beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vezir Ve Padşah

Bir vəzir yoxsullara, ehtiyacı
olanlara dövlət xəzinəsindən
borc pul verir, borc alanlar
“Borcumuzu nə vaxt
qaytaracağıq?” — deyə
soruşanda “Padşahımız öləndə qaytararsınız”, — deyə cavab
verirdi. Bunu eşidən bir nəfər tez
padşahın yanına gedir və deyir:
“Qibleyi-aləm, sizin vəziriniz
xəzinədən ehtiyacı olanlara borc
pul verir, özü də “Padşahımız öləndə qaytararsınız”, — deyir. Deməli
niyyəti pisdir ki, sizin
tezliklə ölməyinizi istəyir”.
Bunu eşidən padşah vəzirindən
inciyir. Ancaq yenə də onu hüzuruna
çağırıb, deyilənlərin doğru olub- olmadığını öyrənmək istəyir.
Vəziyyətin
nə yerdə olduğunu anlayan
vəzir padşahın ürəyini yumşaldan bu
sözləri deyir: “Padşahım, deyilənlər
doğrudur. Mən xəzinədən ehtiyacı
olanlara borc pul verir, sonra da onlara “Padşahımız öləndə
qaytararsınız”, —
deyirəm. Ancaq mən bunu sizin
ölməyinizi istədiyim üçün yox, əksinə
daha çox yaşamağınız üçün edirəm.
Bilirsiniz ki, hər borcluya borcunun vədəsi
qısa görünür, vədə tamam olmasın deyə dua edir. Bu, o deməkdir ki,
borclular
borclarını gec qaytarsınlar deyə, sizin
ömrünüzün uzanması üçün dua edirlər.
Allah qatında ən məqbul dualardan biri də
borclu qullarının duasıdır”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar