beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Doğulacaq uşaqların sayına məhdudiyyət qoymaq olarmı?

Sual-Doğulacaq uşaqların sayına məhdudiyyət qoymağın hökmü nədir?

Cavab-Kim bu cür etməyə heç bir üzrlü səbəb olmadan uşaqlarının sayına məhdudiyyət qoyursa, onun Allahın qəza və qədərinə küfr edən biri olduğunu söyləməsəm belə, ən azından “səfeh” olduğunu düşünürəm. Bu belədir. Məsələn, əlli yaşına dolan və nəslini sadəcə üç uşaq ilə məhdudlaşdıran bir fərdi götürək! Ölüm fikri onun ağlından bir an belə keçmir və yaxud düşünmür ki, güclü bir qasırğa gələ bilər və onun bu üç uşağını məhv edə bilər, beləcə həyatının sonuna qədər onu sanki “sonsuz olmuşdur” və yaxud uşaqsız qoya bilər. Ona görə də, sahib olduqları uşaqların sayına məhdudiyyət qoyan kəslər hər bir müsəlmanın düşündüyü kimi düşünmürlər. Və bu (Allahın) qədəridir. İnsanların deyil, Allah təalanın istədiyi qaydada insanların başına gəlir. Ona görə də indiki zamanda edilən bu cür əməl çiddi bir qafillik və açıq aydın məhrumiyyətdir.

------
Muhammad Nasiraddin əl Albani


Tarix: 06.04.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar