beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazın Ne Zaman Sesli Ne Zamannsesiz Olması

Rəsulullahın (SallAllahu Əleyhi və Səlləm) Sübh namazı:
Əbu Hureyrə (radıyAllahu anhu) belə dedi:
"Hər namazda qiraət vardır. Rəsulullah (SallAllahu Əleyhi və Səlləm) qiraətini açıqdan edib bizə eşitdirdiyi namazları biz də sizə eşitdiririk. Rəsulullah (SallAllahu Əleyhi və Səlləm) qiraətini gizli edib bizə eşitdirmədiyi namazlarda biz də sizə eşitdirmirik gizləyirik(səssiz qılırıq) ..."

Buxari 773, Müslim 396/43, Əbu Avan 2/125, Əbu Davud 797, Nəsai 969, İbni Huzeymə 547, İbni Hibban 1853, Abdurrəzzaq 2743, Humeyd 990, Beyhaki 2/40, Əhməd 2/258


SÜBH ( FƏCR ) NAMAZI

Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- çox zaman Quranın son yeddi uzun surəsini ( « Qaf»dan başlayaraq) oxuyardı.
Bəzən də «əl-Vaqiə» ni (56:49) və bu növ surələri iki rukətdə oxuyardı ( Əhməd, İbn Xuzeymə və əl-Hakim. Səhih hədisdir).
Bəzən isə «Qaf. Val-Quranul – məcid» (50:45) və başqa bu kimi surələri birinci iki rıkətdə oxuyardı (əl-Buxarı və Müslim). Həmçinin qısa surələri (məsələn, «ət-Təkvir») oxuyardı (Müslim və Əbu Davud).
Bir dəfə iki rükətdə bütövlükdə « əz-Zilzal»ı ( 99:8) oxudu. Hətta rəvayətçi təəccüblə demişdir: « Bilmirəm, Rəsulullah buna unudaraq və ya bilərəkdən yol verdi» ( Əbu Davub və əl-Beyhəqi. Səhih hədisdir).
«Bir dəfə səfərdə «əl-Fələq» (113:5) və «ən-Nas» (114:6) surələrini oxumuşdur» (Əbu Davud, İbn Xuzeymə, İbn Bişran, İbn Əbu Şeybə və əl-Hakim. Səhih hədisdir).
Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- Uqbə bin Amirə – radıyallahu anhu- demişdir: «Öz namazında iki sığınacaq dilə. Dilədiyin bir sığınacaq hər ikisi kimidir» (Əbu Davud və Əhməd. Səhih hədisdir).
«Bəzən bundan qat-qat artıq sayda ayə oxuyardı. Belə ki, altmış və daha çox sayda ayə oxuyardı» ( əl-Buxarı və Müslim).
Bəzi rəvayətçilər demişlər: «Bilmirik bunu o, iki rükətin birində, yoxsa hər ikisində edərdi». Bəzən «ər-Rum» (30:60), bəzən isə «Yasin» (36:83) surələrini oxuyardı (ən-Nəsai, Əhməd və əl-Bəzzar. Etibarlı və səhih hədisdir).
Bir dəfə « sübh namazını Məkkədə qıldı. Namazı «əl- Muminun» (23:118) surəsi ilə açdı, Musanı, Harunu və ya İsanı xatırlatdı. Onu öskürək tutdu və rükəti bitirdi» (əl-Buxarı və Müslim).
«Bəzən imamlıq edəndə «əs-Saffat» (37:182) surəsini oxuyardı» ( Əhməd, Əbu Yəla və əl-Məqsidi).
«Cümə günü namaz qılanda «əs-Səcdə» (32:30) surəsini birinci, «əl-İnsan» («əd_Dəhr») (76:31) surəsini isə ikinci rükətdə oxuyardı. Birinci rükətdə qiraəti uzadar, ikincidə isə qısaldardı» ( əl-Buxarı və Müslim).


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar