beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vehhabiler Hacı Şahin Hesenlinin Qetline Ferman Ve

Vehhabiler Hacı Şahinin qetline ferman verdiler Azerbaycanda sosial şebekeler vasitesile mezheblerarası qarşıdurmaya ve şie-müselmanlarının din xadimi kimi tanınan Hacı Şahin Hesenliye qarşı sui-qesd çağırışları yer alıb. AzNews.az-ın melumatına göre, “facebook” şebeksinde “Enekin Skayvoker” adı ile qeydiyyatdan keçen şexs “İran Şeytanları Respublikası” adlı profilde ehli-sünne mezhebinden olan dostlarına salam göndererek, Azerbaycandakı şielere qarşı başlanacaq silahlı mübarizeye hazır olmağa çağırıb. Hemin şexs bu güne kimi internet resursları vasitesile daima Azerbaycandakı mezheb dostlarını mücadileye seslediyini, lakin qarşısının alındığını da deyerek, bundan sonra “Enekin Skayvoker” adlı profil vasitesiyle elaqe saxlayacağını söyleyib. “Enekin Skayvoker” bundan başqa Ferman Çetin adlı birinin elinde herbi teyinatlı bıçaq tutmuş şekli, Mirzehmed el-Qusari adlı digerinin ise eli ile müeyyen işare gösterdiyi fotosu da yayıb. Şekilin altında ise Azerbaycanda şielere qarşı hede dolu ifadelerle yanaşı, Hacı Şahin Hesenlini qetle yetirmek üçün mezheb qardaşlarının uzun müddetden beri hazırlıq gördüyü de öz eksini tapıb. Şekilaltı yazıda bildirilib ki, Ferman Çetinin en böyük layihelerinden biri Hacı Şahin Hesenlini qetle yetirmekdir: “Hal-hazırda emir Ferman Çetin Qusar rayonun meşesindedir. O, orada baza qurub, ehatesinde minalar qoyulmuşdur. Şeyx Mirzehmed El-Qusari bir çox yerlerde İslam tehsil almış elmi telebesidir. O, emir Ferman Çetine Azerbaycanda şielere qarşı cihad etmeyi fetva verib. emir Ferman Çetin Suriyada şielere qarşı qelebeni gözleyir, o zaman hemin hadiseler Azerbaycanda baş verecek”.Sonda ise “Allah meşe qardaşlarını qorusun! Amin!” fikri yer alıb.Şeklin kenarındakı şerh yerlerinde ise profil sahibinin dostları reyleri ile statusu beyendiklerini öz mülahizeleri ile bildiribler.http://www.aznews.az/site/?

Tural Seferli Al Shia


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 214 Bölmə: Maraqlı melumatlar