beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xala qızı ilə evlənmək olar?

Sual: Məndən bir yaş yarım cavan olan xalam qızı ilə evlənə bilərəm? Mən həqiqətən onu çox sevirəm.

Cavab: Sizin xalanızın qızı sizin üçün məhrəmlərdən sayılmır. Digər naməhrəm qadınlara şamil edilən hökmlər eynilə ona da aiddir. Bu hökmlərdən biri budur ki, sizin onunla evlənməyinizə şəriətdə icazə verilir. Lakin burada mühüm bir nöqtəni qeyd etmək istəyirik:

Qadın ilə kişi arasında sevgi gözəl şeydir və insanın sevdiyi kəs ilə evlənməsi müstəhəbdir, çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “bir-birini sevən iki kəs üçün onların evlənmələrindən gözəl bir şey yoxdur” (Səhih əl-Cami ? 5200), bununla belə, bu sevgi insanın ağlını örtməməlidir və evləndiyi kəsdə onun nəzərə alacağı başqa xüsusiyyətləri göz ardı etməsinə, onları unutmasına səbəb olmamalıdır.

Ən mühüm xüsusiyyət din, imandır. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Qadına dörd şeyə görə evlənilir: malına görə, nəsil-nəcabətinə görə, gözəlliyinə görə və yaxud dini bağlılığına görə. Sən dindar olanını seç, əlin toza silinsə də (yəni, xoşbəxt olasan). Xalanız qızı dindardırsa və gözəl əxlaqa sahibdirsə, o zaman sizin seçiminiz gözəldir və biz Allahdan istəyirik ki, sizin ümidlərinizi gerçəkləşdirsin və sizin hər ikinizi xeyirlə bir araya gətirsin. Əgər o dindar deyilsə, o zaman seçiminiz üzərində bir daha düşünün. Allaha dua edirik ki, Onun sevdiyi və Onun razı qaldığı şeyi etməkdə sizə yardımçı olsun.


Tarix: 05.04.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Maraqlı melumatlar