beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏMDƏ ODUN OLAN

Bəli, Harun bu ayıldıcı mesajı alır. Məclisdəkilərə də deyir ki, şeirdə quşun uçaraq ucalmasına işarə ki, edilib - deyir biz nə qədər nəzər salsaq bu quşların ucalmağına, uçmağına, bütün müşahidələr bunu göstərir ki, hər bir quş ki, uçuşunda ucaldı, yüksəkliyə çatdı, bir gün ucalmağı kimi o cür də aşağı enər. Bir gün ucaldığı kimi, digər gün aşağı enməsi də var. Ucaldığı sürətlə, ya daha da yüksək sürətlə yerə doğru enməsi var. Harun deyir ki, burada istəyir işarə etsin ki, yəni mən hər nə qədər ucalıramsa, hər nə qədər də mənim zahirdə ucalığım varsa, eynilə bunun enməyi də var. Yəni deyir burada elə böyük nailiyyət deyil sənin üçün.

Harun xanımın şerinin təhliliniun davamımda deyir ki, burada “Cinn” surəsinin 15-ci ayəsinə işarə olunur. Harada ki, buyurulur: “Amma haqdan udul edənlər, haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar”.

Deyir burada məni haqdan udul edənlər, haqdan dönənlər zümrəsinə aid edirlər. Yəni deyir ki, sənin o işlərin bundan ibarət olur ki, sən haqdan udul etmisən, haqqı qoymusan kənara, haqdan batilə tərəf çönmüsən. Belələri cəhənnəmin odununa çevrilərlər, onlar cəhənnəmdə odun funksiyasını daşıyarlar. Deyir o xanım orada bunu mənə demək istəyir ki, bu işlərinin hamısının nəticəsi, axırı, aqibəti o olacaq ki, bir gün cəhənnəmdə o yanmaq üçün odun olarsan. Yəni sizin kimilər orada yandırılmada istifadə edilər.

Bütün yığışanlar Harunun bu dərrakəsinə, hafizəsinə təəccüblə edirlər. Bəli, təəccüblənməli məsələlər çoxdur. Əgər sən bu qədər ayə bilirsən, bu qədər hədis bilirsən, sən bu qədər bunları başa düşürsənsə, bəs niyə əməl etmirsən, niyə bu məsələlərə əməl etmirsən?! Həqiqətən, heyərtlənməli məsələlərdir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 57 Bölmə: Maraqlı melumatlar