraşdırmazdı, etmezdi bunu. Çox qezebli idi, ne danışdığının ferqine varmırdı. Çox sevdiyi, melek sandığı bir qızın bele hereketi onu ele sarsıtmışdı ki, neyin düz, neyin sehv olduğunu herden özü de qarışdırırdı. Orada, hemin uğursuz gün onun qüruru tapdalanmışdı, alçalmışdı, sevgisi ayaq altına atılmışdı. Özü de kimin, hansısa harınlamışın ayağı altına. Bax bunlar idi onu yandıran, qezebini coşduran. Deli olmaq heddine çatırdı fikirden. Bir yandan gözel, mesum baxışlı Aytacı itirmek, o biri yandan bele alçalmaq. Aytac üzüyü qaytarıb, sadece olaraq “seni sevmirem” deseydi, dünyasında onu bu qeder yandırmazdı. Amma onu kimese deyişmek... Rauf kimi oğlanı. Axı ne vermemişdi Aytaca? Başqalarının qibtesine sebeb olan bir sevgiyle sevirdi onu. Defelerle refiqeleri, hetta Raufun yanında çekinmeden onların sevgisine hesed apardıqlarını demişdiler. Hele bir qız da vardı. Nermine idi deyesen...
Raufun gözel yaddaşı vardı. He, Nermine... O hetta refiqesinin yanında bele Raufu utanmadan, şit baxışlarla süzürdü: “Ay qız, bextever başına, bele oğlan hamının qarşısına çıxmır”. Doğrudan da Raufda kişiye yaraşan her cehet var idi... Boybuxun, yaraşıq, idmançılara mexsus qıvraq, möhkem beden, nüfuzedici, ciddi baxışlar. Elece de merhemet, xeyirxahlıq, zarafatcıllıq vardı. Hetta romantiklik de... Bunu yalnız Aytac göre bilirdi. Amma nankor oldu Aytac, qismetinden üz dönderdi. Bankir oğlunun şirin diline, ona bağışladığı cürbecür, çox bahalı hediyyelere, xüsusi bağladılmış “yaxşı” qiymete olan gül buketlerine deyişdi Raufu...
Heç Raufgilin de imkanı pis deyildi. Amma Aytacı yeni sevgilisinin atasının adındakı “bankir” titulu daha çox şirniklendirirdi. Rauf her şeyi araşdırıb, öyrenmişdi. Hetta bir neçe defe onları birlikde görmüşdü de. Neçe defe istemişdi ele oğlanın yanındaca Aytaca bir-iki kelme desin. Amma sonra “lenet şeytana” deyib, ümumiyyetle, onu unutmağa çalışmışdı. Amma
bacarmırdı... Çox çetin idi, çox! Üreyi parçalanırdı fikirleşende. Aytacı heç kes evez ede bilmezdi onun üçün. O nevazişkar Aytacı. Her defe yorğun olanda, başında, alnında gezen ince barmaqları ile, şirin dili ile bütün yorğunluğunu yox edirdi bu qız. Ele şirin gülüşü vardı. Ona çox yaraşırdı. Rauf defelerle onu güldürür, sonra da heç ne olmamış kimi sakitce, heyran-heyran bu gülüşü seyr edirdi.
Gülnaz xanım eyni sertlikle:
−Eşitdin meni? Söz ver ki, Aytac meselesi birdefelik bağlandı. Seni de ki, bele qaşqabaqlı görmek istemirem. Üreyim xestedir, bilirsen... - son cümleni deyende sesi titredi.Rauf anasının çiyinlerini enli qolları arasına alıb qucaqladı:
−Söz verirem! - deyib, gözlerinden öpdü.
Bu saat bu dünyada anasından eziz heç kes yox idi onun üçün, heç kes! Göresen, anası kimi qadınlar var idimi? Belke de...
* * *
Eldar Memmedov neşriyyat sedri işlediyi vaxtdan neşriyyatın işleri yaxşı gedirdi. Nizam-intizamla yanaşı, şöhreti de artmışdı. Sayılıb-seçilen yerlerden biri olmuşdu. Bu da yalnız ona göre idi ki, Eldar işinde çox mesuliyyetli, telebkar, hem de düzgün biri idi. İşçileri de onun xetrini çox isteyir, hörmet edirdiler. Dörd gün evvel ona başqa yerden iş üçün teklif gelmişdi.Amma etiraz etdi. Hele etiraz eden tekce o deyildi. Eldara öyreşmiş işçileri de ondan getmemeyi xahiş etdiler. O da qaldı...
−Ata?! - qızının sesi bütün fikrini dağıtdı.
−Ata, ordasan?
Eldar şıltaq ve mehriban qızının sesini eşidib gülümsedi. Onun qızı bir çox başqa qızlardan ferqli idi. O ürek sözünü, sirlerini daha çox atası ile paylaşırdı. Yox, anasını da çox sevirdi. Amma söz-söhbeti atası ile daha yaxşı alınırdı. Belke de anasının ciddi qadın olduğuna göremi, ya özünü uşaqlıqdan buna alışdırdığına göremi? Ne idise sirri, bele idi. Amma axır ki, çox qeribe, maraqlı qız idi bu Maya.
−Gel qızım, gel.
İçeri eyninde göy cins şalvar, açıq mavi rengli kofta olan 18 yaşlı qız girdi. Onun gözel siması, aydın, eyni zamanda ağıllı ve menalı gözleri, mütenasib bedeni vardı. Küreyinden azacıq aşağı olan açıq şabalıdı saçlarını hündürden yığmışdı. Nese bir xoşluq duyulurdu simasında ki, ona baxanlara mehrem görünürdü. Gözlerini geniş açırdı ve uzun kirpikleri bu zaman düz qaşlarına çatırdı. Ağ, yumru sifeti, zerif dodaqları vardı. İçeri girib bir anlıq duruxdu, geri döndü.Eldar teeccüblendi:
−Ne oldu qızım?
−Eleyhqazı unutmuşam.
Eldar ürekden güldü. Herden qızı zarafatı da ele edirdi ki, bilmek olmurdu ciddidir, ya yox.
−Ay şeytan, otağımda da çekmeyim deyirsen?
Maya döndü:
−Menden olsa, heç ümumiyyetle çekme.
Eldar mezemmetle:
−Ooo, çox çetin şey istedin sen.
Maya ince dodaqlarını azacıq büzüb, sol qaşını qaldırdı:
−Axı özün deyirdin ki, her şey insanın özünden asılıdır.
−Düzdür qızım, amma ele şeyler var ki, onların eziyyetinden qorxub cehd elemirik. Heç fikirleşmisen?
−Amma menim atam heç bir eziyyetden qorxmur, heç neden qorxmur, düzdür? - arxa terefden stula yaxınlaşıb, atasının boynunu qucaqladı. Eldar ciddileşdi:
−Yox qızım, sehv edirsen. Dünyada ele adam yoxdur ki, nedense qorxmasın.
−Delilerden başqa. - Maya düzeliş etdi.
Ata gülümsedi:
−Delilerden başqa... Onlardan da qorxanı var, niye yoxdur ki? Qorxu ele bir hisdir ki, insan övladı doğulandan onunladır.
−Bes sen neden qorxursan? – qızı gözlenilmeden soruşdu.
Eldar azacıq susdu, sonra qızının saçını tumarladı:
−Men? Men çox şeyden. Sevdiklerimi itirmekden, tek qalmaqdan, günah etmekden, hörmet itirmekden, çox, çox şeyden...
Maya atasını qucaqladı:
−Sen heç vaxt tek qalmayacaqsan. Hemişe bizimle olacaqsan! Amma en esasını unutdum.
Eldar qızının alınana dağılmış saçını arxaya sığalladı:
−Neyi qızım?
−Allahdan qorxduğunu! En birinci ondan.
Eldar başını buladı:
−Yox qızım, men Allahdan qorxmuram.
Maya heyretle atasını süzdü:
−Ata, ne danışırsan?
Eldar dalğınlıqla gülümsedi:
−Qızım, Allahdan yox, onun qezebinden qorxmaq lazımdır. İnsan qorxduğunu seve bilmez. Allah çox mehriban, rehmlidir, merhemetlidir. O öz bendelerini sevir, onları nahaqdan heç vaxt cezalandırmaz. O yalnız sınağa çeker. Ona sadiq olub, yazdığına şükür edenleri sevindirer, naşükür olub, her şeyde Allahı günahlandırıb, asi olanları hem bu dünyada, hem o dünyada cezalandırar. Onu ele kor, kar eder ki, haqqı duyub, görmesin. Ona göre deyirem ki, O uca varlığın qezebinden qorxmaq lazımdır. Allah çox merhemetlidir. Bele olmasaydı, mene senin kimi qız bexş edib, xoşbext ata etmezdi. Bele ağıllı qızım olduğuna göre her gün şükür edirem.
Maya tesirlenmişdi. Atasını daha da berk-berk qucaqlayıb, üzünü onun çiyninde gizletdi. O da Allahına çox, çox minnetdar idi. Çünki bele atası var idi. Bele ailesi var idi. Atası düz deyir, Allahın qezebinden qorxmaq lazımdır. Allah olduqca mehribandır, merhemetlidir. Özü-özüne üreyinde tekrarladı. “Allahım, seni çox sevirem!” Atasının külqabına basdığı siqaret tam sönmediyi üçün tüstüleyib, otağın havasını ağırlaşdırmışdı. Buna hele indi fikir veren Maya siqaretin kötüyünü külqabına berk-berk basdı:
−Bunu da tergitsen, Allah seni çox isteyer.
Eldar yene ürekden güldü:
−Ay qızım, ne yamansan sen? Söz çatdırmaq olmur. Sen de anan kimi meni 25 ilin dostundan ayırmaq isteyirsen?
Maya qaşlarını çatdı:
−Dost yox, düşmen! Heç bilirsen dünya uşaqlarının 10 en böyük arzusundan biri de nedir?
Eldar sual dolu nezerlerile qeşeng qızını süzdü.
Maya gülümsedi:
−Valideynlerinin siqaret, içki kimi zererli verdişlerden el çekmesi. Yaxşı ki, sende tekce siqaretdir.
Eldar ayağa qalxdı:
−Yaxşı, filosof qızım. Men neşriyyata gedirem.Sen de get derslerini oxu.
Maya incik halda atasının qarşısına keçdi:
−Mene çatanda hemişe işin olur. Heç soruşmadın niye gelmişdim.
Eldar indi xatırladı:
−Can qızım, adamı hipnoz eleyirsen, indi gel yadına sal görüm de. İşe telesmirem, gel görüm bura ne olub?
Elini qızının çiynine saldı, divanda eyleşdiler. Maya hemişe vacib sözü olanda etdiyi kimi barmaqlarını bir-birine keçirib gerdi:
−Ata, fizikadan hazırlığa getmek isteyirem.
Eldar teeccüblendi:
−Qızım, men bilen III qrupda fizika yoxdur axı?!
−Düzdü, yoxdur. Amma fizikadan çox zeifem. O biri hazırlıqlara göre mektebde qalan derslere fikir vermemişem. İndi attestat imtahanında nece yazacam fizikanı? Yene o birileri bilirem. En çox fizikadan zeifem.
−Hmm, qızım, bes mektebde evveller niye fikir vermemisen?
−Çetindir...
−Belke maraq göstermemisen?
−Ne bilim?! Belke de.
Eldar müellim qalxıb, asılqandan penceyini götürdü. Mayanın başına sığal çekib, qapıya doğru getdi:
−Yaxşı, maraqlanaram.
* * *
Herden başımıza ele hadiseler gelir ki, ele dersler alırıq ki, heyata baxışlarımız deyişir. Ve ya insanlara münasibetimiz. Ferq etmez, nehayet ki, biz sehv etdiyimizi anlasaq bele...
*O defelerle özüne sual vermişdi: “Göresen düz yoldayam? Bütün qadınlar eynidirmi? Onlara qarşı münasibetde haqlıyam? Belke de haqlı deyilem. Birinin günahında beşinin ne teqsiri? Amma yox, hamısı eynidir. Yalançıdırlar. Kişilerden istifade edib, sonra da elcek kimi deyişirler hamısı, hamısı eynidir!” Anasının tez-tez xatırlatdığı evlenmek tekidine baxmayaraq, çalışsa da içinde nese ona mane olurdu. Nese onun nifretini alovlandırırdı. Nese her defe evlenmek sözü gelende, kobudluq etmemek üçün otaqdan behaneyle qaçmağa vadar edirdi onu. Bu nese - onun alçaldılmış, tehqir edilmiş saf sevgisi idi... İndi bu sevgi özünden on defe böyük olan nifret, kin, acıq ile paralelleşmişdi ve nifretin böyüklüyünden eriyib zerrece qalmışdı. Anasının xetrine deymemek üçün ne vaxta kimi behane getirecekdi? Onsuz da onun keleyini çoxdan başa düşübler. Elxan ondan böyük olsaydı memnuniyetle onu qarşıya verib vaxt qazanardı. Amma teessüf ki, bele deyildi. Üstelik qardaşı hele telebe idi, heç bu haqda düşünmürdü. Onun da öz qeribe prinsipleri var. Tehsil, iş onun heyatının tekce meqsedine deyil, hem de menasına çevrilib. “Amma çox yaxşı qardaşım var". – Rauf fikirli gülümsündü - hemişe böyük qardaşının hörmetini saxlayır, sözünden çıxmamağa çalışır. Göresen indi neyleyir? – saatına baxdı - Trabzon ile buranın saat ferqine göre, indi dersden gelmiş olar”. Birden-bire qardaşı ile danışmaq, sesini eşitmek düşdü könlüne. Telefonu götürüb Elxanın nömresini tapdı. Yığdı. Ele hemin an da Elxanın şen sesini eşitdi: −Salam. Üreye bax e, ele elimde senin nömreni yığırdım. −Salam, kişi! – Rauf hemişeki kimi qardaşını zarafatla salamladı. – Necesen? −Şükür, salamatçılıqdı. Evde ne var, ne yox? Atagil necedir? −Salamları var, yaxşıdırlar, narahat olma. Senin derslerin necedir? Yorulmursan ki? Elxan yüngülce öskürdü. Amma sinesi çox berk xırıldadı. −Yox eşi, ne yormaq. Eksine enerji alıram. Anam yanındadı? Rauf ciddileşdi: −Niye öskürürsen? −Boş şeydi. Anama ver. −Boş şeydi deyirsen? Özünü niye qorumursan? Orda yanında ailen yoxdu. Sene bir şey olsa... Bizi de fikirleş, vaxtın olanda... Özüne yazığın gelmir, heç olmasa anama yazığın gelsin. Elxan böyük qardaşını sakitce dinleyib, güldü: −Şişirtme, qorxulu heç ne yoxdur. Heç deyişmemisen, hemişeki kimi bir nöqteni böyüdüb dağ eleyirsen. Hem de sen demesen bilmez heç. Soyuq su içmişdim, bir az boğazım ağrayır. Rauf deyindi: −Yadında saxla, böyük şeyler de bir vaxtlar kiçik olub.... Özün de hele hekim olmaq isteyirsen. Evvel özünden başla! – Elxanın dinmediyini görüb söhbeti deyişdi. - Neyse, düzelen deyilsen. Hm, anam evdedi, yanımda deyil. Neynirdin ki? −Heç, ele-bele sesini eşitmek istedim. Eve zeng eleyerem. Sen hardasan? −Zalda. −Evvelki yerde? −He, ele orda. Elxan yene yüngül öskürdü: −Senin işlerin nece gedir? Rauf oynatdığı qelemi yere saldı: −İdman dersini keçirem yene. −Bes esas işin? Rauf mızıldandı: −Yaxşı iş olanda tek işleyirem. −He, lap yaxşı. En yaxşısını özün bilirsen. Beri bax, bes toya ne vaxt gelirik? Rauf qaşqabağını tökdü: −Elxan, bu mesele çoxdan bağlanıb. Elxan inadkarlıq etdi: −Onu demirem. Qız qehetdir? Özü de sen bilirsen ki, men ondan heç vaxt xoşlanmamışam. Sene göre hörmet elemişem. Amma üreyime yatmırdı nese. Neyse, o qeder ağıllı, qeşeng qızlar var ki, senden ötrü delidir. Layiqlisin tap, evlen. −Başqa salamatçılıqdı? Elxan güldü: −He, yaxşı, başa düşdüm. Ele sen de düzelen deyilsen. −Yaxşı, onda danışarıq. −Oldu, soruşanlara salam de. Özün de qız tap, toyu gözleyirem. Menim de gelmeye behanem olsun. −Helelik... Telefonu qapayıb deyindi: −Evlen, evlen... Birce bağlansaydı bu söhbet. ****Heç telefonu elinden qoymamış zeng melodiyası seslendi. Nömre tanış deyildi. Cavab verdi: −Eşidirem. −Rauf Şıxovdur? −Beli! −Salam. Bağışlayın, nömrenizi Cabbarovdan almışam. Sizi bir qeder narahat edecem. Rauf peyserini qaşıdı: −Hmm, eşidirem. −Mene kömeyiniz lazımdır. Telefon söhbeti deyil, mümkünse görüşüb danışaq?! −Kiminle danışıram? −İlqar Talıbovla. Görüşe bilerik? −Yeqin ki, olar. −Çox sağ olun. – kişi bir qeder duruxdu. – Hörmetinizi artıqlaması ile qiymetlendirecem. Rauf bir az susub dillendi: −Hele ne danışacağımızı bilmirem... Yeqin ki, meni anladınız. Kişi yorğun sesle: −He, elbette. Ne vaxt görüşek? Azacıq düşünüb dedi: −Bu gün axşam 18:00-da mümkündür. −Harada? −Zala gelersiniz. – ardınca ünvanı dikte etdi. −Oldu, görüşerik. Telefonu qapadı. Tekrar peyserini qaşıdı. Teze verdiş yaranmışdı. Bezi filmlerde gördüyü kimi,nese düşünende qeyri iradi eli başına uzanırdı. “Allah xeyir elesin.” - düşündü. * * * −Ne yaxşı oldu amma, çox da uzaq deyil. – İrade xanım seslendi.Maya ayaqqabısının ipini bağlayıb, ayağa qalxdı: −He ana, o barede yaxşıdır. Göresen müellim nece biridir? Yataq otağından Eldarın sesi geldi: −Çox savadlı müellimdir. Müzeffer mene pis meslehet vermez. Onun oğlunu iki il evvel bu müellim hazırlayıb. Yüksek de bal yığmışdı uşaq. Amma hele bilmirem qebul eleyecek, ya yox. – yoldaşına seslendi - İrade, hekime bu gün gedeceksiniz? Ana qızının saçını hamarladı: −Qoy görek oğlum ne vaxt vaxt tapır da. Nicat da elindeki qovluğu bağlayıb, ayaqqabısını götürmek üçün ayaqqabı dolabına yaxınlaşdı: −İcaze ala bilsem tez gelecem. İrade xanım neyise xatırlayıb erine teref döndü: −Niye deyirsen ki, hele bilmirem qebul edeceyini? Niye qebul etmesin ki? Eldar çiyinlerini çekdi: −Ne bilim, qeribe, prinsipial adamdır deyirler. Çox savadlıdır, amma qapalıdır. Nicat ayaqqabılarını cütleyib dabankeşi götürdü: −Görek de, teze müellim fizikanı sene öyrede bilecek, ya yox? Qorxuram ikinci günü qovulasan. Maya pörtüb qaşlarını çatdı: −Ona hele baxarıq. Senin kimi edebiyyatın, dünya tarixinin qorxusundan qrupumu deyişib,arzumu üreyimde qoymamışam ki. −Arzum üreyimde qalmayıb, xanım qız, men telebeyem, senise hele bilmek olmaz. Maya ters-ters baxdı: −Baxarıq... Nicat qayışını rahatladı: −Ne deyirem ki... İstemeyenin gözü çıxsın. Uyyy gözüm – deyib, qefil elini gözüne apardı.Maya ve anası eyni vaxtda döndüler. Qızın qardaşına acığı tutsa da, gülmeyini gizlede bilmedi: −Deli, besdir! Ana uşaqlarını süzüb başını bulayıb, gülürdü. Eldarın da dodağı qaçdı: −Az sataş menim qızıma. Oğlum, telebe olmaq hele her şey demek deyil. Özün de çalış tez icaze al, ananla get hekime. – qızını sesledi. - Gel qızım! Onları yola salan İrade xanım hele de gülümseyirdi: −Yaxşı yol! * * * −Ata, ünvanı tapa bileceksen? −He, sen narahat olma. Müzefferi de qapılarından götürecem. −He, lap yaxşı. Maşını işıqforda saxladı: −Ne yaman tıxacdır yene. - elini atıb siqaret qutusunu çıxardı. Tezece alışdırmaq isteyirdi ki, mezemmetle baxan Mayanı gördü. Tamam unutmuşdu... Qızının saçını tumarladı: −Ağıllı qızım, eleyhqaz yadından çıxmayıb? İkisi de gülüşdüler. Eldar siqareti maşının qutusuna qoyub dillendi: −Deyesen lengimeli olacağıq. Hm, qızım alınsa, diqqetli olub, öyrene bileceksen? −Hemişe deyirsen ki, her şey insan öz elindedir. −Bilirem qızım, amma çalışmaq lazımdır. −Çalışacam. −İnşallah, ne kitab, test, filan lazım olsa yaz ver mene. −Özüm alaram, o çetin deyil. −Yox, sen bilmirsen . İndi kitabları o qeder keyfiyyetsiz üsullarla çap eleyirler ki, saxtalarını ayırmaq olmur. Hem çox ziyanlıdırlar, hem de bir de görürsen hansısa söz, ifade, hetta vereq itir arada. Sehvler de ki, ne qeder. Özüm orijinalın tapacam. Maya haradansa qefil duyulan benzin qoxusunu burnuna çekdi. Benzin qoxusundan çox xoşu gelirdi: −Bes onda niye o cür çapa qadağa qoymurlar? Eldar müellim yan şüşede arxa terefe baxıb, maşını dönderdi: −Kim deyir ki, qoymurlar? Guya oğurluğa, adam öldürmeye, cinayete qadağa qoyulmur? Elbette qoyulur. Amma yene tam qarşısını ala bilmirler, kökünü kese bilmirler. Bu da ele. −Onda yeqin gelirleri de çox olar. – atasını süzdü. Eldar müellim gülümsedi: −Ooo, bes ne! Heç o kitabların müellifleri hemin gelirin yarısını götürmür. Maya burnunu çekdi: −Ağır söhbetdir. Eldar müellim güldü: −He, ağırdır. Bax gör blokun qarşısındakı Müzefferdir, seçe bilmedim. Maya qabağa eyildi: −Hee... Deyesen. He, he, odur. * * * Maşın birmertebeli yığcam binanın qarşısında dayandı. Müzeffer maşından düşerek qapıya teref getdi: −Dünen söhbetimiz olub özüyle. Eldar, gelin. Maya onlara teref gelen ucaboylu, yaraşıqlı, sert baxışlı, hamar saçlarının qarşı terefi azacıq gözüne tökülmüş genc oğlanı süzüb, pıçıldadı: −Ata, budur müellim? Oğlan onların beraberine çatıb el verdi: −Xoş gelmisiniz. Müzeffer salamı alıb, qonaqları teqdim etdi: −Bu haqqında danışdığım Eldar müellim, bu da onun qızı Maya xanımdır. Oğlan eyni ciddilikle onlarla da el tutuşdu: −Şad oldum. Müzeffer qonaqlara sarı döndü: −Bu da gelecek müelliminiz Rauf Şıxovdur... Eldar xoş bir tebessümle başını terpetdi: −Bize de xoş oldu. Çox gencsiniz, amma Müzeffer sizi yaman terifledi. Oğlunu siz hazırlamısınız, deyir fizikadan 25 sualın hamısına cavab yazıb. Müzeffer ferehle söhbete qoşuldu: −Hamısı da düz. Rauf mimikasını deyişmeden başını yelledi: −Mene de xoşdur. – ardınca da yarıaçılı qapını gösterdi: −Buyurun kabinetime. Stol arxasında eyleşdiler. Mayaya yer çatmadığı üçün özüne divanda yer tutdu. Eldar bu maraqlı otağı nezerden keçirib, söze başladı: −Doğrusu, Rauf müellim, qızımın seçdiyi qrupa fizika lazım deyil. Amma ki, attestat imtahanında problem yaranacaq. Bu uşaqlar hansı qrupa hazırlaşırlarsa, bütün qüvveni serf edirler o qrupun fennlerine, sonra da qalırlar bele. Eslinde bütün dersler oxunmalıdır. – Raufun diqqetle qulaq asdığını görüb, fikrini yekunlaşdırdı. – Qısası, qızım fizikadan çox zeifdir. −III qrupdur? – Rauf soruşdu. Eldar tesdiqledi: −Beli. −Adeten humanitar fennlere maraq gösterenler texniki fennlerle o qeder de çox maraqlanmırlar. – Maya terefe baxmadan danışırdı. – Amma inandırım ki, fizika çox maraqlı fenndir. Eldar razılaşdı: −Bütün fennler gözeldir. He, o da düzdür ki, humanitarla texniki fennler bezen ayrıseçkiliye getirib çıxarır. Ele Maya da humanitara meyillidir. Rauf nehayet qıza teref döndü: −Ne olmaq isteyirsiniz? −Ressam. −Hmm, qabiliyyet teleb eden peşedir. Maya gülümsedi: −Elbette. Rauf yeniden Eldar müellime sarı döndü: −Qızınız sınaqlarda iştirak edib? −He, hamısına özüm aparmışam. Yaxşı da bal toplayıb. −Çox yaxşı. Bes qabiliyyet imtahanından keçmek şansı var? Eldar müellim qızını fexrle süzdü: −He, yaxşı yaradıcılıq qabiliyyeti var. Bu yaxınlarda gencler teşkilatı Mayanın eserlerinden sergi teşkil edecek.
Rauf bu defe qızı bayaqkından ferqli olaraq, maraqla süzdü: −Çox yaxşı xeberdir. Eger istedadı varsa, bu daha yaxşı. Onun üçün bütün yollar açıq olacaq. Hem de imtahana 4 ay qalıb. Sehv etmirem ki? Maya derhal dillendi: −Düzdür, 4 ay qalıb. Rauf ona öteri nezer salıb, yene Eldar müellime sarı döndü: −Bilirsiniz, eslinde mentiq tekce riyaziyyat kimi fennlerde lazım deyil. Bu günlerde sınaq imtahanlarından birinin testini uşaqlardan biri gösterdi mene. Riyaziyyatı izah etmeyim üçün. Neyse, III qrupun sınaq testi idi. Maraq üçün bütün fennlere baxdım. Fizikanı bilmeyime baxmayın, men özüm de III qrup üzre oxumuşam. Düzü, imtahanda 650 balı keçmişdim. Amma etiraf edecem, çetinlik çekdim bu testde. İndi en çetin ele humanitar fennlerin qrupudur. Azerbaycan dili, edebiyyat, tarix .Heç birinin düsturu yoxdur. Hamısında da ele suallar qoyulub ki, yene mentiq... – onu dinleyen qonaqlarını süzdü. – Eslinde bunun terefindeyem, şagirdler daha diqqetli olmağa mecbur olurlar. Buna “medeni mecburiyyet” deyerdim. Şexsen men düşünürem ki, indiki dövrde 500 bal toplayan telebeler imtahanı bizim dövrde verseydiler, 700 bal toplamışdılar. Buna eminem. Eldar tesdiqledi: −Düzdü, çox çetinleşib indi. Bayaqdan sakit dayanmış Müzefferin sanki yarasını qopardılar: −Heç yanda bele deyil. Yazıq uşaqları dolaşdırırlar, hele bir deyirler de ki, qebul faizi aşağıdır. Bizim uşaq oxumaqdan qupquru olmuşdu. Xestelik tapmışdı medesi. Ne qeder yolda-bacada döner, ne bilim quru-quru yemekler yemek olar? Hele qabaqda telebeliyi var bunun. Mektebde dersi qaydasında keçseydiler hazırlıq neye lazım idi? – üzünü Eldara tutdu – Eldar, senin yadında olar, bizim dövrde hazırlıq var idi, sen Allah? Hele bir qızıl medalla da qurtarırdılar onilliyi. O Şövket müellimem tarixi ele yeritmişdi ki, başıma, 26 il keçib, hele de soruşsalar Napaleonun hücumlarını birce-birce illerine kimi sayaram. Ne bilim, İsgender, Pyotr... Dersi bele keçerler. Yoxsa indi? O gün getmişem balaca qızın dersine. Sekkizde oxuyurlar hele bunlar. Denen sinifde and içmeye bir uşaq tapdın? Gelib evde yazıq uşağın da gününü qara elemişem. Deyir, ata neyleyim, müellimgil mağazaya getdiler, biz de qaçdıq dersden. Eldar ciddileşdi: −Müzeffer, seninle tam razı deyilem. Bu meselede uşaqları da qınayıram eslinde. Ders keçilmir, gedib teleb elesinler. Guya şerait olsaydı, bizde de olmazdı eyni şeyler? Amma uşaqlar düşünceli, mesuliyyetli idiler. Öz vezifelerini bilirdiler ki, mektebe oxumaq üçün gelibler. Gün keçirmeye, oynamağa yox... Gedib teleb etseler, o müellim ikinci defe dersi qoyub “cuncuq-muncuq” almağa getmez! – gülümsedi - Menim bir sinif yoldaşım vardı, müellimler elinden zara gelmişdiler. Zalım qızı teneffüsde de dinc qoymurdu onları. Elinde qelem defter, düşürdü müellimlerin arxasına. İndi sefirlikde tercümeçidir... Müzeffer razılaşdı: −Ay sağ ol, menim de dediyim ele odur da. Eldar söhbeti uzatmaq istemedi, Raufa baxdı: −İndi nece deyirsiniz, Maya hazırlaşa bilermi? Rauf yene qızı sert ve öteri nezerle süzdü: −Zennimce, hazırlaşa biler. Bu, onun özünden asılıdır. −Bes fizikanı bele yaxşı hardan bilirsiniz? – Maya maraqlandı. −Sadece uşaqlıqdan olan maraq. Ele-bele yox, böyük maraq. −Hm, maraqlıdır. Eldar ayağa qalxdı: −Demeli, danışdıq. Maya bu günden şagirdinizdir. Onu size tapşırıram. Rauf da yerinden qalxdı: −Arxayın olun. Eldar azacıq ona teref eyildi , astadan dedi: −Qaldı qiymet meselesi. Rauf ciddilikle başını buladı: −O haqda Müzeffer müellimle danışarsınız. −Oldu, lap yaxşı. Bir de mümkünse Mayanı uşaq az olan qrupda hazırlaşdırın. Rauf doğrudan teeccüblendi: −Men qrupla hazırlamıram ki. Eldar da teeccüble maraqlandı: −Bes nece? Tek-tek? −Yox, çoxdandır uşaq hazırlaşdırmıram. İdman hazırlıqlarına vaxt gücle çatır. Dünen Müzeffer müellim zeng edib dedi ki, yaxın dostsunuz, ona göre. Eldar bir az sıxıldı: −İndi tek hazırlayacaqsınız? Rauf qaşlarını çatdı: −Mence bunun ona daha çox xeyri olar. Eldar fikirli halda başını terpetdi: −Hm, mence de. Bes burda hazırlaşacaq? Deyesen bura idman zalıdır axı. Rauf öteri gülümsündü: −Sehv etmirsiz. Burda ferdi de, qrupla da karate ve kinqboks dersleri keçirem. Eldar hörmetle onu başdan-ayağa süzdü: −Aferin, hertereflisiniz. Bu vaxt bayaqdan beri onların söhbetine sakitce qulaq asan Maya düyünlenmiş qaşlarının altından baxan qeşeng gözlerini süzdürdü: −Bes ele yüksek balla qebul olub oxumusunuz, indi niye işlemirsiniz? Yeri gelmişken, ne üzre oxumusunuz? Rauf qıza teref baxdı. “Qeşengdir” - düşündü, amma bu ona zerrece tesir etmirdi. Maya da onun üçün yüzlerce adi adamdan biri idi. Ciddilikle: −Meger bu iş deyil? – dedi ve azacıq sezilecek gülüşle gülümsedi. Mayanı cavab qane etmemişdi deyesen. Qaşlarını çatıb, uşaq kimi dodaqlarını yığdı: −İşdir, amma... Ona baxan Raufu gülmek tutdu. Qız inadkar uşaqlara benzeyirdi. Üstelik yeni müellimini ele qeribe maraqla süzürdü ki, sanki başqa planetden gelib. Rauf qapıya doğru addımlaya-adımlaya söhbeti yekunlaşdırdı: −Men burda olanda bura gelecek, evde olanda da eve. Narahat olmayın, şagirdime göre mesuliyyeti öz boynuma götürürem. Menim dersimde olan müddetde ona özüm cavabdehem. Çalışqan ve diqqetli olsa dersi de tez qavrayacaq. İndi 50/50-ye çalışacağıq. Ne ise xatırladı: −Bir de nömrelerinizi yazıb qoyun. İlk ders günü üçün özüm xeber verecem. Maya telesik çantadan qelem-kağız çıxardı: −Bes hansı kitablar lazım olacaq? Rauf başını buladı: −Defter-qelem getirin, kifayetdir. Lazım olan derslik özümde var. Eldar ve Müzeffer otaqdan birinci çıxdılar. Maya müellimine yol vermek istese de, Rauf astaca çekilib onu ireli verdi. Qapıdan çıxanda Eldar dönüb el tutuşdu: −Müzeffere göre size inamım vardı. Tanışlıqdan sonra bir az artdı. Uğur olsun! Rauf da bir-bir hamısı ile el tutdu. Maya dönüb bu ciddi ve qaşqabaqlı müelliminin gözlerine baxmaq istedise de, artıq o içeri qayıtmışdı... * * * Yığcam, kvadratşekilli otağın içerisinde ağ ve mavi renglerin vehdeti yaranmışdı. Bu onun en sevimli rengleri idi. Otağın bir küncünde naxışlı geniş çarpağı, diger küncünde kitab refi, yanında yığcam bir kamod var idi. Kitab refinin diger terefinde paltar şkafı qoyulmuşdu. Çarpayının ayaq terefinde ise yazı stolu vardı. Bir kiçik dolab da çarpayının yanında idi. Maya qapını açıb telesik dolabına teref qaçdı. Balaca açarla dolabın kilidini açdı, gündeliyini çıxardı. Çarpayının üstünde bardaş qurub, gündeliyi sehifeledi... 5 mart 2011 “He, eziz gündeliyim! Menim balaca dostum. Bu gün çox maraqlı gün oldu... Yeni müellimle görüşe nehayet ki, getdik. Sen deme Müzeffer dayının oğlu Teymuru da o hazırlaşdırıbmış fizikadan. Teymur sualların hamısına doğru cavab yazmışdı. Amma men ne I qrupa, ne de IV qrupa hazırlaşıram. Attestat imtahanında cavabları yazım, besimdir. He, onu deyirdim. Müzeffer dayı da bizimle getdi. Eslinde müellimi bele cavan tesevvür etmirdim. Mene ele geldi ki, texminen 26-27 yaşı olar. Evvelce qardaşım yaşda göründü. Amma hamı deyir ki, qardaşım yaşından böyük görünür. He, ne ise. Amma çox qeribe adamdır. Onun kimi insanları görende ele bilirem ki, onlar gülmeyi bacarmırlar. Ümumiyyetle, ömürlerinde gülmeyibler. Hem de kobud insana oxşayır. Özü de sualı verirem, tam cavab vermir. Ele esebleşirem onda. En acığım gelen bir şeydir. Guya 650 baldan çox yığıbmış imtahanda. Ay inandım ha! Çox da ki, fizikanı yaxşı bilir, eger o qeder bal toplamış olsaydı, niye idman müellimliyi edirdi ki? Bildiyim qeder idman müellimliyine cemi 50 bal lazımdır. 50-ye 650 demek? Daha bu qeder de yox da. Soruşdum ki, “niye işlemirsiniz?” Pertliyinden bilmedi ne desin. Dedi: “Bes bu iş deyil?” Daha derine getmedim, yoxsa yalanını açardım. Neyse, mene fizika lazımdır, öyretsin, vessalam. Özü de nedese sehv edende menimle kobud danışsa özüme cavabdeh deyilem. Hemişe öz haqqımı teleb edirem, insanlara hörmet edirem, hemişe de hörmet gözleyirem. Xetrime deyeni de cavabsız qoymuram. Bezileri deyir ki, “diri uşaqdır”. Amma atam başqa cür deyir: “Qızım zemane uşağıdır, bele zamandan baş çıxarmaq üçün avamlıq lazım deyil.” He, deyesen çox uzağa getdim... Filosofluğa başladım yene. Bu gün çox gözel hava var. Fesillerin şahı yaz özünü göstermeye başlayıb. Gedim men de bir az dincelim. Helelik istekli kitabçam!” Kitabçanı dolaba qoyub, qapısını açarla bağladı. −Maya! – qapının ağzında dayanıb qızını süzen ana gülümsedi. – Orda ne gizledirsen ele? −Heç ne... −Meni aldadırsan? Maya onun üzünden öpüb, güle-güle otaqdan çıxdı: −Ehemiyyetli bir şey deyil. Deyesen İrade xanım el çekmek fikrinde deyildi: −Maya, sen niye mene açılışmırsan? – qızının ardınca metbexe keçdi. Maya teeccüble döndü: −Açılışmıram? Nece yeni? −Menimle heç bir sirrin-sözün yoxdur. Mayanı gülmek tutdu. O, anasının söhbeti neye getirib çıxaracağına emin idi. Amma İrade xanım qızının ağıllı olduğunu nezerden qaçırırdı... Anasına ve özüne süzdüyü çayı süfreye qoydu: −Menim heç bir sirrim-sözüm yoxdur axı. −Ele şey ola bilmez. −Buy, niye olmur ki? −18 yaşın var. Böyük qızsan daha. İndi deyirsen yeni, heç bir sirrin-filan yoxdur? – İrade xanım menalı terzde gülümsedi. Maya başını buladı: −Eh, seni inandırmaq müşküldür. Ana, başqa “18 yaşlıları” deye bilmerem, amma menim ele bir “sirrim” yoxdur. Ana mezemmetle gülümsedi: −Bes gizletdiyin ne idi? −Anaaaa... – qız gileylendi. −Besdir görüm, soruşmağa haqqım var. Anayam, maraqlanmaq da borcumdur. Maya qaşqabağını tökdü: −Gündelik idi. −Bes orda ele gizli nese yoxdursa, niye ele gizledirsen? – ana el çekmedi. Maya meyus halda dillendi: −Heyif, çox heyif ki, meni hele de yaxşı tanımırsan. Ana, sadece xoşlamıram ki, menim hisslerimi, duyğularımı başqaları bilsin. İster ailem, isterse de başqası. Gelecekde özüm oxuyacam. Bir de ola bilsin bir nefer... Vessalam. İrade xanım dirçeldi: −Bir nefer? Kimdi o “bir nefer”? Maya suallardan qurtulmaq üçün fincanı eline alıb, otağına keçmek üçün ayağa qalxdı: −Ne vaxt mövcud olsa, onda deyerem. – otağına keçib yazı stolunun arxasında eyleşdi. İrade xanım da yavaşca qapını açıb, içeri keçdi. Onun hele de qızından söz qoparmağa ümidi qalmışdı. Maya narazılıqla başını buladı. Ana qızının çarpayısının kenarında eyleşdi: −Deyirsen ki, hiss-duyğularımı heç kesin görüb, oxumasını istemirem. Amma özün de ressam olmaq isteyirsen. Maya çayından içdi: −Onlar tamamile ferqli şeylerdir. Heç bilmirem başa sala bilecem, ya yox?! – söz axrarırmış kimi, etrafa baxdı. – Gündeliyimdeki yazılar ancaq özüme aid olanlardır. Yalnız öz hislerimdir. Amma resmlerimdeki hadiseler, duyğular, sevgi, keder, xoşbextlik, çatdırmaq istediyim fikirler, duyğular – her şey obrazlarımındır, eserlerimindir. Üzerinde hekk etdiyim ketanlarındır. Fırçamdakı çalarlarındır. Menim deyil! Bax beledir menim felsefem. Ona göre de bele şeyler üçün heç bir narahatçılığım yoxdur. – anasına baxıb gülümsedi. - Amma gündelik tamam başqa şeydir. İrade xanım başını buladı: −Yaxşı, olsun. Amma yaxşı başa saldın. – birden-bire söhbeti deyişdi. - Bir az da müelliminden danış. Maya teeccüblendi: −Ne danışım axı? Heç özüm de tanımıram hele. Cavandır, qaraqabaq, kobud, eqoist birine oxşayır. Amma Müzeffer dayı teriflemekden yorulmurdu heç. Dediyine göre, guya humanitara hazırlaşıb, özü de 650 balı keçib. Amma zalda idman müellimidi, fizikadan da hazırlıq keçir vaxt tapanda. Nese, heç ne anlamadım - bir az fikre getdi – özünün cüsseli, qüvvetli görünüşü var. Özünden razı danışır. Menden soruşsan, hiyleger adama oxşayır. Qısası, ümumilikde... −Qızım, – İrade xanım menalı baxışla qızını süzdü. – amma sabahdan müelliminden çox, fizikaya fikir verersen... Maya pert oldu. Doğrudan da bu qeribe müellim haqqında nece oldu ki, bu qeder danışdı? Off... Meyus halda yazı stolunun üstündeki gece lampasının işığını yandırıb-söndürmeye başladı: −Sen soruşdun, men de dedim. Burda ne var ki? Axı özün bilirsen, insanları öz-özlüyümde araşdırmaq, texeyyülümde obrazını yaratmaq adetimdir. Bunu hemişe demişem. O da elece. −Bes onun üçün nece obraz yaratdın? – ana maraqlandı. − Ne bilim, ele olduğu kimi. – mızıldandı, hele de pert idi. İrade xanım qızının könlünü aldı: −Yaxşı, forslanma sen canım. −Bilmirem... – Maya ani susdu. – Doğrusu kobud, özüne güvenen, güclü iradeye malik bir obraz. – Amma, bilirsen, onda ele bir şey vardı ki, men onu derk ede bilmedim. Bir insan ki, olduğu kimi görünmez ve göründüyü kimi olmazmış kimi bir şey. Deqiq bilmirem, daha düzü ifade ede bilmirem. Çünki, heç özüm de deqiq anlaya bilmirem bunun ne olduğunu. Amma düzü bir insan kimi o qeder de xoşlanmadım bu müellimden. Anasının ona xüsusi bir baxışla baxdığını görüb, onun fendini hele indi anladı. Kefi tamam pozuldu: −Ana, niye maraqlanırsan axı? - Daha uşaq deyilsen, qızım. – İrade xanım temkinle dillendi. - Bunu başa salmaq borcumdur, anayam men. Kimdir, necedir bilmirem. Amma zaman pisdir qızım, zaman... O qeder hadise eşidirem ki, vallah sen her gün derse, hazırlığa gedib gelenedek üreyim eriyir. Heç kese etibar yoxdu bu zamanda. Maya etiraz etdi: −Zamanlıq heç ne yoxdur, ana. Zaman hemin zamandır. Deyişen insanlardır. Zamanın adı çıxıb... – Qayğıkeş nezerlerle anasına baxdı. – Özün de nahaq narahat olursan. Allahın qoruduğuna kim zerer vere biler ki?! İrade xanım başını buladı: −Elbette ki, Allah qorusun evvel. Amma, sen get özünü ocağa at ki, Allah qoruyur. Bes insana verilen ağıl, düşünce? Qızım, harda olursan ol, heç kese tamamile inanıb, arxayın olma. - etiraf etdi. - Düzü, sen gelib danışandan beri yaman narahatam. Cavan müellim olması üreyimden deyil heç. Maya qalxıb otaqda gezişmeye başladı: −Uşaq deyilem ki, ay ana. Ne de avam, sadelövh deyilem. İrade xanım temkinle onun sözünü kesdi: −Bilirem, öz qızıma da, terbiyesine de, düşüncesine de beledem. Güvenirem de. Amma insan çiy süd emib. Heç vaxt ehtiyatı elden verme. Maya keçib çarpayıda – anasının yanında eyleşdi: −Oldu! Baş üste! Arxayın ol! Anası qapıdan çıxanda geriye boylandı: −Sözlerimden netice çıxar. – qapını örtüb getdi. Maya bir neçe saniye anasının çıxdığı qapıya teref baxıb, yorğun halda yerine uzandı. Gözlerini yumub, bu günkü görüşü teferrüatı ile xatırladı. Rauf müellim... Yox, o ne qeder qeliz, adamayovuşmaz görünse de, eslinde pis adama oxşamırdı. İlk baxışdan özüne qarşıhörmet doğurur. Anam nahaq yere narahatdır. O heç mene teref 2-3 defeden artıq baxmadı. O da öteri nezer saldı. Bezi şorgöz kişiler kimi gözü başından ayrı düşmemişdi. Çox ciddi idi. Yox, ondan pislik gözlemirem. Genc de olsa, özüne hörmet doğurur... Yerine uzandı ve yuxulamağa çalışdı. * * * Seherden beri gözlediyi qonağı nehayet ki, gelib çıxdı. Bu vaxt Rauf zalda tek idi. Avadanlıqların etrafında dolanır, onların sazlığını yoxlayırdı. Qapı döyüldü ve heç cavab gözlemeden de 45-46 yaşlarında ortaboylu, yaraşıqlı, tünd boz, parıltılı kostyum geyinmiş, saçlarını yandan seliqe ile ayırıb daramış bir kişi içeri daxil oldu. Qapını örterken öteri dönüb maşınına nezer salması da Raufun nezerinden qaçmadı. İreli gelib qonağı salamdı: −Salam! Kişi elini ona uzatdı. Raufu başdan-ayağa diqqetli nezerlerle süzüb gülümsedi: −Çox gencsen. Rauf da gülümsedi: −Çoxları mene yaşımdan artıq verir... Telefondakı siz idiniz? Kişi hele de Raufun elini tutduğu halda etrafa göz gezdirdi: −Beli. Keçek içeri? Rauf qonağını ireli verdi: −Buyurun. Gözucu yarıçekilmiş perdenin arasından qonağının avtomobiline baxdı. Çox bahalı idi... Avtomobilin yanında hündürboylu, iri cüsseli, qüvvetli bir adam dayanmışdı. Çox güman ki, cangüdeni idi, hem cangüden olmaqla yanaşı, avtomobili de idare edirdi. “Bunun yumruğunun altına düşenin vay halına.” - düşündü. Otağa keçib, qapını içeriden bağladı, fikirli gülümsündü: “Demeli, qonağım mühüm adamdır.” Rauf stolun arxasına keçib, hemişeki yerini tutdu. Qonaq ise qarşı terefdeki kresloda eyleşdi. Yene adeti üzre oynaq gözlerini herlederek geniş otağı nezerden keçirdi. Raufun dinmediyini görüb, söze özü başladı: −Evvel özümü teqdim edim. İlqar Talıbov. Telefonda demişdim adımı. Amma mence haqqımda bilmirsiniz. −Adınız istisna olmaqla. İlqar nezerlerini otaqdan çekib, Raufun üstünde saxladı. Ağıllı, diqqetli baxışları vardı. Özünü aparması, hereketleri, gözleri, möhkem elleri güclü irade sahibi ve bacarıqlı biri olduğunu bildirdi. Elindeki alışqanla cibinden çıxardığı bahalı siqareti alışdırmaq istedi: −Çekmek olar? Rauf başı ile razılıq bildirdi. Qonaq alışdırdığı siqaretden bir qullab vurub, qenaetle danışan genc oğlana baxdı: −Demek beledir... Biz iki bacı, bir qardaşıq. Men aileliyem, bacılarım da erdedirler. Yeznelerimle birleşib iş birliyi qurmuşuq. Nece deyerler, aile biznesi yaratmışıq. Qardaşım olmayıb. Amma olmasa da, emioğlumla qardaş olmuşuq. Yegane emimin, yegane oğlu. Çox istedadlı, bacarıqlı iş adamıidi. Elçin Talıbov... Belke eşitmisiniz, beş ay bundan evvel öz ofisinde qetle yetirilib. Rauf qaşlarını çatdı: −Belke de... İlqar başını yelledi: −He, neyse, indi iş bağlanıbdır. Birini hebs etdiler ki, guya şexsi münaqişe zemininde Elçini o qetle yetirib. Rauf qarşısındakı vereqin o biri – temiz üzünü çevirdi: −Guya?!.. −Beli, guya. Çünki, buna inanmıram. Qetiyyen! −Niye? Bunun üçün tutarlı sebebleriniz olmalıdır. İlqar üz-gözünü turşutdu: −Tutarlı sebeb? Rauf bey, men Elçinle qardaş olmuşam, en yaxın dost olmuşam. Bundan tutarlısı? Deqiq bilirem ki, o heç vaxt yad adamı ofise buraxmazdı. Rauf etiraz etdi: −Cangüden yaralanıb amma... İlqar Raufu diqqetle süzdü: −Demeli, bilirdiniz? −Yox, indi yadıma düşdü. İnternetde oxumuşdum. İlqar barmağındakı iri, tünd göy qaşlı üzüyü fırlatdı: −Hm, bele. Düşünürsünüz ki, bir adam ofise rahatca daxil olub, cangüdeni yaralayıb, bu ses-küyü eşiden Elçin de içeri gelen adamdan müdafie üçün elinin altındakı silahı götürmeyib. Düz başa düşdüm? Bunu nece izah edeceksiniz, cenab zabit?
Rauf ciddileşdi: −Kinaye ile danışmağa ehtiyac yoxdur. – nese fikirleşdi. – Dediniz, silahı var idi? −Elbette vardı. Hemişe de dolu idi. İndi izah edin, nece ola biler ki, içeri gelen yad adamdan qorunmasın? Çünki, cangüdenyaralananda mütleq ses olmalı idi. Heç ne elemese de, en azı qışqırardı. −Hm, bunu düşündüyünüzden de çox şeyle izah etmek olar. Belke heç merhum hadisenin şokundan özüne gele bilmeyib? Ve ya heç ne eşitmeyib? İlqar Raufu menalı-menalı süzdü: −Men dedim axı, Elçini menden yaxşı tanıyan yoxdur. O çox cesaretli, özünü itirmeyen, veziyyetden çıxmağı bacaran adam idi. Rauf fikre getdi: −Zehmet olmasa suallarımı cavablandırın. Amma ne qeder düzgün olsa, o qeder yaxşıdır. İlqar inamsız ve könülsüz halda razılaşdı: −Cavablandıraram. Amma mene sizi başqa cür tesvir etmişdiler. Siz heç neden şübhelenmirsiz heç. Rauf bayaqdan elinde oynatdığı qelemi üstünde ecaib cızıqlar çekdiyi vereqin üstüne qoydu. Başını qaldırdı: −İlqar bey, haqqımda ne deyibler, bilmirem. Amma bu her şeyden şübhelenmeye sebeb vermir. Eksine, yersiz şübheler insanı yanlış yola salar. Esas odur ki, her şeyi mentiqle düşünüb, mentiqle qerar çıxarasan. Neyse, evvela deyin, ne biznesi ile meşğulsunuz? Bir de bu biznesde esas simalar kimdir?İlqar barmaqlarını çırtlatdı: −Bizde avtomobillerin satışıdır esasen. Menem, rehmetlik Elçin idi, böyük yeznem Kamran Eliyevdi, bir de kiçik yeznem Mirehmed Babayev. Men özüm Almaniyada yaşayıram. Avtomobilleri aldığımız firma ile müqavile bağlayırıq, men maşınları Azerbaycana yola salıram. Onlar da buradakı biznesi idare edirler. Rauf alnını ovuşdurdu: −Sizce, yezneleriniz nece insandır? İlqar sert baxışlarını onun üzüne dikdi: −Onlar ela yola gedirdiler. Özü de Elçini öldürmek üçün onların heç bir sebebi yoxdur. Heç neye de ehtiyacları yoxdur. Elçinin xetrini hamımız çox isteyirdik. Rehmetliyin heç kesle işi yox idi. Sakit adam idi. Düzgün adam idi. Onun kimileri barmaqla sayılır indiki zamanda. Ele bil keçmişin köhne kişilerinden idi. −Hm, bes hebs edilen şexsle merhumun ne elaqesi var idi? Onların ne düşmençilikleri olub ki? −Heç ne! – qonaq esebi halda elini yelledi. - Heç bir düşmençilik,filan yox idi. Anlaşılmazlıq olmuşdu. Hemin adam satış üçün avtomobiller almışdı bizden. Qiymetde anlaşılmazlıq olmuşdu. Ne bilim, mesele pulu ödemeye çatanda başlayıb ki, evvel başqa qiymet danışmışdınız. Neyse, kesib mebleğin qalanını. Elçin de çox qezeblenib ki, kişinin sözü bir olar. Avtomobilleri apardığın kimi de qaytar getir. Getirib qaytaranda yene mübahise düşüb. – qonaq fikirli-fikirli başını buladı. - Amma inanmıram ki, onu öldürmek derecesine çatsın. Buna heç vaxt inanmaram. O da adını-sanını qoruyan adamdır. Hetta bunu elemek isteseydi, başqa adama eletdirerdi. Şübhelerim düzdürse, demeli o da günahsız yere hebsde yatır. −Hansı şübheler? – Rauf maraqlandı. −Elçini hemin adamın öldürmemesi. Burda nese başqa iş var. Mentiqi uyğunluq yoxdu. Vallah üreyim deyir ki, her şey başqa cürdür. Rauf kresloya söykendi: −Bes özünüzün şübhelendiyiniz kimse var? Axı qardaş, dost olmusunuz... İlqar esebi halda başını geriye atdı: −Ele en pisi de odur ki, onun düşmeninin kim ola bileceyi heç ağlıma da gelmir. Heç kese pisliyi deymemişdi. Heç kesin çöreyini almamışdı, incitmemişdi. Rauf el çekmek istemedi: −Bes heç olmayıb ki, kiminlese anlaşılmazlıq, ya da başqa bele nese olsun? Meselen, razılığa gelmemek kimi. Ya da belke ele şexsi mesele olub ki, hetta size de demeyib? Ola bilmezdimi? ***İlqar azacıq düşünüb, alnını ovuşdurdu. Yaraşıqlı qametini düzeldib, tutqun halda dedi: −Bu istisna deyil. Çünki, Elçin menimle ne qeder yaxın olsa da, ümumilikde qapalı adam idi. Bir problemi de olanda çalışardı özü hell elesin, heç kesi narahat elemesin. Ele meni de bu narahat edir. Heç cür ağlım kesmir. Eger kiminlese düşmençiliyi olubsa da, bunu mene demeyib. Deseydi en birinci hemin adamı axtarardım da. Rauf stola dirseklendi: −Bes hebs olunan şexsle mübahisesi olduğunu kim demişdi? −Bu çox sade olub. Avtomobilleri qaytarmağa gelende mübahise yaranıb, sonra dava düşüb. İşçilerin yanında olubmuş. Ne yaxşı ki, yeznelerim de yanında olub, sakitleşdiribler. Hemin adam da Elçini hedeleyib ki, “Bunu bele qoymayacam, peşman olacaqsan!”. Mene xeber çatanda Elçine dedim ki, her ehtimala qarşı polise xeber versin, etiraz eledi. Bele şeylerle arası yox idi rehmetliyin. Udqundu. Qeherden boğazı göynedi. Qardaş evezi birini itirmişdi. Rauf diqqetle onu süzüb fikre getdi... İlqar başını qaldırıb diqqetle Raufun gözlerine baxdı: −Ne deyirsiniz, bacararsınız? Rauf gözünü mechul nöqteden çekmeden soruşdu: −Hemin şexs merhumu hedeleyende orada başqa kimler olub? İlqar teeccüblendi: −Nece meger? −Soruşuram. −Başqa adam olmayıb. O aralar alverin zeif vaxtıdır, ona göre de müşteriler az-az görünürdü. Mübahise olanda ancaq sürücü, cangüden, bir de satıcılarımız olub. −Bir de yezneler. - Rauf xatırlatdı. −He, başqa heç kes. Tekce özümüzküler. Rauf yüngülce burnunu çekdi: −Hm, aydındır. Siz mene mobil, iş, bir de ev nömrelerinizi deyin. Sabah elaqe yaradarıq. İlqar dikeldi: −Sabahdan başlamaq isteyirsiz ki? −Bu günden. – Rauf ayağa qalxdı. İlqar bu oğlanı qeribe maraqla süzüb, ayağa qalxdı: −İstediyiniz mebleği deyin! Rauf hemişe pul meselesi çatanda karıxırdı: −Özünüz teklif edin. İlqar mebleğin adını çekdi. Doğrudan da kifayet qeder yaxşı mebleğ idi. O bunu gözlemirdi: −Oldu, amma ki, iki şertim var. −Ne şert? −Birinci şert, polisi bu işe qatmayın. Eger bele bir kömek yaradası olacaqsınızsa, indiden imtina edim. İlqar ani düşünüb razılaşdı: −Yaxşı. Bes başqa ne? −Lazım olan adamlarla maneesiz ve rahat görüşümü temin edeceksiniz ve heç bir halda mene tesir edib öz fikrinizi yürütmeye çalışmayacaqsınız. İlqar gülümsedi: −Bunlar çox asan şertlerdir. Men daha qelizini gözleyirdim. Rauf ciddilikle: −Asan olsa da, vacibdir – deyib, qonağını ötürdü... * * * Xeyanet qoxusu (V hisse)

Süfre başında eyleşenden artıq 4-cü defe idi ki, Nicatın telefonunun romantik melodiyası susmaq bilmirdi. Atasının ciddi baxışları deyesen ona sirayet etdi. Bu defe zengi leğv etmeyib, dehlize qaçdı. Astadan danışsa da, sert danışdığı eşidilirdi... Bu defe süfreden çörek götüren İrade xanım narazı sesle dillendi: −Ay bala, heç olmasa süfrede oynatma da o telefonu. Kim idi? Nicat mızıldandı: −Heç, uşaqlar idi. Eldar başını buladı: −Uşaqlardır, bes burda niye danışmırsan? Demeye söz tapmayıb, çengelle xöreyinin üstünde cızıqlar çekdi.Qardaşının halını gören Mayanı gülmek tutdu. Xısın-xısın güldü. Nicat da fürset tapıb barmağını ona yelletdi. Qız da öz növbesinde onu cırnatmaq üçün “xırda-xırda” jestler etdi. Uşaqlarının gizlin “parollarla” danışmasını gözden qaçırmayan atanı gülmek tutdusa da, ciddi sesle onlara tepindi: −Yemeyinizi yeyin! Nahardan qalxan Nicat Mayanı dehlizde yaxaladı: −Sen neye gülürdün, he? Maya yene şıltaqlıq etmeye başladı: −“Uşaqlar”a gülürdüm. – deyib, qardaşının elinden sivişib otağa qaçdı. −Dayan, payını verecem. – deyen Nicat da onun arxasınca yüyürdü. Stolun başına dövre vura-vura bacısını tutmağa çalışırdı: −Sen hardan bilirsen bunları? Telefonuma baxmısan, he? Maya hirslendi: −Ne danışırsan sen? Telefonunla ne işim. O gün balkonda ele berkden danışırdın ki, kar da eşiderdi. Nicat pert halda özünü divana atdı: −Ay seni, ne pis oldu. Sen de gülmeseydin olmazdı da. Ata başa düşdü hamısını. Sen hele yadında saxla! Maya şen halda qapıya teref qaçdı: −Menden Esmer xanıma salam deyersen, Nicat bey. – güle-güle otaqdan çıxdı. Nicatın dodağı qaçdı. “Hetta adını da bilir. Bu qızın qulağı yaman yaxşı eşidir”. Romantik bir melodiya yeniden seslendi. Zeng vuran bayaqkı kobudluqdan incimiş Esmer idi... * * * Maya otağına keçib, bir neçe deqiqe paltar şkafının aynasında özüne tamaşa etdi. Sonra qapısını açıb, paltarları gözden keçirmeye başladı. “Bu yox, bu da yox, belke bu?” Şkafdakı paltarların içinde üç reng – ağ, mavi, yaşıl daha çox nezere çarpırdı. Bu üç reng onun en çox sevdiyi rengler idi. Ona göre de, her defe teze paltar alanda özünden asılı olmadan bu renglerden yapışırdı. Asılqanları aralayıb, idman üslubunda olan mavi ve ağ zolaqlı koftasını ve göy cins şalvarını götürdü. Bunlar ona çox yaraşırdı. Ümumiyyetle, çoxları onun zövqünü beyenirdi. Özü de paltarları ele destleşdirib geyinirdi ki, hamısı bir-birini tamamlayırdı. Geyinib aynada özüne bir de baxdı. Çiyninden bir qarış aşağı olan ipek saçlarını arxaya darayıb, saç bağı ile yığdı. Bir saat evvel yeni hazırlıq müellimi zeng vurub, bu gün hazırlığa gelmesini tapşırmışdı. Heç özü de bilmirdi niye bele telesirdi... Otağına nezer saldı. El-ayaqda qalan eşyaları yerbeyer etdi. Ele hemin an da mobil telefonunun melodiyası seslendi. Koftasının cibine qoyduğu telefonu çıxarıb, ekrana baxdı. Zeng vuran en yaxın refiqesi - Efsane idi. −He, Efsane. −Hardasan? Bir eli ile defter-qelemini çantasına yerleşdirdi: −Evde. Niye ki? Efsane teeccüblendi: −Sen hele çıxmamısan? Men çoxdan dayanacaqdayam. Tamamile unutmuşdu. Hazırlığın vaxtını deyişdiyini ona dememişdi. Mesuliyyetsizliyine göre pert oldu: −Bağışla, sen Allah. Hazırlığın vaxtını dördüncü güne keçirmişem. – sonra günahkarcasına – İncimedin ki? Efsane yaman esebleşdi: −Hele bir soruşursan da?! Seni tanımaq olmur. Herden ele mesuliyyetsiz olursan ki, seni öldürmek isteyirem. Maya güldü: −Yaxşı, öldür, öldür. Eger bununla sakitleşeceksense. Sen hirslenende senden qorxuram. - Her ikisi gülüşdüler. Efsane ciddileşdi: −Yaxşı, elimden bele asan qaça bilmezsen. Özü de, ayıb olsun, mene demediyin üçün. −Vallah... −Neyse, niye deyişdin vaxtı? −Fizikadan hazırlığa gedirem. −Fizikadan? - Efsane teeccüblendi. −He, attestat imtahanına göre. −Az bilmirsen amma. Maya, men sensiz getmek istemirem hazırlığa. Vaxtında deseydin... Neyse, men de müellime deyecem ki, meni sizin qrupa salsın. Maya sevindi: −Heç ağlıma gelmemişdi. Ela olar amma. Efsane gileylendi: −He, he, ela olar. Sevinenime bax. Bunu sen elemeliydin. −Yaxşı da, barışaq. İndi gecikirem, gelende evinize zeng vuraram. −Yaxşı, oldu. −Helelik... Dehlize keçdi. Ayaqqabısını geyine-geyine metbexde eyleşmiş valideynlerine teref seslendi: −Men çıxdım, helelik. Anası qapıya teref boylandı: −Yaxşı yol, ehtiyatla! Özünden muğayat ol. Maşınlardan özünü gözle! −Yaxşı, yaxşı. – gülümseyib, qapıdan çıxdı. “Heyif, atamın işi olmasaydı rahatca gedecekdim maşınla. Of, yene bu tıxacda lengiyecem” – düşündü. Sebri çatmadı. Avtobusdan düşüb, telesik ayaqla getmeye başladı. Az qala qaçırdı. “Növbeti dayanacağa çatsam, oradan qalan yol ele de çox deyil” – düşünüb, yolu keçdi. Sekiye tezece çıxmışdı ki, siqnal sesinden diksindi. Ehemiyyet vermedi. Göresen yene hansı ağılsızdır?! Yolun kenarıyla gedirem, deyesen bunu da görmür... Yene siqnal seslendi. Bu defe Maya hirsle geri dönende, yeni müelliminin ciddi baxışları ile qarşılaşdı. Rauf maşının penceresinin şüşesini endirdi: −Sehv etmiremse, zala gedirsiniz. Maya azacıq eyildi: −Beli. Tıxaca göre düşdüm ki, belke qaça-qaça tez çataram. Deyesen heç... −Eyleşin. - Rauf onun sözünü kesdi. Maya tereddüdle ona baxdı. Rauf müellim onu şagirdliye götürse de, yene yad adam idi. O gün anası nece dedi? “İndi heç kese etibar etmek olmur. Sözlerim haqqında yaxşı fikirleş”. Neyleyim göresen? −Eyleşin! – bu defe emr etdi. Maya ani tereddüdden sonra avtomobilin arxa qapısını açıb, eyleşdi. Özünü yaman itirmişdi. İlk defe idi ki, yad adamın maşınına eyleşirdi. Hetta salam vermeyi de unutmuşdu.Rauf da deyesen onun halını başa düşdü: −Salam! Maya salamlaşmadığını hele indi xatırladı. Pert halda mızıldandı: −Salam. −Derse başlamağa hazırsınız? −Beli, hazıram. Rauf ön güzgüde onu diqqetle süzüb, gözlenilmeden soruşdu: −Qorxursunuz? Maya özünü tamam itirdi: −Yooox... Neden? −Mene bele geldi... Mayanın qeşeng qaşları çatıldı: −Sehv zenn etmisiniz. Rauf gülümsedi: −Ola biler... Daha yol boyu heç biri bir kelme de kesmediler.Maya pencereden qarışqa kimi qaynaşan maşınları süzerek, heyecanını boğmağa çalışırdı. Özü-özüne çox acığı tuturdu. “Mene bax bir. Axı ne olub ki? Adamyeyen deyil ki? Neden bele heyecanlandım. Amma ne diqqetlidir. O deqiqe hiss eledi. Özü de hele bir soruşur da. Qorxmalı heç ne yoxdur. Of, anam olmayan yerden menim fikirlerimi ele qarışdırıb ki...” Tünd qara rengli “Mersedes” birmertebeli idman zalının qarşısında dayandı. Maşından düşüb zala daxil oldular. Rauf qapıdan keçende onu ireli verdi: −Xoş gelmisiniz. −Sağ olun. – Maya başını aşağı salıb, içeri keçdi. Zalda beş nefer 16-23 yaş arası oğlanlar vardı. Hamısı da Raufu gören kimi hörmetle salamlaşdılar. Bütün şagirdleri bu sert ve qeribe müellimlerinin xetrini çox isteyirdiler. Onlar Raufla beraber içeri giren qeşeng qızı maraqla ve diqqetle süzdüler. Amma müellimlerinin sert baxışını gören kimi yene müxtelif “nidalarla” meşqlerine davam etdiler. Raufun kabinetinde her şey ona maraqlı idi. İçeri keçmişdise de, hele eyleşmemişdi. Keçen defe kifayet qeder diqqet yetirmedeyi bu geniş otağı bu defe daha maraqla nezerden keçirmeye başladı. Otağın baş terefinde geniş ofis stolu yerleşmişdi. Stolun bir terefinde Raufun tünd qara, deriden hazırlanmış enli ve möhteşem kreslosu, qarşı terefde ise iki sade, qara kreslo vardı. Geniş kitab refinin yanında kreslolarla dest divan qoyulmuşdu. Divarlardan birine bedennüma ayna berkidilmişdi. Bundan başqa otağın müxtelif sahelerinde qedimi eşyalar – xüsususen de silahlar var idi. Rauf stolun üstünde hazır qoyduğu fizika kitabını qarşısına çekdi: −Eyleşin. - kitabı vereqlemeye başladı. Maya çantasını qarşısındakı kresloya qoydu. Sonra diqqetle kitaba baxan müellimine teref döndü: −Bes nece çatdıracaqsınız? Hem onları – barmağı ile çöle işare etdi - hem meni hazırlaşdırmağı? Rauf qelemle mövzunun qarşısına işare qoydu. Maya gözucu mövzuya baxdı: −Birden onlara kömek lazım olsa?! Müelliminin onu eşitmediyini zenn edib, pert halda sualını tekrarlamaq istedi: −Müellim, deyirem... −Bu menim problemimdir. – Rauf başını qaldırmadan qızın sözünü kesdi. Maya pert olsa da dinmedi. Raufu acıqla süzüb,üreyinde“kobud” – deyib, yamanladı. Rauf qarşısına işare qoyduğu iki mövzunu Mayaya gösterdi: −Bunların heresini bir defe oxuyun. Bir defe, amma diqqetle. Sonra gelib mövzunu izah edecem. Sonra yene oxuyacaqsınız. - deyib otaqdan çıxdı. Maya bir neçe saniye onun çıxdığı qapıya teref baxıb, deyindi: −Bu müellimle menimki heç tutmayacaq deyesen...
Xeyanet qoxusu (VII hisse)

−Gördün, yadında da qaldı.
Maya başını buladı: −Burda ne var ki? İkisi de bir müddet susdular. Zarafata salsalar da, özlerinden neçe defe böyük bu oğlanlarla qarşıdurma ikisini de qorxutmuşdu. Efsane zeif sesle dillendi: −Eşitdin ne dedi? Maya qaşqabağını tökdü: −Desin de. Elesi daha “bağışla” demeyecek ki. Efsane yene geriye baxıb döndü: −Belke zeng eleyib olanları Eldar dayıya deyek? Maya etiraz etdi: −Yox, hemişe her şeyi özüm yoluna qoymağa öyreşmişem. Şişirtmek lazım deyil. Daha da narahat olarlar. −Hm, yaxşı. Üstünde müxtelif brendlerin, firmaların reklam plakatları vurulmuş böyük ve işıqlı parfüm mağazasının qapısını açdılar. İçeri giren kimi, müxtelif rengareng etirler onları bürüdü. Adam lap serxoş olurdu. Heç buradan çıxmaq istemirdi. Efsane astadan dillendi: −Kefdedir buranın işçileri. Maya gülümsedi: −Amma çox qalanda adamın könlünü vurur... Hm, gel o qızdan soruşaq. – mağazanın xüsusi geyiminde olan sarışın qıza yaxınlaşdılar. Maya çox geniş piştaxtaya düzülmüş müxtelif etriyyatlara baxdı. Adamın başı fırlanırdı. Bu qeder etriyyatın adını heç bir güne oxuyubqurtarmaq olmazdı. −Mene qızılgül etri lazımdır. Sarışın qız heç ne demeden bir neçe firmanın etirlerini onun qarşısına düzdü. Etirleri bir-bir qoxlasa da, qiymetlere de baxırdı. Puluna yeterli olmalı idi. Nehayet, seçdiyi etiri zövqle bükdürdü. Efsane de hediyyesini seçmişdi. İndi birbaş gül mağazasına gedecekdiler. Efsane qalan pullarını hesabladı: −Görek istediyime çatacaq? Her şeyin qiymetini qaldırıblar at beline. Maya fikirli halda başını buladı: −Ehh... Kim kimedir indi... Eybi yox, helelik şagirdik, pulumuz neye çatır, onu alarıq. İnşALLAH işleyende maaşımızla yaxşı bir şey alarıq. Efsane güldü: −Ele asan dedin ki. İnstituta qebul olduq, oxuyub qurtardıq, qaldı işleyib pul qazanmağımız. Maya onu başdan ayağa süzüb ,yarızarafat: −Qız, senin belini inamsızlıq qıracaq – dedi, - bilmirem düzdü, ya yox?!... Ümumiyyetle, mövhumatçı deyilem. Amma hemişe neye inanıramsa, neyi deyiremse olacaq, doğrudan da olur. Efsane istehzayla: −Belke seyidsen? – güldü. Maya ciddileşdi: −Estagfurüllah! Ciddi deyirem. −Onda çoxlu-çoxlu de ki, Efsane ali mektebe qebul olacaq. −Ona sen özün inanmalısan. Herenin dünyada öz missiyası var. Bunun da ardınca özümüz getmeliyik, gedeceyimiz yola özümüz inanmalıyıq. Başqalarını inandırmazdan evvel... Efsane güldü: −Vallah, Eldar dayı sene yaxşı ad qoyub. Filosof... −Burda filosofluq ne var ki? Efsane etiraz etdi: −Var da! Bax gör etrafında yaşıdlarımızdan hansı senin kimi fikirler yürüdür, ne bilim, bele qeribe prinsiplerle yaşayır? Men hele senden başqasına rast gelmemişem. Maya gülümsedi: −Sağ ol, vallah! Filosofların heyat terzi haqqında etraflı melumata göre! – barmaqlarını bir-bir qatlamağa başladı. - Demeli, filosof menim kimi qeribe prinsiplerle yaşayanlara deyilir?! Menim kimi fikirleşenlere deyilir?! Onda bele çıxır ki, filosoflar hörümçekden qorxurlar, qaranlığı sevmirler, dovğadan, borşdan, şorbadan, qoyun etinden acıqları gelir. Seherler 11-e kimi yataqdan qalxmırlar. Ters, deyingen, ağlağan, emossional, çılğın, delisov, esebi... −Dayan, dayan! - Efsane güldü. −He, deyirsen filosoflar bele olur? – güldü. −Bele niye ki? −Axı men beleyem... Gülüşdüler. Efsane refiqesinin qoluna girdi: −Maya, sen yaxşı qızsan. Doğrudan deyirem. Saydıqlarının da deyingen, delisov, esebi, ağlağan olmağını çıxmaq şertile, hamısı ile razıyam! −Niye? – teeccüblendi. - Ele deyilem ki? −Yox, Maya! Dostumsan, üzüne demirem. Amma sen çox xeyirxahsan. Delisov deyilsen. Bir az tez coşursan, amma bir atımlıq barıtın var. Esas odur ki, kinli deyilsen. Ağlağan olmağına qalanda hele senin yadların yanında gözünde yaş görmemişem. Her adam bacarmaz. Senin çox möhkem iraden var. Herden fikirleşirem, senin kimi ola bilseydim... −Nedir, yoxsa filosof olmaq isteyirsen? Çalışma, yerimi veren deyilem. −Yaxşı, heç isteyen de yox idi. Eqoist! −Bu da biri. – güldü. −Zarafat eleyirem. Ay qız, yadımdayken, yazıq dovğa sene neyleyib? −Hele ki heç ne. Olan yeyende olur. −İnan, ömrümde rast geldiyim birinci adamsan ki, dovğa yemirsen. Heqiqi, niye? −Ne niye? −Deyirem, dovğadan niye xoşun gelmir? −Senin sarı rengden niye xoşun gelmir? −Ne bilim, gelmir de. −Ele menim de ona göre. Söhbet başlarını ele qatdı ki, mağazaya ne vaxt çatdıqlarını hiss etmediler. İçeri ele gözel rengarenglik idi ki, adam heç çıxmaq istemirdi. Tebii güller o qeder şux ve canlı görünürdü ki, süni güllerden çetinlikle seçilirdi. Maya derinden nefes aldı: −Ne qeder qeşeng, bahalı etirler olsa da, yene bu tebietin yaratdığının etrine tay ola bilmez! Sen canın, gör ne gözel etir saçırlar? Bax, kefi ordakılar yox, buranın satıcıları görür. Efsane künce yığılmış qızılgülleri gösterdi: –Belke onlardan alaq? –Sen isteyirsense, al! –Bes sen almırsan? Maya süni güllerin yanına qoyulmuş açıq mavi gülleri gösterdi: –Men ondan alacam. Neçeye olur olsun. Lap bir dene de olsa. Efsane onun gösterdiyi terefe baxdı: –Ay qız, onlar sünidir. –Yox, süni deyil. Hele bele gül görmemişdim heç vaxt. Göresen adı nedir? Ay Allahım, nece de qeyri-adidir. Lap adamı sehirleyir. Efsane çiyinlerini çekdi: –Özün bil, men qızılgül alacam. Cavab evezine Maya satıcıya yaxınlaşdı: −Bax, o açıq mavi güller neçeyedir? Satıcı güle teref baxıb, dedi: −Hamısının qiymeti qoyulduğu sebetlerin üstünde var. Maya çox da böyük olmayan sebete yaxınlaşdı. Qiymete baxdı. Bir az da ireli eyildi, yox, sehv etmirdi. Doğrudan da deyerdi bu qiymete. Göresen haradan getiribler ki, bunu? Maya pert halda, öz-özüne deyindi: −Ne pis oldu... Satıcıya teref döndü: −Bes bir az ucuz vere bilmezsiniz? Arıq, uzunburun satıcı qadın Mayanı öteri süzüb, tekebbürlü sesle soyuq dillendi: −Xanım, o sizin üçün adi gül deyil, çox qiymetlidir. Onu adi adamlar almır. −Heç olmasa bir denesini ala bilseydim. Azacıq pulum çatmadı. −Ne qeder pulunuz var ki? Maya mebleği dedi. Qadın istehzayla gülümsedi: −O pula bu terefde adi güller var, yığcam buket bağlaya bilerik. Maya onun gösterdiyi terefe baxmadan, ciddilikle dillendi: −Güllerin adisi olmur! Hamısı özü-özlüyünde qeyri-adidir. Bir az kinaye ile qadını süzdü, - adamların da adisi olmur, xanım! Men bele cahillerle razılaşmıram! – deyib, Efsanenin yanına döndü. Böyük mağazada Efsane güllerini artıq bağlatdırırdı: −Nolub, Maya? −Heç... Bundan bir dayanacaq o terefe de gül mağazası var. Ora da baxarıq. Efsane teeccüblendi: −Burda gül qehetdir? - sonra neyise xatırladı. - Noldu, almadın o gülü? −Ala bilmedim. - meyus halda dillendi. – Yaman bahadır, ele bir qiymet qoyublar... −Yaxşı da, ele bahadır ki? −He... −Eybi yox, birini al. −Ele birinin qiymetini deyirem hele. – mebleği dedi. Efsane esebleşdi: −Pah, bir gül nedir ki, o qiymete satırlar? Kimdir ki onu alan?Maya menalı gülümsedi: −Alan tapılır, ezizim... Bu vaxt arxalarından ses eşitdiler: −Bayramınız mübarek! İkisi de eyni vaxtda teeccüble döndüler. Efsane qarşısındakını tanımadısa da, Maya gören kimi daha çox teeccüblendi ve qızardı: “Bu hardan geldi?!” −Salam müellim, teşekkür edirik. −Xoşdur. - Rauf ciddilikle gülümsedi. Maya Raufu dostuna teqdim etdi: −Fizikadan hazırlıq müellimim Rauf müellimdir. Ardınca Efsaneni teqdim etdi: −Bu da en yaxın refiqem Efsanedir. Rauf başını terpetdi: −Şad oldum. - elindeki qızılgülü Efsaneye, açıq mavi gülü ise Mayaya verdi... – Maya, bu gün sizi tebrik etmeyi unutmuşdum, tesadüf ele getirdi ki, sehvimi düzelde bildim, bir daha tebrikler! Qızlar ikisi de donub qalmışdılar. Maya heç bilmedi niye kövreldi. Çox qeribe qız idi. Bir yandan bayaqdan hesretle baxdığı gülün, indi ellerinde olmasına hem inanmır, hem de sevinirdi. Bir terefden de Raufun qarşısında özünü borclu, nece deyerler meğlub kimi hiss edirdi. Efsane heyretle Mayanı süzdü: −Budur müellimin? Amma Maya onu eşitmedi. Piştaxtaya yaxınlaşan Raufun ardınca telesdi: −Müellim, bu nedir? Rauf diqqetle onun elindekine baxdı: −Bizim tereflerde buna gül deyirler. Amma Maya zarafatla ötüşmek istemedi: −Bizde de gül deyirler... Bunu niye aldınız? Rauf ciddileşdi: −Maya, hediyye verenden soruşmazlar ki, bunu niye aldın?! −Bilirem, amma çox baha... −Bu sözden acığım gelir. – Rauf üz-gözünü turşutdu. Yene dili dinc durmadı. Qisas almaq istedi: −Siz de meni pusurdunuz... Rauf işarenin neye vurulduğunu o deqiqe anladı ve tebessümünü gizlemeye çalışdı. Bu inadcıl ve özüne hörmet qoyan qızı yene diqqetle süzdü. Artıq Maya onda hörmet doğururdu. Demeli, hele teze tanış olduğu genc müellimden bele diqqet gözlemir. Onu müellim mesafesinden yaxına buraxmır. Çünki çox çaşdı. Eyni zamanda, bele bahalı hediyyeye göre narahat oldu. Hele sözüne bax. Demeli, seherki iradım yaman tesir edib bu qürurlu qızcığaza. İndi de fürset tapan kimi, menden qisas almaq isteyir. Çox maraqlı qızdır... −Maya, buna pusmaq yox, şahid olmaq deyirler. Sadece tesadüfen şahid oldum. Maya nese demek istedi. Amma susdu. Sonra birden gülü ona uzatdı: −Bağışlayın, götüre bilmerem. Rauf sertleşdi: −Buna ise en böyük hörmetsizlik deyirler... Gözlemirdim. Maya pertliyini gizletmeye çalışdı: −Yaxşı müellim, çox sağ olun. Unutmaram... −Unutqanlıq pis şeydir. Söhbeti deyişmek istedi: −Sizden burada ne eceb? – gizli bir qısqanclıqla elindeki güle işare etdi. - Nişanlınıza alırsınız? – sesi qeribe alındı. Rauf bunu anında duydusa da bildirmedi: −Anama alıram! – buketi götürüb döndü. - Sağ olun! – qapıdan çıxdı. Maya yerinde dayanıb, bir elindeki güle, bir de qapıya baxdı. Geri dönende bayaqkı satıcı qadının qeribe bir maraqla ona baxdığını gördü...Yol boyu Efsane dayanmaq istemirdi: −Maya, tesevvür eleyirsen nece şoka düşmüşdüm? Çox yaraşıqlı müellimin var. −Besdir, sen Allah! −Senin gözün tutulub. Görmedin, mene buket bağlayan qız nece baxırdı ona?! −Baxsın da... Efsane sınayıcı nezerlerle onu süzdü: −Yeni doğrudan sene tesir elemir? Maya esebileşdi: −Ne tesir etmelidir axı? Neyimdir menim? Nişanlımdı, sevgilimdi? Mene ne dexli qalıb? Efsane güldü: −Esebleşme! Tesir elemeseydi esebleşmezdin... Neyse, amma çox yaraşırsınız. Doğrudan deyirem. İkiniz de inadcıl. Amma o senden de inadcıl çıxdı... −Yadıma salma. −Çox romantik idi. −Ay qız, besdir. −Özünüzden xeberiniz yox idi. −Efsane, ayıbdır. −Nedir ayıb? Sevmeyin neyi ayıbdır? −O müellimdir. Men de şagird. Başqa heç ne ola bilmez. Kim kime gül verirse, demeli sevgili olur? Onda Cavanşir müellimin bütün qadın müellimelere gül paylamasına ne ad qoyaq? Efsane razılaşmadı: −O hamıya vermişdi. −Ne olsun, Rauf müellim de ikimize verdi. −Amma ferqli... - Efsane menalı dedi. Maya teessüfle dostuna baxdı: −Yeni sen, hele de başa düşmedin? −Neyi? −O gülü mene yox, anama alıb. Menim başım güle ele qarışmışdı, heç müellimi görmemişem. Sen de ki tanımırdın. O da düz yanımda olub, her şeyi de eşidib. Satıcı ile olan bütün söhbeti. Eger mene gül almaq fikri olsaydı, başqa cür ederdi. Sadece meyus olduğumu görüb, gülü alıb. Fikirleşib ki, tek mene verse pis alınar. Sene de qızılgül alıb. Amma mene aldığı gül anama alınıb. O bilir ki, men gülü anama aparacam. Mene almaq isteseydi ikisini alardı. Efsane fikirleşdi: −He, uyğun gelir. Maya derinden nefes aldı: −Neyse... Ananı, bacını adımdan tebrik ele. Senin de bayramın mübarek. Onsuz da sabah gelecem size. Efsane geldikleri yola baxdı: −Maşallah, ne tez çatdıq. Başımız qarışıb. Oldu, sen de İrade xalanı tebrik ele. Bax, gözleyecem ha! −Helelik! * * *“Prado” markalı böyük qara avtomobil hündür, naxışlı bir darvazanın qarşısında dayandı. Avtomobilin siqnalı heç seslenmemiş, darvaza taybatay açıldı. Bura geniş bağ evi idi. Heyetinde dupduru suyu olan zövqle tikilmiş hovuz, müxtelif dekorativ ve meyve ağacları, istirahet üçün yarımaçıq quraqlıq var idi. Göz oxşayan dizaynla ucaldılmış kürsülü, ikimertebeli evin qarşısında ele gözel gül bağçası salınmışdı ki, içeri giren her kesi ilk önce o celb edirdi. Eyni güllerden balkona da düzülmüşdü. Hasarın küncünde ise böyük ve geniş qefesde ayı var idi. Ümumiyyetle, ev sahibinin tebieti sevdiyini ilk baxışdan anlamaq olardı. Ağaclar, hovuzdakı qazlar, gül-çiçek ve diger yığcam qefesde kiçik, iki dene sarı quş. Gelen qonaq ise bu gözelliye o qeder ehemiyyet vermedi. O, buranın daimi gelib-gedenlerinden idi... Yüngül idman desti geyinmiş orta yaşlı ev sahibi, uzandığı tor yellençekden düşdü. Ağır addımlarla qonağın qarşısına çıxdı: −Geldin çıxdın axır ki... Başının ortası dazlaşmış, bir qeder gödek boylu ve dolu bedenli kişi ev sahibi ile el tutuşdu: −Çıxmaq olur ki? Yaradılmış tebiet guşesinin merkezinde kenardan baxarken doğranmış kötüyü xatırladan stol qoyulmuşdu. Etrafına düzülmüş stullar da eynen oduncaqlara benzeyirdiler. Bunu ev sahibi xüsusi sifarişle çox baha qiymete hazırlatmışdı. Onlar stol başına keçdiler. Ev sahibi eve teref seslendi: −Çay getirin! – sonra üzünü qonağa tutdu. - Danış görüm ne meseledir? Qonaq cibinden çıxardığı demir qutudan siqaret çıxardı. Bahalı bir alışqanla alışdırıb havaya tüstü buğumu üfürdü: −Yene problem yaranıb. −İlqar?! −Ne bildin? Ev sahibi stola dirseklendi. - Bilirdim ki, dinc dayanan deyil. Apellyasiyaya verib? Qonaq başını buladı: −Xefiyye tutub. Deyesen ev sahibi bunu gözlemirdi. Yerinde dikeldi: −Lenete gelesen! Qonaq nese fikirleşdi: −Narahat olma, yoluna qoyarıq. Onun xefiyyesini tanıyıram. Cavan oğlandır. MTN-nin ehtiyatda olan zabitidir. Öyrendim hamısını. Her şey pulun başında deyil? Yola getirerik onu... Ev sahibi ağır-ağır dillendi: −Sen bu işin köküne şexsen özün get. Meseleni hell elemeye en zirek adamlarından gönder... Özün de öyren gör ne qeder boyun olub İlqar ona. −Soruşmağa ehtiyac yoxdur. - qonaq mebleğin adını çekdi. Amma bu defe ev sahibi teeccüblenmedi: −Hele ondan da çox vererdi. Nece prinsipial biridir, bilmirsen? −Biz ondan da çox boyun olarıq. Amma razılaşmasa? Qonağına baxıb ani düşündü: −Onda berk qorxuzarıq. Yeni, bizimle zarafat olmaz. Lazım gelse... Qonaq üz-gözünü turşutdu: −Çox ölü, çox da problemdir. Ona nese olsa işe MTN qarışacaq. Bize bu lazım deyil. −Bilmirem, onda nese fikirleş. Onu oyundan çıxar. Onsuz da inanmıram nese eleye bilsin, amma el-ayağımıza da dolaşmasın. −Oldu, encam çekerem! −Ne qeder istese boyun ol. −Birden istifade eleyib lap çox istese... Ev sahibi başını yelledi: −Ne qeder istese! – ani susub, elave etdi – gedenler herterefli hazırlıqlı getsinler... Qonaq süfreye getirilmiş fincanı eline aldı, süfredeki qoz mürebbesini yaxınına çekdi. Onun gözleri parıldayırdı... * * *
(ardı var)

−Gördün, yadında da qaldı.

Maya başını buladı:

−Burda ne var ki?
İkisi de bir müddet susdular. Zarafata salsalar da, özlerinden neçe defe böyük bu oğlanlarla qarşıdurma ikisini de qorxutmuşdu. Efsane zeif sesle dillendi:
−Eşitdin ne dedi?
Maya qaşqabağını tökdü:
−Desin de. Elesi daha “bağışla” demeyecek ki.
Efsane yene geriye baxıb döndü:
−Belke zeng eleyib olanları Eldar dayıya deyek?
Maya etiraz etdi:
−Yox, hemişe her şeyi özüm yoluna qoymağa öyreşmişem. Şişirtmek lazım deyil. Daha da narahat olarlar.
−Hm, yaxşı.
Üstünde müxtelif brendlerin, firmaların reklam plakatları vurulmuş böyük ve işıqlı parfüm mağazasının qapısını açdılar. İçeri giren kimi, müxtelif rengareng etirler onları bürüdü. Adam lap serxoş olurdu. Heç buradan çıxmaq istemirdi. Efsane astadan dillendi:
−Kefdedir buranın işçileri.
Maya gülümsedi:
−Amma çox qalanda adamın könlünü vurur... Hm, gel o qızdan soruşaq. – mağazanın xüsusi geyiminde olan sarışın qıza yaxınlaşdılar. Maya çox geniş piştaxtaya düzülmüş müxtelif etriyyatlara baxdı. Adamın başı fırlanırdı. Bu qeder etriyyatın adını heç bir güne oxuyub
qurtarmaq olmazdı.
−Mene qızılgül etri lazımdır.
Sarışın qız heç ne demeden bir neçe firmanın etirlerini onun qarşısına düzdü. Etirleri bir-bir qoxlasa da, qiymetlere de baxırdı. Puluna yeterli olmalı idi. Nehayet, seçdiyi etiri zövqle bükdürdü. Efsane de hediyyesini seçmişdi. İndi birbaş gül mağazasına gedecekdiler. Efsane qalan pullarını hesabladı:
−Görek istediyime çatacaq? Her şeyin qiymetini qaldırıblar at beline.
Maya fikirli halda başını buladı:
−Ehh... Kim kimedir indi... Eybi yox, helelik şagirdik, pulumuz neye çatır, onu alarıq. İnşALLAH işleyende maaşımızla yaxşı bir şey alarıq.
Efsane güldü:
−Ele asan dedin ki. İnstituta qebul olduq, oxuyub qurtardıq, qaldı işleyib pul qazanmağımız.
Maya onu başdan ayağa süzüb ,yarızarafat:
−Qız, senin belini inamsızlıq qıracaq – dedi, - bilmirem düzdü, ya yox?!... Ümumiyyetle, mövhumatçı deyilem. Amma hemişe neye inanıramsa, neyi deyiremse olacaq, doğrudan da olur.
Efsane istehzayla:
−Belke seyidsen? – güldü.
Maya ciddileşdi:
−Estagfurüllah! Ciddi deyirem.
−Onda çoxlu-çoxlu de ki, Efsane ali mektebe qebul olacaq.
−Ona sen özün inanmalısan. Herenin dünyada öz missiyası var. Bunun da ardınca özümüz getmeliyik, gedeceyimiz yola özümüz inanmalıyıq. Başqalarını inandırmazdan evvel...
Efsane güldü:
−Vallah, Eldar dayı sene yaxşı ad qoyub. Filosof...
−Burda filosofluq ne var ki?
Efsane etiraz etdi:
−Var da! Bax gör etrafında yaşıdlarımızdan hansı senin kimi fikirler yürüdür, ne bilim, bele qeribe prinsiplerle yaşayır? Men hele senden başqasına rast gelmemişem.
Maya gülümsedi:
−Sağ ol, vallah! Filosofların heyat terzi haqqında etraflı melumata göre! – barmaqlarını bir-bir qatlamağa başladı. - Demeli, filosof menim kimi qeribe prinsiplerle yaşayanlara deyilir?! Menim kimi fikirleşenlere deyilir?! Onda bele çıxır ki, filosoflar hörümçekden qorxurlar, qaranlığı sevmirler, dovğadan, borşdan, şorbadan, qoyun etinden acıqları gelir. Seherler 11-e kimi yataqdan qalxmırlar. Ters, deyingen, ağlağan, emossional, çılğın, delisov, esebi...
−Dayan, dayan! - Efsane güldü.
−He, deyirsen filosoflar bele olur? – güldü.
−Bele niye ki?
−Axı men beleyem...
Gülüşdüler. Efsane refiqesinin qoluna girdi:
−Maya, sen yaxşı qızsan. Doğrudan deyirem. Saydıqlarının da deyingen, delisov, esebi, ağlağan olmağını çıxmaq şertile, hamısı ile razıyam!
−Niye? – teeccüblendi. - Ele deyilem ki?
−Yox, Maya! Dostumsan, üzüne demirem. Amma sen çox xeyirxahsan. Delisov deyilsen. Bir az tez coşursan, amma bir atımlıq barıtın var. Esas odur ki, kinli deyilsen. Ağlağan olmağına qalanda hele senin yadların yanında gözünde yaş görmemişem. Her adam bacarmaz. Senin çox möhkem iraden var. Herden fikirleşirem, senin kimi ola bilseydim...
−Nedir, yoxsa filosof olmaq isteyirsen? Çalışma, yerimi veren deyilem.
−Yaxşı, heç isteyen de yox idi. Eqoist!
−Bu da biri. – güldü.
−Zarafat eleyirem. Ay qız, yadımdayken, yazıq dovğa sene neyleyib?
−Hele ki heç ne. Olan yeyende olur.
−İnan, ömrümde rast geldiyim birinci adamsan ki, dovğa yemirsen. Heqiqi, niye?
−Ne niye?
−Deyirem, dovğadan niye xoşun gelmir?
−Senin sarı rengden niye xoşun gelmir?
−Ne bilim, gelmir de.
−Ele menim de ona göre.
Söhbet başlarını ele qatdı ki, mağazaya ne vaxt çatdıqlarını hiss etmediler. İçeri ele gözel rengarenglik idi ki, adam heç çıxmaq istemirdi. Tebii güller o qeder şux ve canlı görünürdü ki, süni güllerden çetinlikle seçilirdi. Maya derinden nefes aldı:
−Ne qeder qeşeng, bahalı etirler olsa da, yene bu tebietin yaratdığının etrine tay ola bilmez! Sen canın, gör ne gözel etir saçırlar? Bax, kefi ordakılar yox, buranın satıcıları görür.
Efsane künce yığılmış qızılgülleri gösterdi:
–Belke onlardan alaq?
–Sen isteyirsense, al!
–Bes sen almırsan?
Maya süni güllerin yanına qoyulmuş açıq mavi gülleri gösterdi:
–Men ondan alacam. Neçeye olur olsun. Lap bir dene de olsa.
Efsane onun gösterdiyi terefe baxdı:
–Ay qız, onlar sünidir.
–Yox, süni deyil. Hele bele gül görmemişdim heç vaxt. Göresen adı nedir? Ay Allahım, nece de qeyri-adidir. Lap adamı sehirleyir.
Efsane çiyinlerini çekdi:
–Özün bil, men qızılgül alacam.
Cavab evezine Maya satıcıya yaxınlaşdı:
−Bax, o açıq mavi güller neçeyedir?
Satıcı güle teref baxıb, dedi:
−Hamısının qiymeti qoyulduğu sebetlerin üstünde var.
Maya çox da böyük olmayan sebete yaxınlaşdı. Qiymete baxdı. Bir az da ireli eyildi, yox, sehv etmirdi. Doğrudan da deyerdi bu qiymete. Göresen haradan getiribler ki, bunu? Maya pert halda, öz-özüne deyindi:
−Ne pis oldu...
Satıcıya teref döndü:
−Bes bir az ucuz vere bilmezsiniz?
Arıq, uzunburun satıcı qadın Mayanı öteri süzüb, tekebbürlü sesle soyuq dillendi:
−Xanım, o sizin üçün adi gül deyil, çox qiymetlidir. Onu adi adamlar almır.
−Heç olmasa bir denesini ala bilseydim. Azacıq pulum çatmadı.
−Ne qeder pulunuz var ki?
Maya mebleği dedi. Qadın istehzayla gülümsedi:
−O pula bu terefde adi güller var, yığcam buket bağlaya bilerik.
Maya onun gösterdiyi terefe baxmadan, ciddilikle dillendi:
−Güllerin adisi olmur! Hamısı özü-özlüyünde qeyri-adidir.
Bir az kinaye ile qadını süzdü, - adamların da adisi olmur, xanım! Men bele cahillerle razılaşmıram! – deyib, Efsanenin yanına döndü. Böyük mağazada Efsane güllerini artıq bağlatdırırdı:
−Nolub, Maya?
−Heç... Bundan bir dayanacaq o terefe de gül mağazası var. Ora da baxarıq.
Efsane teeccüblendi:
−Burda gül qehetdir? - sonra neyise xatırladı. - Noldu, almadın o gülü?
−Ala bilmedim. - meyus halda dillendi. – Yaman bahadır, ele bir qiymet qoyublar...
−Yaxşı da, ele bahadır ki?
−He...
−Eybi yox, birini al.
−Ele birinin qiymetini deyirem hele. – mebleği dedi.
Efsane esebleşdi:
−Pah, bir gül nedir ki, o qiymete satırlar? Kimdir ki onu alan?
Maya menalı gülümsedi:
−Alan tapılır, ezizim...
Bu vaxt arxalarından ses eşitdiler:
−Bayramınız mübarek!
İkisi de eyni vaxtda teeccüble döndüler. Efsane qarşısındakını tanımadısa da, Maya gören kimi daha çox teeccüblendi ve qızardı: “Bu hardan geldi?!”
−Salam müellim, teşekkür edirik.
−Xoşdur. - Rauf ciddilikle gülümsedi.
Maya Raufu dostuna teqdim etdi:
−Fizikadan hazırlıq müellimim Rauf müellimdir.
Ardınca Efsaneni teqdim etdi:
−Bu da en yaxın refiqem Efsanedir.
Rauf başını terpetdi:
−Şad oldum. - elindeki qızılgülü Efsaneye, açıq mavi gülü ise Mayaya verdi... – Maya, bu gün sizi tebrik etmeyi unutmuşdum, tesadüf ele getirdi ki, sehvimi düzelde bildim, bir daha tebrikler!
Qızlar ikisi de donub qalmışdılar. Maya heç bilmedi niye kövreldi. Çox qeribe qız idi. Bir yandan bayaqdan hesretle baxdığı gülün, indi ellerinde olmasına hem inanmır, hem de sevinirdi. Bir terefden de Raufun qarşısında özünü borclu, nece deyerler meğlub kimi hiss edirdi. Efsane heyretle Mayanı süzdü:
−Budur müellimin?
Amma Maya onu eşitmedi. Piştaxtaya yaxınlaşan Raufun ardınca telesdi:
−Müellim, bu nedir?
Rauf diqqetle onun elindekine baxdı:
−Bizim tereflerde buna gül deyirler.
Amma Maya zarafatla ötüşmek istemedi:
−Bizde de gül deyirler... Bunu niye aldınız?
Rauf ciddileşdi:
−Maya, hediyye verenden soruşmazlar ki, bunu niye aldın?!
−Bilirem, amma çox baha...
−Bu sözden acığım gelir. – Rauf üz-gözünü turşutdu.
Yene dili dinc durmadı. Qisas almaq istedi:
−Siz de meni pusurdunuz...
Rauf işarenin neye vurulduğunu o deqiqe anladı ve tebessümünü gizlemeye çalışdı. Bu inadcıl ve özüne hörmet qoyan qızı yene diqqetle süzdü. Artıq Maya onda hörmet doğururdu. Demeli, hele teze tanış olduğu genc müellimden bele diqqet gözlemir. Onu müellim mesafesinden yaxına buraxmır. Çünki çox çaşdı. Eyni zamanda, bele bahalı hediyyeye göre narahat oldu. Hele sözüne bax. Demeli, seherki iradım yaman tesir edib bu qürurlu qızcığaza. İndi de fürset tapan kimi, menden qisas almaq isteyir. Çox maraqlı qızdır...
−Maya, buna pusmaq yox, şahid olmaq deyirler. Sadece tesadüfen şahid oldum.
Maya nese demek istedi. Amma susdu. Sonra birden gülü ona uzatdı:
−Bağışlayın, götüre bilmerem.
Rauf sertleşdi:
−Buna ise en böyük hörmetsizlik deyirler... Gözlemirdim.
Maya pertliyini gizletmeye çalışdı:
−Yaxşı müellim, çox sağ olun. Unutmaram...
−Unutqanlıq pis şeydir.
Söhbeti deyişmek istedi:
−Sizden burada ne eceb? – gizli bir qısqanclıqla elindeki güle işare etdi. - Nişanlınıza alırsınız? – sesi qeribe alındı. Rauf bunu anında duydusa da bildirmedi:
−Anama alıram! – buketi götürüb döndü. - Sağ olun! – qapıdan çıxdı.
Maya yerinde dayanıb, bir elindeki güle, bir de qapıya baxdı. Geri dönende bayaqkı satıcı qadının qeribe bir maraqla ona baxdığını gördü...Yol boyu Efsane dayanmaq istemirdi:
−Maya, tesevvür eleyirsen nece şoka düşmüşdüm? Çox yaraşıqlı müellimin var.
−Besdir, sen Allah!
−Senin gözün tutulub. Görmedin, mene buket bağlayan qız nece baxırdı ona?!
−Baxsın da...
Efsane sınayıcı nezerlerle onu süzdü:
−Yeni doğrudan sene tesir elemir?
Maya esebileşdi:
−Ne tesir etmelidir axı? Neyimdir menim? Nişanlımdı, sevgilimdi? Mene ne dexli qalıb?
Efsane güldü:
−Esebleşme! Tesir elemeseydi esebleşmezdin... Neyse, amma çox yaraşırsınız. Doğrudan deyirem. İkiniz de inadcıl. Amma o senden de inadcıl çıxdı...
−Yadıma salma.
−Çox romantik idi.
−Ay qız, besdir.
−Özünüzden xeberiniz yox idi.
−Efsane, ayıbdır.
−Nedir ayıb? Sevmeyin neyi ayıbdır?
−O müellimdir. Men de şagird. Başqa heç ne ola bilmez. Kim kime gül verirse, demeli sevgili olur? Onda Cavanşir müellimin bütün qadın müellimelere gül paylamasına ne ad qoyaq?
Efsane razılaşmadı:
−O hamıya vermişdi.
−Ne olsun, Rauf müellim de ikimize verdi.
−Amma ferqli... - Efsane menalı dedi.
Maya teessüfle dostuna baxdı:
−Yeni sen, hele de başa düşmedin?
−Neyi?
−O gülü mene yox, anama alıb. Menim başım güle ele qarışmışdı, heç müellimi görmemişem. Sen de ki tanımırdın. O da düz yanımda olub, her şeyi de eşidib. Satıcı ile olan bütün söhbeti. Eger mene gül almaq fikri olsaydı, başqa cür ederdi. Sadece meyus olduğumu görüb, gülü alıb. Fikirleşib ki, tek mene verse pis alınar. Sene de qızılgül alıb. Amma mene aldığı gül anama alınıb. O bilir ki, men gülü anama aparacam. Mene almaq isteseydi ikisini alardı.
Efsane fikirleşdi:
−He, uyğun gelir.
Maya derinden nefes aldı:
−Neyse... Ananı, bacını adımdan tebrik ele. Senin de bayramın mübarek. Onsuz da sabah gelecem size.
Efsane geldikleri yola baxdı:
−Maşallah, ne tez çatdıq. Başımız qarışıb. Oldu, sen de İrade xalanı tebrik ele. Bax, gözleyecem ha!
−Helelik!

* * *
“Prado” markalı böyük qara avtomobil hündür, naxışlı bir darvazanın qarşısında dayandı. Avtomobilin siqnalı heç seslenmemiş, darvaza taybatay açıldı. Bura geniş bağ evi idi. Heyetinde dupduru suyu olan zövqle tikilmiş hovuz, müxtelif dekorativ ve meyve ağacları, istirahet üçün yarımaçıq quraqlıq var idi. Göz oxşayan dizaynla ucaldılmış kürsülü, ikimertebeli evin qarşısında ele gözel gül bağçası salınmışdı ki, içeri giren her kesi ilk önce o celb edirdi. Eyni güllerden balkona da düzülmüşdü. Hasarın küncünde ise böyük ve geniş qefesde ayı var idi. Ümumiyyetle, ev sahibinin tebieti sevdiyini ilk baxışdan anlamaq olardı. Ağaclar, hovuzdakı qazlar, gül-çiçek ve diger yığcam qefesde kiçik, iki dene sarı quş. Gelen qonaq ise bu gözelliye o qeder ehemiyyet vermedi. O, buranın daimi gelib-gedenlerinden idi... Yüngül idman desti geyinmiş orta yaşlı ev sahibi, uzandığı tor yellençekden düşdü. Ağır addımlarla qonağın qarşısına çıxdı:
−Geldin çıxdın axır ki...
Başının ortası dazlaşmış, bir qeder gödek boylu ve dolu bedenli kişi ev sahibi ile el tutuşdu:
−Çıxmaq olur ki?
Yaradılmış tebiet guşesinin merkezinde kenardan baxarken doğranmış kötüyü xatırladan stol qoyulmuşdu. Etrafına düzülmüş stullar da eynen oduncaqlara benzeyirdiler. Bunu ev sahibi xüsusi sifarişle çox baha qiymete hazırlatmışdı. Onlar stol başına keçdiler. Ev sahibi eve teref seslendi:
−Çay getirin! – sonra üzünü qonağa tutdu. - Danış görüm ne meseledir?
Qonaq cibinden çıxardığı demir qutudan siqaret çıxardı. Bahalı bir alışqanla alışdırıb havaya tüstü buğumu üfürdü:
−Yene problem yaranıb.
−İlqar?!
−Ne bildin?
Ev sahibi stola dirseklendi. - Bilirdim ki, dinc dayanan deyil. Apellyasiyaya verib?
Qonaq başını buladı:
−Xefiyye tutub.
Deyesen ev sahibi bunu gözlemirdi. Yerinde dikeldi:
−Lenete gelesen!
Qonaq nese fikirleşdi:
−Narahat olma, yoluna qoyarıq. Onun xefiyyesini tanıyıram. Cavan oğlandır. MTN-nin ehtiyatda olan zabitidir. Öyrendim hamısını. Her şey pulun başında deyil? Yola getirerik onu...
Ev sahibi ağır-ağır dillendi:
−Sen bu işin köküne şexsen özün get. Meseleni hell elemeye en zirek adamlarından gönder... Özün de öyren gör ne qeder boyun olub İlqar ona.
−Soruşmağa ehtiyac yoxdur. - qonaq mebleğin adını çekdi.
Amma bu defe ev sahibi teeccüblenmedi:
−Hele ondan da çox vererdi. Nece prinsipial biridir, bilmirsen?
−Biz ondan da çox boyun olarıq. Amma razılaşmasa?
Qonağına baxıb ani düşündü:
−Onda berk qorxuzarıq. Yeni, bizimle zarafat olmaz. Lazım gelse...
Qonaq üz-gözünü turşutdu:
−Çox ölü, çox da problemdir. Ona nese olsa işe MTN qarışacaq. Bize bu lazım deyil.
−Bilmirem, onda nese fikirleş. Onu oyundan çıxar. Onsuz da inanmıram nese eleye bilsin, amma el-ayağımıza da dolaşmasın.
−Oldu, encam çekerem!
−Ne qeder istese boyun ol.
−Birden istifade eleyib lap çox istese...
Ev sahibi başını yelledi:
−Ne qeder istese! – ani susub, elave etdi – gedenler herterefli hazırlıqlı getsinler...
Qonaq süfreye getirilmiş fincanı eline aldı, süfredeki qoz mürebbesini yaxınına çekdi. Onun gözleri parıldayırdı...
* * *
Ardi var


Tarix: 14.01.2014 / 23:06 Müəllif: ADMIN Baxılıb: 2962 Bölmə: Maraqli Hekayeler