Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

De ey nəfsim! ALLAH sənə kafi deyilmi?

De ey nəfsim! ALLAH sənə kafi deyilmi?


Bir an olsun unutma Yaradanını… Sadəcə başına bir fəlakət gəldiyində deyil, bir müsibət ya da xəstəliyə məruz qaldığında deyil, daim xatırla Onu. Çünki Ondan uzaq olunmaz, O bizə hər şeydən, hər kəsdən yaxındı. Bizi Ondan başqa hər an güdən, ehtiyaclarımızı qarşılayan varmı? Bizə qarşı sonsuz bir mərhəmət, kərəm sahibi varmı? O bizi hər kəsdən çox sevir, bir an belə bizi tək buraxmır. Elə isə sən də hər an xatırla Yaradanını…..

Bil ki, səni səndən daha yaxşı tanıyan, daha yaxşı anlayan biri var. Ən gizli sirlərini bilən, halını görən biri var. Səni özünə həmsöhbət qəbul edən, hüzuruna dəvət edən ucalar ucası biri var. Sənin bütün dualarına cavab verən sonsuz qüdrət sahibi biri var. Elə isə yalnız çətin anlarında deyil, hər vaxt xatırla Yaradanını. Gecələrdə başını səccadənə qoyduğunda, içini Ona tök səssizcə… Burax damlasın gözyaşların, söndürsün öz əlinlə yandırdığın atəşləri… Harada və hansı şərtdə olursan ol, unutma Yaradanını...

Başını qaldırıb səmaya baxdığında, bir yağış damlasında, günəşin doğuşunda, gecənin qaranlığında, kainatın hər səhifəsində, hər sətirində xatırla Onu. Hər şeydə Onun təqlid edilməz imzasını, Onun möhürünü gör və xatırla Yaradanını...

O varsa hər şey var, O yoxsa heç bir şey yox. Onunla hər şey mənalı, işıqlıq, gözəl. Onsuz hər şey qaranlıq, mənasız, heçliyə gedər. Onu heç unutma ki, saraylara dönsün zindanların. Onu heç unutma ki, nura qərq olsun qaranlıqların. Onu heç unutma ki şəfa tapsın yaraların...

Anadan, atadan, yardan ayrı qalmaq olar, Ondan ayrı qalmaq olmaz. O bizi heç buraxmaz. Elə isə Sən də Onun adını salma dilindən. Sevgisini əskik etmə ürəyindən. O sənin hər cür ehtiyacına kafi deyilmi? Ondan qeyrisi fani deyilmi? Elə isə hər an xatırla Yaradanını…

Onu xatırlamaq üçün başına bir müsibət gəlməsini gözləyəcək qədər nankor və kor olma. Hara baxsan Onu gör, Onu düşün, Onu xatırla. Xatırlanmağa ən çox layiq olan O deyilmi?


Tarix: 03.12.2014 / 17:25 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqlı melumatlar
loading...