beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tibb bacısı xəstəni yuya və onun övrətini görə bilərmi?

Sual-
Xəstəxanada qadın tibb bacısının kişi xəstələri yumasına və onların övrətini görməsinə şəriətdə icazə verilir? Belə ki, xəstə bunları etməkdən acizdir, edə bilmir.

Cavab-

Həmd Allaha məxsusdur.

Zərurət yarandıqda, bu işi görmək üçün heç bir kişi yoxdursa qadın tibb bacısının onun övrətini görməsi caizdir. Çünki Allah təala buyurur: “Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun”. (əl-Təğabun 64:16)

Bu işi görə biləcək bir kişi varsa, o zaman qadın tibb bacısının bunu etməsinə icazə verilmir.

Güc və Qüdrət Sahibi Allahdır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə sallallahu aleyhi və səlləm, onun ailəsinə və səhabələrinin üzərinə olsun. Sitatın sonu.

Fətəəvə əl-Ləcnə əl-Dəəimə lil-Buhuus əl-İlmiyyə vəl-İftə (26/344)


Tarix: 06.04.2013 / 14:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 55 Bölmə: Maraqlı melumatlar