beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nece Hidayet Oldum 2

Qardaşlar, men Bakiliyam. Bakilida olmaq yaqin bilirsiz ne demekdir. ))) Bakililarda Iranlilar kimi qati şiye olurlar. Menim Ulu babalarım şiye olublar. Bizim ailede hemişe Islama böyük heves olub. Atamda, anamda, bacimda mende hemişe maraqlanmişiq Islamla. Men ozumu taniyandan mene 4-5 wey deyirdiler. Allah var, Muhammed s.a.a.s var, Ali r.a. var, Hasan ve Huseyn var! Omur boyu bu haqda şeyleri eşitmişem. Uşaqliqdanda namaza başlamişam. Şiye eqidesini sevirdim. Fanatizm xoşuma gelmirdi duzu amma mesçidlere gedirdim, orda ehli-sunne namazinda şehadet barmaqini qaldiran muselmanlari dolayanda mende qoşulurdum (subhanAllah!) onlara... Ne ise, sozumu uzatmayim, nece deyerler esl şiye kimi ozumu aparirdim. Mektebi bitirib instuta daxil oldum qiyabi şobeye. Institutun 2-ci kursunda oxuyarken bir işe duzeldim bir offise hansiki mudur ve 3 işcisi ehli-sunne idiler. Selef idiler. Abu-Bakr mesçidie gedirdiler. Vallahi evvela cox pis oldum. Uzun sozun qisasi Bunlarla mubahiseler başlandi. Orda uzaqi 1 il işledim. Ordan cixdim ve banka duzeldim. Bankda 4 terefimdede adamlar otururdu, yani bankimizin ishcileri. Arxada oturanlar 2-de cahil idi. Sol terefimdeki kafir sag terefimdeki ise qati şiye idi. Bankda cahillik artdi. Bunlarla demek-gulmek, yemek-icmek ve s. başlandi. Icmek deyendeki bu yaşa qeder hele spirtli ickinin ne olduqunu bilmirem amma yemeye gedirdim )))))))))) Ne ise institutu qurtaranda esgerlik vaxti çatdi. Men ise helede şiye eqidesinde idim .Getdik voenkamata atamla ve ordanda bir başa bizi apardilar Bilecerideki herbi hisseye. Ele birinci gun orda bir selef qardash rast geldi mene. Orda 1 gece qaldiq. O bir geceni mene onun sozleri tesir etmedi çunki heç çoxda danişmadiq bir az sohbet etdik ve saat 10 oldu yatdiq. Seher-seher böluşdürdüler bizi getdim haciqabula prisaqa filan, ordanda daimi herbi hisseye-Zaqatalaya. Uzun sozun qisasi qardashlar men orda her şeyi anlamaqa başladim. Ilk 9 ayi adi siravi esger kimi, o biri 9 ayi ise h/hisse komandirinin yazari kimi esger olsuquma gore otaq şeraitim var idi ve boş vaxtimda var idi. Esgerlikde menim ikinci 9 ayimda ele boş vaxtim olmadiki men Allah subhane ve Tealaya dua etmeyim. Allaha her gun, her saat, herdeqiqe dua edirdim mene hidayet versin diye. Kitablari ise Zaqatalada olan turk mesçidinden gotururdum heftede bir defe çixib gotururdum. Oxuyub heftenin axiri qaytarirdim. Esgerlikde olanda o qeder Allaha yaxinlashmishdimki qelbimle, Allahla ehdler baglamaqa başladim. Ki inshaAllah burani qurtarim gedib evde elmimi artiracam. Hetta o hedde çatmişdiki Muhammad s.a.a.s heyatini oxuyandan sonra Allaha soz verdimki gelecekde oglum olsa adini ya Muhammad yada Rasul qoyacam inşaAllah. Qardashlar, esgerlikde qurtardi eve geldim ve başladim. Başladim ne başladim. Dedim qyrtardiq boş-bogazliqi. Şiye mesçidine gedib ordan nese eşidib gelib mehlemizde olan selef qardaşlara verirdim. Ve belece gece saat 3-4 kimi menimle oturub meni devet edirdiler. Men özümü şiye kimi gosterirdimki gorum meni devet ede bileceklermi. Şiye kimi gosterirdim deyende ele şiye idim amma qelbimde artiq nese şubheler var idi. Bir gun qardashlardan biri dediki gedek cume gunu mesçide. Getdik. Elhemdulillah xutbeye qulaq asdiq Qamet qardashin xütbesine cox xoshuma gelmishdi. Namaz qıldıq. Getdim eve. Bu hadiseden 1-2 ay kecdi ki men evde resmen dedimki men şiye deyilem, men selefem. Eqidem selefdir yolum Muhammadin s.a.a.s yoludur. Ve belelikle maraqlisi bundan sonra başlandi. Atamda Anamda menden üz donderdiler. Yani onlarla yalnız ve yalnız sufre arxasinda bir yerde otururdum. Adi sualımı bele pis başa duşurduler. Ve meni aciqlayirdilar. Menimle yaxşi davranan bacım idi. Onunda elmi zeif idi. Atam qadagan etmişdi meni bacımla din haqqinda sohbet etmeye. Umumiyyetce meni neceki ailemizde elecede neslimizde çox sevirdiler butun qohumlarımız. Xususende tekebbürlük deyil vallahi Allah şahiddir xasiyyetime ve dediklerine gore medeniyyetime gore o biri uşaqlardan ferqlenirdim. Ona gore hamiya çox pis gelirdi bu. Menimle heç kim danişmırdı. Hetta bir defe nenem gile getdim menim uzüme qapi açmadılar. Qayitdim eve. Namazda çox dua edirdim. Artıq namazımıda o erefede deyişdim. Muselman namazı qilmaqa başladim elhemdulillah. Bir defe evde oturmuşdum öz otaqımda. Qapı doyuldu bize gelmeyen qohumlar geldi. Geldiler atami çixartdilar evden. Dediler sen get bacin gile yani menim bibim gile bizim burda işimiz var. Başladilar menimle sohbete. 3 kişi 2 qadın. Mene deyirdilerki sen uşaqsan bilmirsen. Sonra sene heç kim qız vermeyecek ))))) Verselerde 7 sonraki nesilin cehennemde yanacaq. SubhanAllah!!! Sehabeleri soyurduler. Mene hede qorxu gelirdiler. Ve axırda mene dedikleri söz o olduki bizim kimi qohum tanimazlar eger bele davam etse. Men qalxdim ayaqa. Dedimki siz menim qohumlarımsınız halbuki gec-gec gorüshürük. Amma inanınki men Allahi ve onun resulunu sizden daha cox sevirem. Ve onlara dedimki atam anamda menden uz donderib meni evden bele cixartsalar xeyri yoxdur! Bu sozden sonra menimle sagollaşmayib de şeytan-vahabi deye getdiler. Bu ve buna oxshar hadiseler cox başima geldi. Hamısını yazmaq istemirem. Nisbeten yumşaq munasibet gösteren anam idiki atam evde olmayanda tez soruşurdu mendenki haramsa agramır? Ve ya yemek verirdi ve s. Anadida ona gore. ))))) Dostlarımın yarısından çoxunu bu mesele ile bagli itirdim. Yani hamısı uz cevirdiler. Bilirsiz Bakilılar cox inanclıdırlar amma eqideni ozünüz mendende yaxşhi bilirsiz. Ona gore razilaşmaq. istemirdiler. Gunlerin bir gunu yene oturmuşduq evde. Qerara aldımki gedim valideyinlerimle sohbet edim. He onuda deyimki bu cur veziyyet bir nece ay çekdi. Yani lap acinacaqli veziyyet. Atam, anam ve bacim televizora baxırdılar. Mende işani qıldim ve geldim bunların yanına. Evvel ters-ters mene baxdılar. Sonra fikir vermediler. Bacima işare etdimki çixsin otaqdan ve qapinida baglasin. Bacim belede etdi. Qaldiq 3-umuz. Men durdum ayaqa ve keçdim ele yerde oturdumki anamla, atamla uz-beuz. Mene teecuble baxmaqa başladılar. Onlara bir sual verdim. Dedim "Men neyi duz etmirem?" Başladılar menimle danişmaqaki, sen ters sünnüsen ne bilim ne. Dedim eger siz nagillara gore oz oqlunuzdan imtina edirsinizse onda bilinki Allah subhane ve Teala qarşısında şuurunuz ola-ola elm almamaqınız üchün cavab vereceksiniz. Bu sozumden sonra başladim CEHENNEMLE qorxutmaqa bunları. Anamda atamda bir söz demeden mene qulaq asırdılar. Cehennemden o qeder danışdımki birde onu gordumki anam başladi aglamaqa, atamin gozleri doldu. "Siz menim valideynlerimsiniz, ola bilmezki siz kiminse sozune gore oz oglunuzdan imtina edesiniz." Bu sozlerimden sonra anam durdu meni qucaqladi aglayaraq. Atam anamı sakitleşdirmeye başladi. o gunden sonra cox yumşaldılar mene qarşi elhemdulillah. O ki qaldi qohumlara hansı ki valideynleriminde beynini doldurmuşdular artıq onlar oldu 2-ci dereceli menim uchun. Artiq hansısa meclisde dinden soz dushende atam deyirdi "oglumun dediklerinin bezilerinde hetta men deyerdim coxunda heqiqet var." ))))) Artiq yavaş-yavaş qohumlarımda öyreşmeye başladi qonşularımda. Onlarla çox sert danişirdım. Meselen: deyirdim göz muncuqu olmaz. Deyirdiler bunu Hezreti Fetime Xanim edib. Deyirdim yalan deyirsen! Get mene bir dene delil getir ki, bunu o edib ve bu kimi şeylerle onlar anladilarki mene bundan sonra hec ne tesir etmeyecek. Bu hadiselerden artiq 5-6 il kecib elhemdulillah...
Indi qardshlar Anam bu yaxinlarda mohürü atdi bir qıraqa elhemdulillah. Atamda möhürle amma başladi 5 vaxt namaz qilmaqa elhemdulillah. Bacim ere getdi bu deqiqe oda namazı oyrenir ve inşaAllah başlamaq fikrindedir bu gun-sabah. Bununla bele 2 dostum artıq selefdir. )))))))) Işlediyim yerde 3 menimle 4 selef var her gun bir yerde namaz qiliriq Elhemdulillah.
Bir defe şiye olanda selefle (mehle dostum) mubahisede ondan ele
bir söz eşitdimki o söz indide qulaqımdadir. Cox mubahiseden sonra
dedimki şiyeler haqqdırlar. O ise mene baxin bele dedi: "Qardash, ya
ehli-sunne vel cama'a var, ya selef var, ya Muhammadin s.a.s. yolu yani sunnesi var, yadaki and olsun yerleri goyleri Yaradan Allaha ki, Islam YOXDUR!!!" Vallahi o sozden sonra qardashlar o gece gözüme 1 deqiqede olsun yuxu getmedi. Bütün geceni gah göz yaşlari içinde yada mat-mehettel divara baxa-baxa, fikirleşe-fikirleşe keçirddim. Ve inaninki indi ozümde bax bele eminem. Bize hidayet veren Allaha hemd olsun !!! Şükür o Allaha ki, indiye qeder nefes aliriq, yer üzünde gezirik, O verdiyi nemetlerden her gün yeyirik ve içirik. Allah subhane ve Teala möminin arzusu olan Cenneti bize qismet etsin ya Rabb!!! Allahım sen bizi bagishla cunki sen Rehmansan sen Rehimsen ya Rabb! Allahım bize Cehennemin odunu haram et! Bize cennet gozellikleri qismet et ya Rabb!!! Allahım qardash bacılarımızı, valideynlerimizi, qohum-eqrabalarımızı, qonşu ve dost-tanişlarımızı haqq yoluna getir, onlara hidayet ver ya Rabb! Hidayet veren sensen Allahım. Bizi bagışla, bizi bagışla, bizi bagışla! AMIN!
ALLAHU AKBAR!!!

Real hayattan alınmış. Gardaşımızın nik Abdurrahman İbn A'uf


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 597 Bölmə: Maraqlı melumatlar