beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhərrəm ayında nələri etmək haram buyurulub...

Bu gün Hicri təqvimlə Məhərrəm ayının dördüncü günüdür.

Gün.Az xəbər verir ki, bu ay müsəlman aləmində ağır aylardan sayılır.

40 gün və ondan sonrakı "Səfər ayı” deyilən 10 gün ərzində müsəlmanlar şadlıq mərasimləri keçirmir, müxtəlif xeyriyyə aksiyaları təşkil olunur.

Haram ay kimi tanınan bu ayda savaş etmək, müharibələrə qoşulmaq, səhər və axşam namazları arasındakı vaxtda şadyanalıq etmək kimi əməllər günah sayılır.

Bəs görəsən, Azərbaycanda Məhərrəm ayının şərtlərinə nə dərəcədə əməl olunur və ümumiyyətlə insanlar bu ayla bağlı nə dərəcədə məlumatlıdır?

Təzəpir məscidinin axundu Hacı Faizin verdiyi məlumata görə, Azərbaycan xalqı Məhərrəm ayının xüsusiyyətlərinə çox ciddi şəkildə əməl edir:

"Məhərrəm ayının başlamasından bir necə gün keçir.

Artıq paytaxt ərazisində şadlıq evlərinin böyük əksəriyyəti fəaliyyətini dondurub. Çünki xalqımız bu ayda toy-şadyanalıq etmir. Məhərrəm ayında şadlıq mərasimlərinin keçirilməməsi artıq adətə çevrilib. Ancaq İslam dini bu aylar ərzində toy, nişan mərasimlərinin keçirilməsinə qadağa qoymayıb. Yəni bu günlərdə əylənib-gülmək sırf mənəvi cəhətdən müsbət qarşılanmır bununla İslamın heç bir əlaqəsi yoxdur.

Aşura günündə isə insanlar məscidə gəlir, həmin gün mağaza, iaşə obyektləri işləmir. Bütün bunlar sübut edir ki, əhali Məhərrəm ayı, Aşura günü ilə bağlı tam məlumatlıdır və onu hüznlə qeyd edir. Ancaq hər bir müsəlman bu ayın mahiyyətini də dərk etməlidir. Dinşünaslar bilməyənləri başa salmalıdır ki, insan yalnız bu gün üçün yaşamamalı, gələcək nəsillər üçün faydalı işlər görməlidir.

Məsələn, Məhərrəm ayında içki içməkdən uzaq olmaq məsləhət görülür və bu yaxşı əməl sayılmır. Ancaq dinimizdə təkcə matəm ayında deyil, müsəlmanın bütün ömrü boyunca içki içməsi haram buyurulub. İnsanlar Məhərrəm ayında maariflənməli və pis vərdişlərdən hər zaman uzaq olmalıdır. Məhərrəm ayında, həmçinin insanlar dua etməli, Allaha olan ibadət və itaətlərini artırmalıdırlar”.

H.Faiz son illər Aşura günündə ölkədə qanvermə aksiyalarının keçirildiyini xatırladaraq bildirib ki, bu il də məscid və xəstəxanalarda qanvermə aksiyaları təşkil olunacaq:

"Bu il qanvermə aksiyası Aşura günü İmamın 3-ü və 7-ə təsadüf edəcək”.


Tarix: 04.12.2014 / 11:11 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqlı melumatlar