beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan hekayələri

Allah dostlarının orucu axşama qədər yalnız ac qalmaq deyil. Onlar özünü şübhəli olan şeylərə qarşı bağlayır. Onların dərdi yalnız axşama qədər ac qalmaq deyil, tutduqları orucla İlahiyə qovuşmaqdır. Onlar ilin hər ayını Ramazan ayı kimi yaşayırdılar. Həmişə oruc tutardılar.
Bir gün oruclu ikən yanında Hindistan sultanı haqqında danışılıb, qeybəti olub.
"Əfsus orucum pozuldu - dedi.
Yanındakılar: "Amma qeybət edən siz deyildiniz" deyirlər.
"Qeybəti edən də dinləyən də birdir."

Şəxsən Şeytan Məşğul olur



Bir Ramazan günü Abdulqadir Geylani Həzrətləri dostları bir səhradan keçirdilər. Hava olduqca isti idi. Tutduqları orucdan ötəri aclıq onların taqətini kəsmiş və onları halsız salmışdı. Buna baxmayaraq, yollarına davam edirdilər. Birdən qarşılarında bir işıq meydana gəldi və onlara belə səsləndi:
- Mən sizin Rəbbinizəm, Ramazanda yemək-içmək sizə haramdır. Amma indi sizə halal etdim. Yeyin için.
Bu maraqlı vəziyyət qarşısında həyəcanlanan bəzi insanlar dərhal su qablarına və yeməyə əl atdılar. Abdulqadir Geylani həzrətləri dostlarını xəbərdar etdi:
- Əsla oruclarınızı açmayın!
Sonra səsin gəldiyi tərəfə dönüb:
- "Əuzu billahi minə'ş-şeytani'r-racim. Əuzu billahiminə şəri zalika" qovulmuş şeytandan Allaha sığınıram.
Bu sözləri deyən kimi işıq qapqara olur! Şeytan özünü bəzəkli göstərərək onları aldatmağa cürət edir, amma alınmır.

Onlar Oruc tutmadılar


Peyğəmbərimiz bir gün səhabələrinə oruc tutmaqlarını əmr edərək:
- Mən icazə verməmiş heç kim orucunu açmasın.
Hər kəs oruc tutur. Axşam tək-tək müraciət edənlərə iftar icazəsi verir. Bir adam gəlib deyir:
- Ya Rəsulullah! İki gənc qız oruc tutub və yorulublar. Şəxsən gəlməyə utanırlar. İcazə versəniz, iftar etsinlər.
Rəsulu Əkrəm (s.ə.v.) icazə vermədi. Kişi iki dəfə də gəldi. Rəsulullah (s.ə.v):
- Onlar oruc tutmadılar. Bütün gün insanların ətini yeyənlər, necə oruclu olurlar? Get onlara söylə: Oruc tutdularsa, istifra etsinlər baxaq.
Kişi gedir, lazım olanı deyir. Onlar da deyiləni etdi və qan laxtalarını qusdular. Kişi Resulullaha vəziyyəti bildirdi. Peyğəmbərimiz (s.ə.v.):
- Nəfsim qüdrətində olan Allaha and içərəm ki, əgər qusmayıb bu qan parçaları mədələrində qalsaydı, onlara cəhənnəm atəşi yer idi.


Tarix: 03.12.2014 / 16:42 Müəllif: Aziza Baxılıb: 114 Bölmə: Maraqlı melumatlar