beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günah edirəm, sonra tövbə edirəm, sonra yenə eyni günahı edirəm

Sual: Mən günaha düşürəm və sonra tövbə edirəm. Lakin nəfsim mənə qalib gəlir və yenə eyni günaha düşürəm. Bu mənim əvvəlki tövbələrimi batil edirmi? Yəni, əvvəlki günahlarım bağışlanmamış qalırmı?

Cavab: Alimlərin cumhurunun rəyinə görə tövbənin qəbul olunması üçün peşman olan insanın yenidən eyni günaha düşməməsi bunun üçün bir şərt deyil. Tövbənin şərtlərindən odur ki, günah dərhal tərk olunmalıdır və insan qəlbi ilə həqiqi şəkildə peşmançılıq hissi keçirməlidir. Bunlar öz növbəsində həmin günaha bir daha düşməmək üçün qəti əzm ilə müşayiət olunmalıdır. Elə isə, bu şərtlər yerinə yetirilərsə, həmin insan bu günaha yenə düşərsə o zaman bu tamamilə yeni günah sayılır və yeni tövbəni zəruri edir, keçmişdəkilər ilə heç bir əlaqəsi yoxdur.



Muhəmməd Saleh əl-Münəccid


Tarix: 02.04.2013 / 19:59 Müəllif: *Beyaz_Gul* Baxılıb: 129 Bölmə: Maraqlı melumatlar