beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mələklər və cinlər ölürmü?

Sual: Mələklər və cinlər ölürmü? Onlar harada dəfn olunurlar? Onlar üçün cənazə namazı qılınırmı? Onlardan hər biri nə qədər yaşayır?

Sual: Mələklər və cinlər ölürmü? Onlar harada dəfn olunurlar? Onlar üçün cənazə namazı qılınırmı? Onlardan hər biri nə qədər yaşayır?

Cavab: Həmd Allaha məxsusdur.

Allah təala buyurur:

“26(Yer) üzündə olan hər kəs ölümə məhkumdur. 27Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.” [ər-Rəhman 55:26-27]

İbn Kəsir, (Allah ona rəhmət etsin) demişdir: “Burada Allah təala bizə bildirir ki, yer üzünün bütün sakinləri həlak və məhv olacaq, eləcə də səmanın bütün sakinləri məhv olacaq, yalnız Allahın istədiklərindən başqası qalacaq və Allahın Kəramətli Vəchindən başqa heç bir şey qalmayacaqdır, çünki Rəbbimiz ölmür, əksinə O heç bir zaman ölməyəcək Əbədi Yaşayandır.

Təfsir Quranil Azim, 4/273

Buxari (7383) və Müslim (2717) İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edirlər ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə deyərdi: “Allahummə inni əuzu bikə bi izzətikə lə iləəhə illə əntə ən tədilləni, əntəl həyyu əlləzi lə yəmut vəl cin vəl ins yəmutuun” (Ey Allahım, Sənin izzətinə sığınıram, Səndən başqa ibadətə layiq haqq məbud yoxdur, azmaqdan Sənə sığınıram, Sən heç bir zaman ölməyən Dirisən, cinlər və insanlar isə ölürlər)

Sizin sualınıza gəldikdə, yəni mələklər və cinlər harada dəfn olunur, onlar üçün cənazə namazı qılınırmı və onlar nə qədər yaşayırlar, bu cür məsələlər barədə elm bizdən gizlədilmişdir. Allah təala buyurur:

“Sizə yalnız az bir bilik verilmişdir.” [əl-İsra 17:85]

Müsəlman bir kəs özünün davranış və əxlaqına daha çox təsir edən məsələləri öyrənməyə çalışmalıdır. Məsələn, Allah barədə elm, Allahın ad və sifətləri, etiqad ilə bağlı ondan tələb olunan məsələlər və şəri hökmlər barədə elm öyrənməlidir. Ondan bilməsi tələb olunmayan və bilinməsndə heç bir faydası olmayan məsələlərə dərindən baş vurmaqdan çəkinməlidir. Allahdan diləyimiz budur ki, bizi faydalı elm və saleh əməllər ilə ruziləndirsin.

Ən doğrusunu Allah bilir.


Tarix: 02.04.2013 / 20:06 Müəllif: *Beyaz_Gul* Baxılıb: 193 Bölmə: Maraqlı melumatlar