beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağıl zəruridir, lakin təkbaşına kifayət etmir

Elmə yiyələnmək, eləcə də saleh və xeyirxah əməl etmək üçün ağıl ilkin şərtdir. Cuşa gəlmək və yaxud məst olmaq kimi ağılı örtən mistik hallar ağılın naqis, qeyri-kamil durumlarıdır. Ağıl ilə ziddiyyət təşkil edən ideyalar yanlışdır. Bununla belə, ağıl özü-özlüyündə kifayət etmir; vəhy olmadan ağıl özü-özlüyündə ötüşə, davam edə bilməz. Belə ki, ağılın hüdudlarını keçən, aciz qoyan həqiqətlər barədə bilgi və elmi yalnız vəhy yolu ilə əldə olunabilər.

Teoloqlardan (ilahiyyatçı, ruhanilər) bir çoxu öz fikir və düşüncələrində sadəcə ağıla söykənir və ona xüsusi bir şəkildə etimad edirlər. Onlar ağıllarını iman və Quran ilə qarşı-qarşıya qoyurlar.

Elm, bilik ağılın ümumi prinsiplərinə əsaslanmaqla əldə olunur.

Sufilərin bir çoxu, digər tərəfdən, ağılı məzəmmət, ittiham edir və bunda qüsur tapmağa çalışırlar. Onlar iddia edirlər ki, ali, uca vəziyyət və hallar, daha yüksək mənəvi durumlara
yalnız ağılı inkar etməklə nail olmaq mümkündür, əks halda buna nail olmaq heç bir zaman mümkün deyil. Onlar ağıl ilə ziddiyyət təşkil edən və özündən getmək, coşğunluq, cuşa gəlmək və məst olmaq ilə nəticələnəcək fikir və düşüncələri irəli sürürlər. Onlar, özlərinin də iddia etdiyi kimi, yalnız ağıl tamamilə örtüldüyü zaman hasil olacaq, gerçəkləşəcək həqiqət və hissiyyat, təcrübələrə inanırlar; eləcə də ağılın açıq-aşkar şəkildə inkar, təkzib etdiyi və ağılın buna şahidlik, bunu təsdiq etmədiyi məsələlərə inanırlar.

Bu mənbələrin hər ikisi yanlışdır. Sözsüz ki, ağıl fayda və gözəl həyat üçün ilkin şərt olduğu kimi eynilə bütün elmlər üçün də ilkin şərtdir. Ağıl sayəsində insan elm və üstün dərəcə, fəzilət əldə edir, lakin ağıl heç də özü-özlüyündə kifayət etmir. Ağıl sadəcə ruhun əzası, üzvüdür, gözün görmə qabiliyyətində mövcud olan güc kimi bir gücdür, ağıl yalnız iman və Qurandan nur aldığı zaman işləyir, necə ki, göz o zaman görür ki, günəş və yaxud oddan işıq qəbul etmiş olsun.

Təkbaşına tərk edildikdə, ağıl əvvəlcədən bunları bilmək ilə təchiz olunmadığı məsələləri bilməyə qadir deyil. Digər tərəfdən, ağıl tamamilə örtüldükdə, insanın qəbul etdiyi fikir və düşüncələr və yerinə yetirdiyi əməllər heyvanlarda olduğu kimi eyni olur. İnsanda sevgi və cuşa gəlmək və digər hissiyyatlar ola bilər, lakin onlar heyvanlarda olduğundan fərqli olmayacaqdır. Bu üzdən ağılı inkar etməklə əldə olunan durum və hallar qüsurludur və ağıla zidd olaraq qəbul olunan fikir və düşüncələr isə yanlışdır.

Peyğəmbərlər elə bir elm ilə gəlmişdilər ki, ağıl bu bilgi və elmə özü-özlüyündə nail ola bilməzdi; heç bir zaman peyğəmbərlər ağılın qeyri-mümkün hesab etdiyi məsələlər ilə gəlməmişdirlər. Ağıla əsaslandırılmamış şəkildə bel bağlayan insanlar dərhal, tələsik sırf ağılı əsas götürərək məsələlərin zəruriliyi, mümkün və yaxud qeyri-mümkünlüyü barədə rəylər ilə çıxış edirlər; onlar hər zaman öz fikir və görüşlərinin doğru olduğu təəssüratı ilə çalışırlar. Onlar hətta peyğəmbərlərin öyrətdikləri biliklərə müxalif olmaq qədər özlərini bu qədər məğrur, cəsarətli və təkəbbürlü aparırlar. Digər tərəfdən, ağılın əhəmiyyətini kiçildərək batil şeyləri təsdiq edənlər, şeytani durumlar, hallar, münkər, şərli əməl və işlərdən zövq alır, məst olur və Allah təalanın insana bəxş etdyi və onu bununla digər məxluqlardan üstün tutaraq, ucaldaraq bəxş etdiyi (yaxşı ilə pisi) bir-birindən ayırma qabiliyyətində cızıqları keçir, həddi aşırlar.

Hədis əhli arasında da həmçinin bu iki zümrədən bu və ya digərinə meyl edən kəslər var. Bəzən onlar ağılı öz məqamından, mövqeyindən aşağı salır, bəzən isə ağılı peyğəmbərin sünnəsinə qarşı qoyurlar.


Tarix: 02.04.2013 / 19:54 Müəllif: *Beyaz_Gul* Baxılıb: 190 Bölmə: Maraqlı melumatlar