Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağıllı qarışqa

Bir qarışqa, bir gün yazılmış bir vərəqin üzərində gəzirdi. Kağızdakı şəkil və yazılar onu heyrətə salmışdı. Özlüyündə fikirləşirdi ki, bu şəkil və yazıları kağız özü yaratmışdır, yoxsa başqa birisi? Elə bu fikirdə ikən bir qələm kağızın üzərində gəzərək başqa bir yazı yazdı. Qarışqa bildi ki, bu şəkil və yazılar kağızın deyil, qələmin yaratdıqlarıdır. Dostlarının yanına gəlib dedi: Bu gün yeni bir kəşf etmişəm. Dedilər: Nəyi kəşf etmisən?
Dedi: Mən bu gün bilmişəm ki, kağızın yazı yazmaq və şəkil çəkmək qüdrəti yox imiş, bəlkə bunları yaradan qələmdir. Hər şey qələmin fırlanması ilə yaranırmış. Biz başımızı həmişə yerə tiktiyimiz üçün, ancaq səhfəni görürük. Amma başımızı qaldırıb yuxarıya baxsaq, görərik ki, bütün bu işləri görən, şəkil çəkib və yazı yazan qələmdir. Bu zaman qarışqalardan biri güldü. qarışqalar
Başqa birisi bu gülüşün səbəbini soruşduqda o belə cavab verdi: Bu kəşfi mən qabaqcadan etmişdim. Amma bir az keçdikdən sonra bildim ki, qələm də yaradan deyilmiş. Mən bir dəfə səhfələrin üzərində gəzərkən gördüm ki, qələm özü də qüdrətli bir əlin əsiri imiş və onu kağızın üzrəində fırladıb şəkil çəkib, yazı yazan və onu hər tərəfə fırladan insan əildir. İndi de görüm mənim kəşfim böyükdür, ya sənin?
Hamı bu qarışqanın fərasət və düşüncəsinə əhsən deyib, onu özlərinə böyük seçdilər. Ona ariflər sultanı və filosoflar ustadı adını verdilər. Çünki onun köməyi ilə bilmişdilər ki, şəkilləri yaradan nə kağızdır və nə qələm, bəlkə onların hər ikisindən daha qüdrətli olan əldir. Və onlar ikisidə əlin əsiridirlər. Bu zaman bir qarışqa ağlamağa başladı. Ondan ağlamağının səbəbini soruşdular.
O dedi: Bir ömür yaşadıq və bildik ki, yaradan kağız deyil, qələmdir. İndi isə məlum oldu ki, qələm də əsir imiş! Amma bilmirik ki, qələmi fırladan əmir həqiqi əmirdi, yoxsa o da başqa bir əmirin əsiridir? Və bilmirəm bu əsirlər zənciri nə vaxt bir əmirə çatacaq ki, onun əmiri yoxdur?


Tarix: 01.12.2014 / 14:41 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Maraqli Hekayeler
loading...