beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ehli Xilaf Ve Vehabiler Iddiyasi

Ehli Xilaf ve Vehabiler iddiya edirler ki 12-İmam yeni hz Mehdi e.f.dunyaya gellmiyib hele bundan sonra gelecek..... Mende oz kitablarimi qoyuram bir qiraqa ancaq Ehli sunne kitabindan delil getirerem .ya Əhli-Beyt şiələrinin inancına görə, Peyğəmbər(s.e)-in biliklərinin varisi və ümmətə vəli olanların sayı on ikidir ki, bunlar da Peyğəmbər övladları olan 12 imamdır. İslam Peyğəmbəri də məhz onları tanıtmış və adlarını bəyan etmişdir: 1-İmam Əli(ə.s), 2-İmam Həsən(ə.s), 3-İmam Hüseyn(ə.s), 4-İmam Zeynəl-Abidin(ə.s), 5-İmam Məhəmməd Baqir(ə.s), 6-İmam Cəfəri Sadiq(ə.s), 7-İmam Museyi- Kazim(ə.s), 8-İmam Rza(ə.s), 9-İmam Məhəmməd-Təqi(ə.s), 10-İmam Əliyyən-Nəqi(ə.s), 11-İmam Həsən Əsgəri(ə.s), 12-İmam Mehdi (əc.) Hamı onun zühurunu gözləməkdədir

Hələ on iki imam dünyaya gəlməmişdən öncə ülamə və səhabə bu əqidədə idi ki, Peyğəmbərimizdən sonra ümmətə on iki şəxs rəhbər olacaq. Məşhur sünnü alimi Buxari ''Səhihi Buxari'' c. 9, səh.101-də yazır: ''Həzrət Peyğəmbər buyurmuşdur ki, sizin on iki əmiriniz olacaq və onların hamısı Qüreyşdəndir.'' Tirmizi ''Səhih''ində (c. 2) və Əhməd ibni Hənbəl ''Müsnəd''ində (c. 1 səh.9, c. 2 səh.101, c. 5 səh.92) Cabirdən nəqlən yazırlar: ''Peyğəmbər buyurdu ki, İslam dini, hamısı Qüreyş qəbiləsindən olan və sizə xəlifəlik edəcək on iki şəxsiyyətlə sabit və daimi qalacaqdır.'' Şiə məzhəbi Qüreyş qəbiləsindən ümmətə rəhbər olan on iki şəxsi məhz Peyğəmbərin öz nəslindən, qüreyşlilərdən olan on iki imamı qəbul edir. On ikinci imamın qeybdə olması haqqında da şiələrin əlində dəlillər və sübutlar vardır. Peyğəmbəri Əkrəmdən bütün zamanlar üçün bir hədis nəql olunub: ''Hər kəs ölə və öz zamanının imamını tanımaya, cahiliyyət dövrünün insanları kimi ölmüşdür.''

Bu hədisi görkəmli Əhli-sünnə alimləri öz kitablarında yazmışlar, belə ki, 1-''Səhihi Müslüm'' c. 12, səh.440, 2-''Səhihi Buxari'' c. 5, səh.13, 3-''Kənzül Ümmal'' c. 1, səh.103, 4-''Müsnədi Əhməd'' c. 4, səh.96 buna sübutdur. Bu hədisdən aydın olur ki, hər zamanın öz imamı var. Belə bir sual meydana çıxır ki, bəs bu zamanın imamı kimdir? Cavab isə budur ki, bu zamanın imamı 12-ci imam Həzrəti Mehdi(əc.)-dir. Onu görmək isə mümkün deyil, çünki o, sünni və şiənin qəbul etdiyi tarixi sənədlərə əsasən dünyaya gəldikdən sonra Allahın iznilə qeybə çəkildi və hal-hazırda qeybdədir. Sünnü alimlərinin ən görkəmlisi Təbəri 12-ci imamın qeybi zamanında yaşamışdır və həmin dövrdə o, ''Tarixur-rəsul-vəl-mülük'' kitabında bu tarixi hadisə barədə yazmışdır. Kitab ''Təbəri tarixi'' adı ilə məşhurdur. ''Tənbihul əşraf'' və ''Murucus-zəhəb'' kitablarında da, bu barədə məlumatlar var. Əhli-sünnə məzhəbində İmam Məhdi(ə)-ın qeybə çəkilməsi barədə 500-dən artıq hədis vardır.

Tural Seferli Al Shia


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 366 Bölmə: Maraqlı melumatlar