beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Harvard Universitetinin Giriwine Quran Ayesi Yazil

Qərbdə İslam dini və Qurani-Kərim əleyhinə müxtəlif təbliğatların aparılmasına baxmayaraq düşüncəli insanlar müqəddəs kitabın ayələrinə olduğu kimi qiymət verməyi bacarır. ABŞ və dünyada ən məşhur universitetlərindən biri sayılan Harvard Universiteti müsəlman tələbənin təklifinə müsbət cavab verərək təhsil ocağının girişinə Qurani-Kərimdən olan ayəni yerləşdirib.

Qeyd edək ki, Abdullah Cümə adlı tələbənin müraciətindən sonra universitetin hüquq fakultəsinin girişindəki divara «Nisa» surəsinin 135-ci ayəsi vurulub. Buna səbəb kimi ayədə haqq-ədalət prinsiplərinin gözlənilməsi istiqamətində ən gözəl ifadələrin işlənilməsi göstərilib. Ayədə isə belə deylir: «Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin. Əgər (dava edən tərəflərdən biri) imkanlı ya yoxsul olsa (siz onların vəziyyətlərini nəzərə alaraq haqqa zidd şahidlik etməyin, çünki) Allah onlara (onların halını nəzərə almağa) daha layiqlidir. Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz. Əgər dil(inizi nahaq tərəfə) əysəniz ya (şəhadət verməkdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən Allah etdiklərinizdən həmişə xəbərdardır.»

Məlumat üçün bildirək ki, Harvard Universiteti ABŞ-ın ən qədim ali təhsil ocağıdır. Universitetin əsas kapitalı 34,9 milyard ABŞ dollardır. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. Devizi — Həqiqət (Veritas), simvolu tünd qırmızı rəngdir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar