beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zinadan Doğulan Uşaqlar Kimlər Olur?

Zinadan doğulan uşaq valideynlərinin günahına cavabdeh deyil və müsəlman sayılır. Amma şəriətdə dəqiq meyarları göstərilən bəzi məsələlərdə zinadan doğulan şəxsin (vələdüz-zinanın) iştirakı qadağandır. Məsələn, təqlid edilən müctəhid (mərceyi-təqlid), camaat namazına başçılıq edən imam (pişnamaz) halalzadə olmalıdır, yəni zinadan doğulmuş olmamalıdır.

Milli.Az İslam.az-a istinadən bildirir ki, zinadan doğulan uşaqlar ya zina etmiş valideynlərinin (ən azı bunlardan birinin) himayəsi altında böyüyürlər, ya da valideynləri tərəfindən atılaraq tam nəzarətsiz halda böyüyür, mənfi təsirlərə düşürlər. Bu da adətən onların əxlaqına, imanına pis təsir göstərir. Ona görə də, bir çox günah işlərə, ağır cinayətlətə bu adamlar daha tez alət olurlar. Məsələn, peyğəmbərlərlə, imamlarla düşmənçilik etmiş və onların qanında əli olmuş adamların hamısı vələdüz-zina olmuşlar; bu məsələ dini mənbələrdə əks edilib.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 69 Bölmə: Maraqlı melumatlar