beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Küfrə yol verməyək

Allah-təala barəsində layiq olmadığı sözlər söyləmək. Məsələn, bir kəs bir iş gördüyü zaman: "Allah bilir ki, mən bunu etməmişəm", yaxud da görmədiyi bir iş haqqında: "Allah şahiddir ki, mən bunu etmişəm" demək; Bu cür sözləri işlətmək Allahı cahilliklə günahlandırmaqdır.

- "Allah ağıllıdır, şüurludur, yaxşı fikirləşir" demək; Bu cür ifadələr işlədən şəxs Allahı məxluqlara bənzətmiş olur.

- Peyğəmbərləri alçaldıcı sözlər söyləmək, onlarla istehza etmək; Məsələn, Adəm peyğəmbəri nəzərdə tutaraq: "İlk insan vəhşi idi" demək; Digər tərəfdən, bir övliyanı peyğəmbərdən üstün tutmaq, "Əgər peyğəmbərin dediyi doğrudursa, o zaman biz xilas olduq" demək; Bununla yanaşı, bir kəsə: "Öküz əleyhissəlam" demək; "Yalnız Quran, ondan başqa qaynaq tanımıram, Qurandan başqa mənbəyə ehtiyac yoxdur", "Peyğəmbər poçtalyondur, vəzifəsini yerinə yetirmişdir", "peyğəmbərimizdən sonra rəsul gələ bilməz, amma nəbi gələ bilər" kimi sözlər küfrdür. Yəni, bu cür ifadələr işlədən və bu cür sözlərə inanan insan kafir olar.

- Peyğəmbərimizdən (s) sonra başqa bir peyğəmbərin gələcəyini düşünmək;

- Mələkləri alçaldıcı sözlər söyləmək. Məsələn: "Sənin baxışın Əzrailin baxışı kimidir", "Cəbrayıl belə, desə inanmaram", "Bu ibadətin savabını yaza bilən mələk yoxdur" demək; Həmçinin, "Övladlarınızı yaxşı tərbiyə etməsəniz zəbani olarlar" demək küfrə səbəb olur.

- İslam alimlərinin sözlərinə, fiqh kitablarına və fitvalarına riayət etmək əvəzinə təhqir etmək; Məsələn: "Əbu Hənifənin qiyası doğru deyildir" demək;

- Axirətdə baş verəcək şeylərlə istehza edərək: "Mən cənnəti istəmirəm, cəhənnəmi istəyirəm. Çünki bütün nataşalar (yəqin ki, oxucu məqalənin türk dilindən tərcümə edildiyini nəzərə alaraq "nataşa" sözünün osmanlı türkləri arasında hansı mənada işlədildiyini başa düşəcəkdir) oradadır" demək;

- Allahın əmr və qadağalarına, yəni Qurani-Kərimdə və hədislərdə açıq şəkildə bildirilən və islam alimlərinin kitabları ilə hər tərəfə yayılmış, inanılması vacib olan dini əsaslardan birinə inanmamaq, bəyənməmək və ya bunlara əhəmiyyət verməmək. Məsələn: "Mən görmədiyim üçün cinlərə və nəzərə inanmıram" demək;

- Qəti haram olduğu məlum olan bir şeyi yeyib içən zaman Allahın adını anmaq; Məsələn: şərab içərkən və ya donuz əti yeyərkən "Bəsmələ" çəkmək küfrdür.

- Qurani-Kərimi mahnı kimi oxuyana qəsdən "Nə gözəl oxuyur" demək;

- Kafirlərin ibadət məqsədilə yerinə yetirdikləri və kafirlik əlaməti olan, habelə İslamı inkar etmək və inanmamaq əlaməti olan, həmçinin təhqir edilməsi vacib olan şeyləri etmək və onlardan istifadə etmək; Bunlardan məşhur olanları bilməyərək və ya zarafat olsun deyə və ya hər kəsi güldürmək üçün etmək də küfrdür. Məsələn, zünnar adlanan rahib qurşağını bağlamaq küfrdür.

- Yunan filosofları kimi "Dünya əzəli və əbədidir" demək;

- İslam dinini islam düşüncəsi adlandırmaq; Belə ki, İslam bir düşüncə sistemi deyildir. İlahi əmr və qadağalara düşüncə deməkdən çəkinilməlidir! Din mənasında işlədilən "islam düşüncəsi" və "islam nəzəriyyəsi" kimi ifadələr olan kitablar çox zərərlidir.

- Kafirlərin dini ayinlərini və bayramlarını bəyənmək; Məsələn: zərurət olmadan bir xristianı Noel bayramı münasibətilə təbrik etmək, Novruz bayramında yumurta boyamaq, kilsə ayinlərində zövq almaq niyyəti ilə iştirak etmək;

- "Yəhudi və xristianlardan Allaha inananlar cənnətə gedəcəkdir" demək;

- Möcüzəni və kəraməti inkar etmək;

- Məşhur bir harama halal, halala isə haram demək; Məsələn: "Donuz yağı halal, sirkə, üzüm suyu haramdır" demək;

- Ayəni, bəsmələni, hər hansı bir peyğəmbərin və ya adı yazılan kağızı qəsdən tualetə atmaq, müsəlmanın ağzını söymək.

- Həcc, namaz, oruc kimi ibadətlərin şəklində şübhə etmək; Məsələn: "Görəsən, namaz belə qılınır?" demək;

- "Bir parça ət yemək dini elmləri öyrənməkdən yaxşıdır" demək; Burada dini elmlərlə rişxənd edildiyi üçün küfr var.

- "Bir müddət sonra xristian olacağam" - deyə fikirlərşmək; Bir qadın xristianla evlənməyə qərar verdiyi andan etibarən kafir olur; Bir kişi də ateist bir qadınla evlənməyə qərar verdiyi andan etibarən kafir olur;

- Ağır bir xəstəliyə düçar olduğu zaman: "Allahım, mənim canımı al. Lap istəsən kafir olaraq al" demək;

- "Allahım, övladımı əlimdən aldın, əlindən başqa nə gəlirsə onu da et" demək;

- Dırnağı uzun olana: "dırnaq kəsmək Sünnədəndir" deyildiyi zaman "Sünnə olsun da, nə olsun ki?" deyərsə kafir olar. Bu şəxs dırnağını kəsmədiyi üçün deyil, Sünnəyə əhəmiyyət vermədiyi və bəyənmədiyi üçün kafir olur.

- "İnşallah, maşallah deməklə qarın doymaz, maşallahla inşallahla iş olmaz və ya namaz qılmaq qarın doyurmaz" demək; Bunları söyləməklə dinimizin əmri bəyənilməmiş və onunla istehza edilmiş oluruq. İnşallah "Allahın izni ilə" deməkdir. Allahın izni olmadan heç bir şey mümkün deyildir. Ona görə xeyir və şər Allahdandır deyərək iman gətirmək vacibdir. Xeyir kimi şərrin də Allahdan olduğuna inanmamaq isə küfürdür.

- Dostuna və ya sevgilisinə: "Sən mənə Allahdan da Peyğəmbərdən də daha sevimlisən demək;

- İslam alimlərini lənətləmək və pisləmək də küfrə aparıb çıxarda bilir.

- Küfrə razı olmaq küfrdür. Müsəlman olmaq istəyən şəxsə "Əlimdəki işi bitirib gəlirəm" deyərək onun müsəlman olmasını gecikdirmək; "Bir dəfə bir qadın zəng edib məndən gördüyü yuxunun yozulmasını xahiş edir. Mən ona: "Biz yuxu yozmuruq" demədim. "Əvvəlcə, qulaq asım" - deyə fikirləşdim. O danışdı, mən isə qulaq asdım. Qadın erməni idi. Qadından yuxuda Quranı öyrənməsi tələb edilmişdi. Mən: "Dərhal müsəlman olmaq vacibdir" dedim. "Müsəlman olmaq üçün haraya getmək lazımdır?" - deyə soruşduqda, mən "Heç bir yerə getməyə ehtiyac yoxdur, dərhal kəlimeyi-şəhadəti söyləmək kifayətdir" - deyə cavab verdim. Mən dedikdən sonra o da mənim dediklərimi təkrar etdi və müsəlman oldu. Əgər onun müsəlman olmadan əvvəl müftülüyü axtarmağa çalışması ilə müsəlman olmasını gecikdirsəydim bunun yükü çox ağır olardı. Mən isə ona müsəlman olduqdan sonra artıq istədiyin yerə gedə biləcəyini dedim. "Mənə müsəlmanlığı öyrədən bir kitab tövsiyə et" dedi. Mən də ona bir kitab göndərdim".

- Bir şəxsin kafir deyə çağırıldığı zaman o şəxsin bunu qəbul etmiş kimi hərəkət etməsi və ya söz söyləməsi küfrə səbəbdir. Kafirə hörmət olsun deyə "əfəndim" demək, hörmət məqsədilə rahibin və ya papanın əlini öpmək müsəlmanı küfrə aparar. Bir müsəlmana kafir deyən kəs də kafir olar.

- Avropadakı şəhərlərdən heyrətlənərək "Xristianlar müsəlmanlardan daha xeyirlidir" demək küfrdür.

- Bir şəxs asqırdıqda yanındakı: "Allah sənə rəhmət etsin" deyər, bir başqası isə "Elə demə, onun rəhmətə ehtiyacı yoxdur" desə son sözü deyən kafir olar.

- Aişə anamıza namussuz demək; (İffətli, cənnətlik və möminlərin anası olduğu Quran ayələri ilə sabitdir).

- Həzrəti Əbu Bəkr və digər səhabələri söymək lənətləmək küfrə səbəb olacaq əməllərdəndir.

34- Əshabdan birini kafirlikdə ittiham etmək; Çünki Qurani-Kərimdə bütün səhabələrin cənnətlik olduğu bildirilmişdir. Onlardan biri kafir adlandırıdığı təqdirdə Qurana inanılmamış olar.

- "Məzlum olaraq öldürülən kafir cənnətə daxil olar" demək küfrdür.

- Axtardığı hədisi tapa bilmədikdə hədis kitabını və ya "Bu Quranla əməl etmirsiniz, mən də onu yerə atıram" deyərək müshəfi yerə atmaq küfrdür.

- Haram puldan savab ummaq; Məsələn, bir qadın fahişəlikdən qazandığı pulla qurban kəsdiyi zaman bundan savab umarsa, küfrə daxil olar. Savab ummadan kəsdiyi təqdirdə isə küfr işləmiş olmaz.

- Allaha məkan isnad etmək; Məsələn, xristianlar kimi "Allah göydə oturur" demək küfrdür. Həmçinin, Allahı nəzərdə tuttaraq "Göylərdən bir səs gəldi, Allah göydən bizə baxır" demək də küfrdür. Çünki bu cür sözlərlə Allaha məkan isnad edilir. Dünya, planetlər, cənnət və cəhənnəm əzəli deyildir, sonradan yaradılmışdır, məxluqdur. Yer və göylər yox ikən də Allah var idi. İslam alimləri Allah hər zaman və hər yerdə əbədi olaraq hazır və nazırdır demənin caiz olduğunu bildiriblər. Ancaq Allah üçün zaman və məkan asılılığı olmadığı üçün bu söz məcaz kimi işlədilir. Bu baxımdan "Allah zamansız və məkansızdır, heç bir yerdə deyil, hər zaman hazırdır" demək caizdir.

"Miftah əl-Cənnə" (Cənnətin açarı) adlı kitabda: "Bir kəs "Allahdan xali (boş) yer yoxdursa və ya Allah göydədir mən də buna şahidəm" deyərsə Allaha məkan isnad etdiyi üçün kafir olar deyilir. Çünki Allaha məkan isnad etmiş olar. Halbuki Allah məkandan uzaqdır..

- "Namaz qılmıram, ancaq qəlbim təmizdir" demək; Burada namaza əhəmiyyət verilmir, bu isə küfürdür. Namaz qılmayan insan həmişə haram iş görür deməkdir. Haram iş görənin isə qəlbi təmiz olmaz.

- Bir müsəlmanı alçaltmaq məqsədilə ona "Allahlıqdır" demək;

- "Anan-atan qarabuğdayıdır, sən necə sarışın olubsan?" - deyən şəxsə qəsdən "Mən istehsal xətasıyam" demək; Belə deməklə yaradıcının səhv iş gördüyünü iddia etmiş olur.

- "O xəsislərin Allahıdır" demək küfrdür.

- Ölümə, əcələ "vaxtsız gəldi" "amansızlığın, zülmün əli" demək küfrdür. Çünki əcəl Allahın əmri ilə gəlir, Allahın əmrini və ya Əzrayıl əleyhissəlamın vəzifəsini zülm kimi göstərmək küfürdür.

Yuxarıda sadalanan bütün sözlər küfrə səbəb olan sözlərdir. Küfrə səbəb olan hər hansı bir sözü qəsdən söyləyən şəxsin imanı yoxdur. Çünki hər müsəlmanın dini üçün bilməsi vacib olan şeyləri öyrənməsi fərzdir. Tövbə üçün yalnız kəlimeyi-şəhadət kifayət olmayıb küfrə səbəb olan şeydən də tövbə etməsi lazımdır.

Bir sözlə, insan küfrə düşüb kafir ola bilər. Mən küfr olan sözlərdən bəzilərini yuxarıda qeyd etdim. Unutmayaq ki, iman nə qədər qiymətlidirsə, bir söz ucbatından kafir olmaq da o qədər mənfi haldır. Biz müsəlman olaraq bu xüsuslara xüsusi diqqətlə yanaşmalıyıq.


Tarix: 27.11.2014 / 14:28 Müəllif: Aziza Baxılıb: 253 Bölmə: Maraqlı melumatlar