beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNAHDA SABİTQƏDƏMLİK

Bəli, aydın olur ki, Allah düşmənləri, Əhli-Beyt (ə) düşmənləri o qədər də İslamdan xəbərsiz deyildirlər, İslamdan xəbərləri var idi. Bunların imanı yox idi, bunların təqvası yox idi, bunların əqidəsi yox idi. Amma xəbərləri var idi İslamda nə deyilməsindən. Elə bugünkü zamənəmizdə də görürk çoxlu sayda məlumatlı insanlar var, amma əməl etmirlər. Yəni bilmək - hələ təqvalı olmaq deyil, bilmək hələ əməl etmək deyil. Tarix bunu göstərir ki, haqla düşmənçiliyi olanlar heç də bunu məlumatsızlıqdan etməyiblər. Haqdan xəbərləri olub, amma nəfslərinin ardınca gedib, öz batilliklərində tamam ardıcıllıq göstəriblər. Öz batil yollarında sabitqədəm olublar, israrlı olublar. Haqqı biliblər, həqiqət nədir barədə məlumatları olub, amma beşgünlük dünyalarına görə hər şeyi satıblar, hər şeydən keçiblər.

Amma bu bəhsdən çıxan nəticələrə baxaq. Birinci görürük əvvəla Abbasi xəlifələri də, digər hökmdarlar da zahirdə özlərini bir İslami simada, özlərini xalqın dərdinə yanan kimi göstərirdilər. Özlərini bu cür göstərmirdilər ki, bunlar xalqdan uzaqdırlar. Hətta aradabir camaatı da yığırlar, camaatın sözlərini də guya eşidirlər, dərdlərini dinləyirlər. Hətta müəyyən dərərcədə camaatdan guya tənqidi də eşitmək, tənqidi qəbul etmək qabiliyyəti də təzahür etdirirlər. Avamlar da buna həmişə aldanıblar, necə ki, bu gün də aldanırlar. Aldanmaq istəyən hər zaman aldanır.

Tarixə nəzər salsaq, görürük bir çox sualların cavabı məhz bu aldanılmaqlarda, özünüaldatmaqlarda tapılır. Necə ki, Kərbəla müsibətində İmam Hüseyni (ə) – Peyğəmbər (s) nəvəsini, ümmətin İmamını (ə) xarici adı ilə şəhid etdilər, bu gün də haqsevərlərə minbir ad qoyub, məhv edirlər. Avam kütlə də ya qəflətdə olub, ya da özünü bilməməzliyə vurub ki, zülmün baş verməsinə müdaxilə etməsin.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar