beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pomadasından istifadə etmək olar?

Sual: Yalnız həyat yoldaşı üçün bəzənmək niyyətilə pomadan istifadə etmək olar?

Cavab: Burada əsas qayda budur ki, zinət (bəzənmək) və gözəllik məqsədilə istifadə olunan hər bir şey icazəlidir. Allah təala buyurur: “Yer üzündə olanların ha-mısını sizə görə xəlq edən... Odur”.(əl-Bəqərə 2:29)

Əriniz üçün özünüzü gözəlləşdirmək, bəzəmək istəyirsinizsə bundan (pomadadan) istifadə müstəhəb (bəyənilən əməl) sayıla bilər. Çünki, şəriətdə buna (qadının öz əri üçün bəzənməsinə) icazə verilir.

Lakin, bunları edərkən qoyulan şərtlərdən biri “qadının gözəlliyini göstərməsi qadağan olunan naməhrəm kişilər üçün bəzənməsi” kimi haram şeylərin olmamasıdır. Həmçinin, şərtlərdən biri budur ki, bunun tərkibində bədənə zərər verən hər hansı maddə və yaxud donuz yağı kimi nəcis olmamalıdır. Belə olduğu halda, bu haramdır. Çünki, zərər verən şeyləri etmək bizə qadağan edilmişdir. Necə ki, bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm bildirmişdir: “Nə zərər vermək var, nə də zərərə zərərlə qarşılıq vermək”


Tarix: 03.04.2013 / 21:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: Maraqlı melumatlar