beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Chat-söhbət”saytlarını ziyarət etmək və naməhrəm qızlar ilə danışmaq fitnəsi

Sual: Şəbəkədə bir internet səhifəsini ziyarət edərək onların hiyləsinə düşdüm. Bu internet səhifəsinə abunə olmuşam və pulludur. Öncə həmin sayt yaxşı bir sayt kimi görünürdü, lakin bu saytı ziyarət edənlərin çoxu sadəcə bir-birilə məzələnirdilər. Mən yüzdən çox qız ilə yazışmağa başladım və onlarla mobil telefon vasitəsilə danışırdım və eşq mövzuları barədə söhbət açır və onlardan bəziləri ilə görüşürdüm. İndi Allaha tövbə etmişəm və ümid edirəm ki, bu cür saytların sahibinə siz nəsihət edəcəksiniz. Çünki bu sayt hal-hazırda fitnə-fəsad və qarşı cinslərin bir-birinə yaxınlaşması üçün bir vasitəyə çevrilib. Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab:
Həmd Allaha məxsusdur.
Tövbə etmək üçün sizə fürsət verən Allaha həmd olsun və Allahdan niyazımız budur ki, haqqa sadiq qalmaqda və doğru yoldan möhkəm tutmaqda sizi sabit-qədəm etsin. Allahdan diləyimiz budur ki, imanları və şərəflərini mühafizə etmək üçün müsəlman kişi və qadınları hidayət etsin.
Nəzərinizə çatdırırıq ki, bu cür internet səhifələrini təsis etmək və yaxud bunlara baş çəkmək icazəli deyil. Bu saytın sahibi aşağıdakı ayədə xəbərdarlığın ünvanlandığı şəxslərdən biridir:
“Möminlər arasında pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir.” [ən-Nur 24:19]
Həqiqətən həmin şəxs bu cür xəbərdarlıq edilməyə daha çox layiqdir, çünki bu ayədə fahiş işlərin yayılmasını istəyən kəslərə müraciət edilir. Elə isə fahiş işlərin gerçəkləşməsi və geniş vüsət tapması üçün faktiki olaraq səy göstərənin halı necə olacaq?
Gördüklərimiz və eşitdiklərimiz və oxuduqlarımızdan bizə bəllidir ki, qarşı tərəfə, cinsə yaxınlaşmaq üçün bu cür vasitələrdən istifadə edənlərin sonu belə qurtarır. Nə qədər kişi bunun nəticəsi olaraq imanını itirmişdir? Nə qədər qadınlar bu cür internet səhifələrinə bulaşmaqla namuslarını itirmişdirlər? Onlardan bəziləri sonda girdikləri bu zülmət dərəsindən xilas olmaq üçün məktublaşmaq və naməhrəm qadınlar ilə söhbətlərin mənfi nəticəsi olaraq özlərini intihar etməkdən başqa çıxış yolu görməmişdirlər.
Naməhrəmlər ilə məktublaşmaq və söhbət etmək barədə məsələləri artıq müzakirə etmişik. Bunun üçün müvafiq fətva başlıqlarını oxuya biləriniz.


Tarix: 02.04.2013 / 19:41 Müəllif: *Beyaz_Gul* Baxılıb: 203 Bölmə: Maraqlı melumatlar