beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vəfat etmiş bir müsəlmanın toxunulmazlığı yaşayan müsəlmanla eynidir.

Sual: Əgər hər hansı bir insan özü üçün ev tikmək və ya onu genişləndirmək istədikdə və yaxud fermasına məxsus torpaq sahəsi üzərində digər bir obyekt inşa etmək istədikdə, həmin şəxs 1, 2, 3, 4 və daha artıq qəbirlə rastlaşarsa, o zaman nə etməlidir?

Cavab:

Başdan, insanlar əkilməyən (istifadə olunmayan) ərazilərdə dəfn edilimişdirlər və orada basdırıldıqları andan həmin yerin sahibinə çevrilmişdirlər. Nə qazıntı aparmaq, nə keçid və ya yol düzəltməklə, nə də vəfat etmiş insanlara qarşı hörmətsizlik etməklə həmin qəbirlərə müdaxilə etmək yolverilməzdir. Həmin qəbirləri divarla əhatəyə almaq lazımdır və heç kəsin onlarla pis davranmasına və yaxud onlara qarşı hörmətsizlik etməsinə icazə vermək olmaz. Sakinlərinin şərəfinin naminə onlar mühafizə olunmalıdır. Bu belədir, çünki dünyasını dəyişmiş müsəlmanın müqəddəsliyi, toxunulmazlığı diri ikən sahib olduğu müqəddəslik, toxunulmazlıq məqamındadır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə sallallahu aleyhi və səlləm, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə isləmiyyə, cild 5, səh.42-43


Tarix: 05.04.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Maraqlı melumatlar