beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜSƏLMAN QADIN EMOSİONAL DEYİL

Emosionallıq din əxlaqının yaşanmadığı cəmiyyətlərdə mənfi xüsusiyyət hesab edilmir. Hətta emosionallığın əslində hər insanın xarakterində az-çox mövcud olan əhəmiyyətli xüsusiyyət olduğuna inanılır. Bu düşüncəyə görə emosionallığın səbəb olduğu hərəkətlər də lazımlı insani duyğulardır. Buna görə də emosionallıqdan qaynaqlanan ‘incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik’ kimi yanlış xüsusiyyətlərin, ‘insanın içindən gələn duyğular’ olduğu iddia edilərək daima buna təşviq edirlər.

Halbuki, bu düşüncə tamamilə səhvdir. Xüsusilə də cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində görünən emosionallıq, insanın zəif xarakter göstərməsinə səbəb olur. İnsan hadisələr qarşısında duyğularının onu istiqamətləndirdiyi şəkildə hərəkət etdiyi üçün ağılla davranmır. Məntiqli və doğru düşünəbilmir, məqsə dəuyğun qərarlar qəbul edə bilmir.

Müsəlman qadın, bütün həyatını və xarakterini Qurana əsasən təyin etdiyi üçün nəfsin bu xüsusiyyəti və ona qarşı necə mübarizə aparmalı olduğu haqqında ən doğru məlumatlara malikdir. Emosionallığın insanı ağıldan uzaqlaşdırdığını, doğru düşünməsini əngəllədiyini, həqiqətləri olduğu kimi görməsinə maneə törətdiyini, insanı zəif, müqavimətsiz və gücsüz hala gətirdiyini bilir. Bundan başqa cahiliyyə əxlaqının səbəb olduğu qadın xarakterinə uyğun olan duyğulanmaq, kədərə qapılmaq, ağlamaq, deyinmək, hirslənmək, qısqanclıq etmək, içinə qapanmaq kimi davranışların, imanlı insanın xarakteriylə uyğun olmayan xüsusiyyətlər olduğunun da şüurundadır. Çünki bütün bu davranışlar Allahın bəyənmədiyi və insanın bunlardan uzaqlaşmalı olduğu davranışlardır. Bu mənfi davranışların hər biri insanın təməldəki bəzi inanc pozuqluqlarından və bəzi gerçəklərin kifayət qədər şüuruna varmamasından qaynaqlanır. Asanlıqla hüznə qapılan, ağlayan, nəfsinə məğlub olan, qısqanclıq edən, durğunlaşan, içlərinə qapanan insanlar Allahın gücünün, hər şeyi xeyir, hikmət və ədalətlə yaratdığının, istədiyi an istədiyi hər şeyi reallaşdıra biləcəyinin, insanların dualarına cavab verəcəyinin şüurunda deyillər. Hadisələr qarşısındakı bütün kədərləri, hirsləri, qısqanclıqları həmişə bu dünyagörüşündəki səhvlərdən və inanc pozuqluqlarından qaynaqlanır.

Allaha könüldən bağlılıq, səmimi təslimiyyət, hər hadisənin Allahın idarəsində olduğunu bilərək, hər şeyi xeyir gözüylə qiymətləndirmək, insanın duyğularına qapılıb mənfi münasibət göstərməsinə mane olur. Müsəlman qadın Allaha olan güclü sevgisi və dərin Allah qorxusundan, emosionallığın səbəb olduğu bütün yanlış davranışlardan diqqətlə çəkinir. Müsəlman qadın Allahın ” Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər.” (Furqan Surəsi, 74) ayəsiylə bildirdiyi şəkildə bütün hərəkətləriylə, xarakterləriylə, yüksək əxlaqıyla insanlara nümunə olmağı hədəfləyən insandır. Bu da ona heç bir hadisə qarşısında aciz qalmayan güclü bir şəxsiyyət qazandırır.

Mömin qadınlar, əsasən qadın əxlaqında geniş şəkildə görünən bu emosional davranışlardan çəkinib güclü xarakter göstərməklə, bu xarakteri mənimsəyən qadınlar üçün gözəl nümunə olacağını bilir və belə bir şüurla, məsuliyyətlə hərəkət edirlər. Allahın “… nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! ” (Həşr Surəsi, 9) ayəsiylə bildirdiyi kimi nəfslərini pisliklərdən təmizlədikləri üçün dünyada vəaxirətdə nemətə, rahatlığa qovuşur və xoşbəxtliyi ən gözəl şəkildə yaşayırlar. Emosionallığın insanlara yaşatdığı bütün çətinliklərdən, kədərlərdən uzaq olurlar.


Tarix: 24.11.2014 / 12:32 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar