beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicab ismət və iffətdir.

Hicab, ismət və iffətdir. İsmət və iffət isə ailənin əbədi səfa və sağlamlığının zəmanətidir.

Ailənin təhlükəsizliyini, sağlamlığını və səmimiliyini qoruyub saxlamaq üçün ər və arvadın hər birinin vəzifələri vardır.

Qadının vəzifəsidir ki, naməhrəm kişilərlə üzləşdikdə hicablı, ismətli, iffətli, mətanətli olsun və öz gözəlliyini örtsün, naməhrəm qarşısında işvə, naz-qəmzə etməsin və bununla da öz əmanətdarlıq, vəfa və eşqini ərinə sübut etmiş olsun.

Kişinin vəzifəsidir ki, arvadına vəfadar olsun. Naməhrəm qadınlara baxmasın. Çünki naməhrəmə baxmaq ehtirası alovlandırır və bu da yoldan çıxmağa səbəb olur.[1]

Çünki göz gözələ və gözəlliyə baxmaqdan doymur, gördüyü gözəlliyin onun olmasını istəyir. Nəticədə isə, namus, iffət, ismət yolundan kənara çıxır və xalqın namusuna xəyanət edir.

İmam Cəfər Sadiq (ə) buyurub:

«النَّظَرُ سَهْمٌ‏ مِنْ سِهَامِ إِبْلِيسَ مَسْمُومٌ وَ كَمْ مِنْ نَظْرَةٍ أَوْرَثَتْ حَسْرَةً طَوِيلَة»

"Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarındandır. Bu baxışlar çox vaxt insan üçün uzun həsrət gətirib (yəni insan bəlaya düşdükdən sonra həmişə vicdan əzabı çəkib ki, ey kaş, o cinayəti etməsəydim)".[2]

Bu oxlar sağlam bir ailənin səfa və sağlamlığını zəhərləyir, təhlükəsizlik divarlarını yıxır və yıxılmış divarlardan pislik, dava-dalaş, vəfasızlıq ailəyə hücum çəkir. Başqalarının dalınca baxan hərzə və həyasız gözlər daha öz ailə və övladlarının gözəlliyini görə bilməyəcəkdir. Öz həyat şəriki onun gözündə görünməyəcəkdir. O, nə qədər özünü bəzəsə və gözəl geyinsə yenə də ərinin həris və şəhvətpərəst gözləri onu çirkin görəcəkdir.

* "... Ərimlə bir-birimizi çox sevirdik... Amma bu yaxınlarda çox pis bir adət tapmışdır. Nə geyirəm bəyənmir. Deyir ki, filankəsin arvadı səndən gözəl geyinir və xoş səliqədir. Gözü başqa qadınların arxasıncadır. Həmişə başqalarının gözəlliyini mənim üzümə vurur... Hansı qonaqlığa və ya toya getsək, məni unudub başqa qadınlarla deyib-gülür və gözləri naməhrəm üzlərdə gəzir, elə bil ki, mən onun yanında deyiləm... Ürəyim odlu, gözlərim yaşlıdır... Artıq bunlara dözə bilmirəm... İki körpə balamı da götürüb getmək istəyirəm... Xahiş edirəm mənə bir yol göstərin... Mümkündürsə, ərimə də nəsihət edin... Axı, nə üçün başqalarının ardınca düşüb? Nə səbəbə mənim ürəyimə od vurur? Nə üçün gözəl həyatımızı məhv edir? Nə üçün vəfasızlıq edir?...".Kişilər mühüm bir nöqtəyə diqqət etməlidirlər. Qeyrətli olmaq yaxşı və bəyənilmiş bir sifətdir. Hər kişiyə öz namusunu, ailəsinin şərəf, iffət və ismətini qorumaq üçün tam qeyrətli olmaq lazımdır. Amma qeyrətin də həddi vardır ki, bu həddi aşmaq insanın zərər və ziyanınadır. İslam dininin hökmü budur ki, Allah-Taala və Peyğəmbərin (s) insanlardan istəmədiyini, siz də onlardan istəməyin. Əmr be məruf və nəhy əz münkər – yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək - etdikdə dost, mehriban və qayğıkeş olun və dediklərinizə özünüz də əməl edin.[4]

Allah-Taala Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!”.[5]

Həddindən artıq tələbkar olmaq, kobudluq nifrətə və insanların səndən uzaqlaşmasına səbəb olacaqdır. Müqəddəs İslam dininin doğru-düzgün, güclü qayda və üsulları vardır ki, bu qaydalardan kənara çıxmaq insanları hidayət yolundan azdırıb azğınlığa sürükləyəcəkdir


Tarix: 03.12.2014 / 15:51 Müəllif: Aziza Baxılıb: 155 Bölmə: Maraqlı melumatlar