beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fərdi xüsusiyyətləri dua etməklə dəyişmək olar?

Sual: Əssələmu aleykum va rahmətullah. Mənim üçün çox mühüm olan bir suala cavab verərsə ilk öncə Allaha və daha sonra da şeyximizə çox minnətdar olaram. Bilmək istəyirəm ki, Allah təalanın məndə yaratdığı xasiyyətlərimin bir və yaxud birdən çox yönlərini dəyişmək üçün dua etsəm görəsən Allah mənim duama cavab verər? İstəyirəm ki, bunlar dəyişdikdən sonra mənim təbii xüsusiyyətlərimin bir hissəsinə çevrilsin. Cəzaka Allahu xeyr. Vəssələmu aleykum va rahmətullah.

Cavab: Həmd Allaha məxsusdur.

Allah hər şeyə Qadirdir. Siz Ona səmimi qəlbdən, ixlasla dua etsəniz sizin duanıza cavab verər. Allah təala (mənaca tərcümədə) buyurur: “” (əl-Bəqərə 2:186)

İnsanda problemli xasiyyətin aradan qaldırılmasında duanın faydalı olacağına dair dəlillərdən biri Ümmi Sələmə hədisidir. Ümmi Sələmə (Allah ondan razı olsun) demişdir: “Əbu Sələmə bir gün Allah Rəsulunun sallallahu aleyhi və səlləm yanında olduqdan sonra mənim yanıma gəldi və dedi: “Mən Allah rəsulundan sallallahu aleyhi və səlləm məni sevindirən, xoşbəxt edən bir şey eşitdim. O dedi: “ Müsəlmanların başına gələcək elə bir fəlakət yoxdur ki, əgər o “İnnə Lilləhi vua innə ileyhi raciun” (Həqiqətən də biz Allahdanıq və dönüşümüz Onadır)” söyləyərək bunu (bəlanı) qarşılayarsa, sonra “Allahummə ucurni fi musibəti vuxluf li xayran minhə” (Ey Allahım, məni bu fəlakətlə mükafatlandır və bundan daha yaxşısı ilə əvəz et)” söyləyərsə Allah bunu onun üçün yerinə yetirər. Ümmi Sələmə dedi: “Mən bunu ondan öyrəndim və Əbu Sələmə vəfat edəndə mən: “İnnə Lilləhi vua innə ileyhi raciun” (Həqiqətən də biz Allahdanıq və dönüşümüz Onadır)” söyləyədim, sonra “Allahummə ucurni fi musibəti vuxluf li xayran minhə” (Ey Allahım, məni bu fəlakətlə mükafatlandır və bundan daha yaxşısı ilə əvəz et)” dedim və sonra öz-özümə düşündüm. Mən Əbu Sələmədən daha yaxşısını haradan tapa bilərəmki? İddətim (gözləmə müddətim) qurtardıqda Allah rəsulu sallallahu aleyhi və səlləm məni görmək üçün icazə istədi, bu vaxtı mən dəri boyayırdım. Əllərimdəki qarazı (müəyyən bir bitkidən əldə olunan boya növü) yudum və ona (gəlmək) icazə verdim, içi palma lifləri ilə doldurulmuş dəri balıncı onun üçün qoydum. O balıncın üstündə oturdu və mənə evlilik təklif etdi. Söylədiklərini qurtardıqdan sonra mən dedim: “Ey Allahın elçisi, mən sənin mənə olan marağını itirmək istəmirəm, lakin mən çox qısqanc bir qadınam və qorxuram ki, sən məndə bir şey görə bilərsən və bu mənə Allahın qəzəbini qazandırar. Həmçinin mən yaşa dolan bir qadınam və uşaqlarım var. O dedi: “Zikr etdiyin qısqanclığa gəldikdə, Allah bunu səndən götürəcək (başqa bir hədisə görə: sənin qısqanc olduğunu söyləməyə gəldikdə mən Allaha dua edəcəm ki, bunu səndən götürsün). Yaş məsələsinə gəldikdə, sənə aid olan mənə də aiddir. Uşaqlarına gəldikdə, sənin uşaqların mənim uşaqlarımdır. Beləcə mən bu təklifi qəbul etidm və Allah rəsulu sallallahu aleyhi və səlləm mənimlə evləndi. Allah mənə Əbu Sələmədən daha yaxşısını, yəni Allah rəsulunu sallallahu aleyhi və səlləmi verdi.

Bu iki hədis İmam Əhmədin Müsnəd əsərindədir. Həmçinin Müslim də bu hədisi Ümmi Sələmədən rəvayət emtişdir. Ümmi Sələmə demişdir: “Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Fəlakətdən əziyyət çəkən bir müsəlman, “İnnə Lilləhi vua innə ileyhi raciun” (Həqiqətən də biz Allahdanıq və dönüşümüz Onadır)Allahummə ucurni fi musibəti vuxluf li xayran minhə” (Ey Allahım, məni bu fəlakətlə mükafatlandır və bundan daha yaxşısı ilə əvəz et)” söyləyərsə, Allah mütləq onu əvvəlkindən yaxşısı ilə əvəz edər. Əbu Sələmə vəfat etdikdə mən dedim: “Müsəlmanlar arasında Əbu Sələmədən daha yaxşısı kim ola bilər? Allah rəsuluna sallallahu aleyhi və səlləm hicrət edən ilk ailə! Sonra bu duanı söylədim və Allah məni Allah rəsulu ilə əvəz etdi. O sallallahu aleyhi və səlləm Hatib ibn Əbi Baltahı göndərdi ki onun adından mənə evlilik təklif etsin, lakin mən dedim: “Mənim qızım var və mən qısqanc qadınam. O dedi: “Qızına gəldikdə, Allaha dua edəcəyik ki, onu müstəqil etsin və Allaha dua edəcəm ki, sənin qısqanclığını götürsün”. (Müslim 1525)

Ey qardaşım, sizə demək istəyirəm ki, duası qəbul edilən ixlaslı, səmimi insan Allah ilə münasibətdə tamamilə doğru-dürüst olmalı, özünü pis xüsusiyyətlərdən kənar etməyə çalışmalı, gözəl xüsusiyyətlər qazanmalıdır. Buna dair dəlil istəyirsinizsə, bu Peyğəmbərin sallallahu aleyhi və səlləm hədisindədir. Rəsulullah sallallahu aleyhi və səlləm buyurmuşdur: “Kim səbirli olmaq istəyərsə, Allah onu səbir bəxş edər”. (Buxari 1376). O sallallahu aleyhi və səlləm həmçinin demişdir: “Elm öyrənməklə gəlir, səbr özünü səbrə vadar etməklə gəlir”. (Dərəqutni və digərləri rəvayət etmişdirlər. Səhih əl-Cami 2328 əsərində hədis həsən olaraq təsnif edilmişdir.)

Allah təala nəticəyə, məqsədə nail olmaq üçün vasitələr xəlq emişdir. Ona görə də, siz məxluqu idarə edən Allah təalanın qanunlarına diqqət edin, fikir verin. Gözəl xüsusiyyətləri əldə etmək və pis xüsusiyyətlərdən çəkinmək üçün vasitələrdən istifadə edin ki, istədiyiniz nəticələrə nail olasınız. Bunun üçün çox çalışmalısınız və Allaha dua etməlisiniz. Allah qullarının ümidlərini boşa çıxarmaz və yaxud onların ağır zəhmətini və səylərinin itməsinə və yaxud zay olmasına imkan verməz.


Tarix: 05.04.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 261 Bölmə: Maraqlı melumatlar