beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhli Beyt (ə.s.) » İmam Baqir (ə)

İmam Baqir (ə) və sıradan çıxmaqda olan dini mədəniyyətin təhlili
İmam Baqirin (ə) bütün həyatı əməvi sülaləsinin hökmranlıq dövrlərinə təsadüf etdiyindən onların siyasi hoqqa və şeytani kələkbazlıqlarından tamamilə agah idi. İmam (ə) yaxşı bilirdi ki, onların din və İslama heç bir e`tiqadı yoxdur və yalnız öz məqsədlərinə nail olmaq üçün din arxasında pərdələnirlər. Dinin rəhbərliyini üzərinə götürənlərin əksəriyyəti yaramaz, nadan adamlar idi ki, özlərini dinin nümayəndəsi kimi qələmə verirdilər. Həzrət bu məsələ ilə əlaqədar əməvilərə mənsub tanınmış Sə`dül Xeyirə (Sə`d ibn Əbdülməlik əməvi. Deyilənlərə görə guya İmamla rabitəsi yaxşı imiş) yazdığı geniş məktubunda din və İslamın mə`ruz qaldığı indiki vəziyyəti keçmiş ümmətlərlə müqayisəli şəkildə irəli çəkərək buyurur: “Allah-taala hər ümmətin başı üzərindən o vaxt öz asimani kitabının sayəsini çəkdi ki, onların özləri həmin kitaba arxa çevirdilər, düşmənlərini o vaxt onların üzərinə qaldırdı ki, özləri onlara tabe oldular. Belə ki, öz müqəddəs kitablarının zahiri kəlamını qorudular, onun qanun və hüdudlarını təhrif etdilər. Onlar İlahi hökmləri rəvayət edir, lakin onlara riayət etmirdilər. Aldanmış nadanlar isə dini ehkamların deyilməsini alqışlasalar da, həyatda onlara riayət olunmamasından təəssüflənirdilər...
Agah ol ki, o vaxt Allahın müqəddəs kitablarının əsil həqiqətlərini gizlədib onun ehkamlarını təhrif edən rahib, keşiş və onların bənzərləri bizim ümmətimizdə də peyda olublar. Belələrini yaxşı tanı ki, onlar Allahın kitabının kəlamını qoruyur, qayda-qanunlarını isə təhrif edirlər.” (“Üsuli-kafi”, c. 2, sәh. 615; “Rövzәtül kafi”, sәh. 53-55)
Bəni Üməyyə sülaləsinin son dövrlərini yaşamış İmam Sadiq (ə) da sonralar bu məsələyə qayıdaraq deyirdi: “Onlar xalqın üzünə din və imanın tə`limini açıq qoydular, tağut və şirkin mahiyyətini onlardan gizlətdilər...”
Əhli Beyt (ə.s.) » İmam Baqir (ə)


Tarix: 03.12.2014 / 15:13 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar