beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xais Olunur Oxuyasiz

Bir gün Şeyxin yanına bir kişi gəlir.Ancaq çox qəmgin idi.Şeyx onu görüb soruşur:
-Xeyir ola qardaşım, nəsə qəmgin adama oxşayırsan.
-Doğrudur.
-Nə olub? Dərdin var yəqin.Söylə qardaş, nədir dərdin?
-Dünya problemləri.Biri qurtarıb, o biri başlayır.
Şeyx gülümsəyərək:
-Çətinliyin dünya problemidirsə, fikir etmə- buyurdu.Və izah etdi:
-Çünki ALLAH təalə bizə elə bir nemət vermişdir ki, dünyanın bütün çətinlikləri toplanıb üstümüzə gəlsə, bu nemət qarşısında toz kimi havaya sovrular.Necə ki, əlinə ağcaqanad qonarkən əlini qaldırırsan o da uçub gedir.Bax, dünyanın bütün çətinlikləri bu nemət qarşısında ağcaqanadın misalındadır.
-Yaxşı bəs o hansı nemətdir?
-“İman” nemətidir- buyurdu. “İmandan daha qiymətli bir nemət yoxdur” və ola bilməz.
-Kişi gülümsündü.Şeyxin sözlərindən məmnun olmuşdur.
Aradan günlər keçdi.Bir gün bu kimsə yenə gələrək buyurdu:
-Şeyx, sizə bir sual vermək üçün gəldim.
-Buyur qardaşım, maraqlandığın nədir?
-Görəsən ALLAH məni sevirmi?
-Bəs sən necə?ALLAH təaləni sevirsənmi?
-VALLAHi ki, sevirəm.
-Sən ALLAHı sevirsənsə, demək ALLAH da səni sevir.
Kişi sevincək halda:
-Doğrudurmu?ALLAH təalə də məni sevirmi?
-Əlbəttə, ALLAH səni sevməsə sən onu necə sevə bilərsən ki?
ALLAH təalə özünə olan sevgini ancaq sevdiyi bəndəsinin qəlbinə daxil edər.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar