beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytan insanın qəlbinə necə yol tapır?

Sual: Hansı vasitələrlə şeytan insana vəsvəsə etmək üçün yol tapır?

Cavab: Bir çox vasitələr, yollar var: məsələn, şeytan birinə zina etməyı təhrik edir, onda həvəs oyadır. Əvvəlcə, şeytan öz ovunu (qurbanını) qadınlarla tək, baş-başa qalmağa həvəsləndirir. Sonra onlara baxmağa, sonra onlarla söhbət etməyə, sonra ola bilsin ki, onların mahnı oxumasına baxır və beləcə müxtəlif səpkilərdə davam edərək öz məqsədinə, yəni (həmin insanın) zina etməsinə nail olur. Şeytan həmçinin insana qarnı, mədəsi vasitəsilə də hücum edə bilər. Haram olan şeyləri yeməyə onu təhrik edir, içki içməyə və hətta narkotik maddələr qəbul etməyə belə onu həvəsləndirir. Şeytan bir insanın mülkə, əşyalara qarşı son dərəcə sevgisinin, məhəbbətinin olduğunu görür, (bu fürsətdən istifadə edərək) beləliklə onu haram, qadağan olunmuş vasitələrlə: oğurluq,dələduzluq, sələmçilik, qəsb etmək, aldatmaqla-mal-dövlət, sərvət əldə etməyə təhrik edərək onu aldadır. Görür ki, bir nəfər çox özündən razı, təkəbbürlüdür. Beləcə, bundan istifadə edərək onu həvəsləndirir, ruhlandırır ki, başqalarını təhqir etsin, alçaltsın və cəmiyyətdə ondan aşağı səviyyədə olanlara qarşı lovğa, dikbaş, ötkəm olsun. Şeytanın hiylələrinin sayı saysız-hesabsızdır.

Allahın salamı və salavatı Muhəmmədə sallallahu aleyhi və səlləm, onun ailəsnə və səhabələrinin üzərin olsun.

Fətəvə İsləmiyyə, cild 8, səh.314


Tarix: 05.04.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar