beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birdə Dünyaya Gətirməz Bizi Təkrar Allah

Sənsən aləmdə bizə bir tək hökümdar Allah
Yaşayırsan saf ürəklərdə adın var Allah

Çoxalıb indi cızığından neçəsi haqqı danar
Nəki uydurma yalandırsa onu doğru sanar
Sənə inadət edənlər sənə bir tək inanar
Sənin aşiqlərin etməz səni inkar Allah

Səni haqqım deyə qəbul edənə yar sənsən
Eliyən bizləri düzgün yola vadar sənsən
Biz yox ikən bizi yoxdan eliyən var sənsən
Ola bilməz sənə bənzər sənə oxşar Allah

Gərək insan bəşərin verdiyi hər dərdə dözə
Qalaqrıq bir gün həyat ilə ölümlə üz üzə
Eliyək hər gün ibadətki savabdır bu bizə
Birdə dünyaya gətirməz bizi təkrar Allah


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 35 Bölmə: Maraqlı melumatlar