beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Qalanı Allahlıqdır” ibarəsi doğru deyil

Sual: “Mən əlimdən gələni etdim” qalanı Allahlıqdır söyləmək doğrudurmu?

Cavab: Həmd Allaha məxsusdur.

Bu ibarə doğru deyil. Çünki bu o mənaya gəlir ki, bu cür sözü söyləyən insan ilk öncə özünə təvəkkül edir. O bu cür söyləməlidir: “ Mən əlimdən gələni etdim və Allahdan kömək istəyirəm”. Doğru olan budur.

Ola bilsin ki, bir insan “Mən əlimdən gələni etdim” qalanı Allahlıqdır” söylədiyində onun qəsdi, niyyəti elə mənim burada söylədiyimdir. Yəni demək istəyir ki, mən bu qədər bacardım, bu qədər etmişəm və edə bilməyəcəyim Allahlıqdır. Lakin əsas etibarilə bu ibarə yanlışdır. Əksinə o bu cür deməlidir: “Mən əlimdən gələni etmişəm və Allahdan kömək istəyirəm”.

Dəvət jurnalı, məqalə N 1798, səh.61


Tarix: 06.04.2013 / 13:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar