beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Nə üçün duamız qəbul olunmur?

İmam Qurtubi (rahiməhullah) buyurur:

- Bir gün İbrahim bin Azzama (rahiməhullah) belə dedilər: “Nə üçün dua edirik amma duamız qəbul olunmur?”

O belə cavab verdi:

• Çünki Allahı tanıyırsınız lakin Ona itatət etmirsiniz
• Çünki Peyğəmbəri tanıyırsınız lakin Sünnəsinə tabe olmursunuz
• Çünki Quranı tanıyırsınız lakin Qurana müvafiq əməl etmirsiniz
• Çünki Allahın nemətlərindən yeyirsiniz, lakin buna görə şükrünü vermirsiniz
• Çünki Cənnəti tanıyırsınız lakin buna can atmırsınız
• Çünki Cəhənnəmi tanıyırsınız, lakin ondan qaçmırsınız
• Çünki şeytanı tanıyırsınız, lakin onunla mübarizə aparmırsınız, əksinə onunla razılaşırsınız
• Çünki ölümü tanıyırsınız lakin bunun üçün hazırlıq görmürsünüz
• Çünki ölüləri dəfn edirsiniz, lakin bundan ibrət götürmürsünüz
• Çünki öz nöqsanlarınıza göz yumur və insanların nöqsanları ilə başınızı qarışdırırsınız.

[ Təfsir əl-Qurtubi, 2/312 ]


Tarix: 08.04.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqlı melumatlar