beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gozel Dini Hekaye

yoldaşım birinci uşağı dünyaya
gətirəndə mənim heç otuz yaşım
da yox idi. O gecəni heç vaxt
unuda bilmirəm. Boş danışıqlarla,
qeybətlə və ədəbsizliklə keçmiş
yuxusuz bir gecə... Mən, əsasən
nağılbaz idim və başqaları barədə
danışıb camaatı güldürürdüm.
Onlar da uğunub gedirdilər, sanki
ocağa neft atırdılar... Mənim qeyri-
adi “talantım” var idi – camaatı
məsxərəyə qoyub onları ələ
salırdım. Hər hansı bir adamı
səsindən tutmuş tələffüzünə kimi
parodiya edə bilirdim... Hətta yaxın
dostlarım da mənim
istehzalarımdan yaxa qurtara
bilmirdilər. Gülüş obyektinə
çevrilməmək üçün bəziləri
məndən aralı gəzməyə
başlamışdılar.
Elə həmin gecə mən bazarda ələ
saldığım kor bir dilənçi barədə
danışırdım. Günorta bazarda
olarkən, mən ona badalaq
vermişdim, o da kontaycasına
yıxılmişdı. Ətrafdakılar isə onun
yıxılmağına gülməkdən birtəhər
olmuşdular, onlara ləzzət etmişdi.
Adətim üzrə evə yenə gec
gəlmişdim. Xanımım məni
gözləyirdi. O, hamilə idi və azad
olmağının vaxtı azalmışdı. Titrək
səslə soruşdu:
- Rəşid, harda idin?
Mən də istehza ilə:
- Marsda idim. Özüm ağılda
olanlarla bir yerdə.
O, çox zəif görünürdü. Danışanda
göz yaşları onu boğurdu:
- Rəşid, bərk xəstələnmişəm.
Təsəvvürünə də gətirə bilməzsən
necə... Vaxt da çatıb, uşaq hər an
dünyaya gələ bilər...
Dodaqlarını sıxdı. Göz yaşları isə
məcrasından çıxan çay kimi
yanaqlarından axırdı. Başa
düşdüm ki, o, dünyaya uşaq
gətirməlidir, mən isə daha ciddi
olmalıydım, daha çox ona vaxt
ayırmalıydım. Axı o, doqquzuncu
ayda idi... Tez onu xəstəxanaya
çatdırdım.
Həyat yoldaşımı doğum şöbəsinə
apardılar. Orada uzun müddət
iztirab çəkdi...
Onun azad olmasını səbrlə
gözləyirdim. Doğuş ağır
olduğundan mən artıq onu
gözləyə bilmədim. Yorulub evə
getdim. Xəstəxanada telefon
nömrəmi qoydum ki, uşaq
dünyaya gələn kimi mən zəng
edib xəbər versinlər.
Təqribən bir saatdan sonra mənə
zəng edib uşağın doğulduğunu
xəbər verdilər. O saat xəstəxanaya
qaçdım. İlk soruşduğum isə həyat
yoldaşımın palatasının nömrəsi
oldu.
Lakin mənə məsləhət üçün onun
doğuşunu qəbul edən həkimlə
görüşməyi tövsiyyə etdilər.
Mən yenə istehza ilə “əşi, nə
həkim, mənə ancaq uşağım
lazımdı”, - dedim. Cavabımda isə
“elədir, lakin hər şeydən əvvəl
mütləq həkimlə görüşməlisiniz”, -
eşitdim.
Həkim xanımın yanına getdim. O
dedi ki, doğuş agır keçib, uşağın
gözləri formasını (ölçüsünü)
dəyişib. Ona görə də mən
övladımın kor qalacağı ilə
barışmalıyam.
Əllərimi başıma vurub yerə
oturdum. Ələ saldığım, badalaq
verib yıxdığım, camaatın da buna
böyük zövqlə güldüyü həmin kor
dilənçi gözlərim önünə gəldi.
Subhan Allah! Bu nədir? Gözə göz?
Dinməzcə oturmuşdum...
Sonradan yoldaşım və uşağım
yadıma düşdü. Həkimə təşəkkür
edib xanımımı ziyarət etməyi
xahiş etdim. Yoldaşım ruhdan
düşməmişdi, nə də mənim kimi
qəm-qüssə içində deyildi. Allahın
ona yetirdiyindən razı idi, Ona
həmd edirdi. Mənə “bəlkə də bu,
sənə başqalarını ələ salmayasan,
onları məsxərəyə qoymayasan
deyə bir xəbərdarlıqdır”, - dedi.
O, həmişə təkrar edərdi: “Adamları
ələ salma”.
Tezliklə onları xəstəxanadan
buraxdılar və oğlum Səlim artıq
bizimlə idi.
Əslində isə oğlumun yanımda
olub-olmamağını hiss etmirdim.
Onun ağlamağı dözülməz olanda
isə, boyük otağa keçib qapını bərk
bağlayırdım ki, rahat yatım.
Yoldaşım isə əksinə, özünü tam
ona həsr etmişdi, onu çox sevirdi.
Ondan imtina etmirdim, xeyr,
sadəcə, özümü onu sevməyə
məcbur edə bilmirdim.
Səlim böyüyürdü, iməkləməyə
başlamışdı. 1 yaşında isə artıq
gəzirdi. Onda biz onun axsadığını
gördük. Bu məni daha da
kədərləndirdi.
Səlimdən sonra yoldaşım Öməri və
Xalidi dünyaya gətirdi. İllər ötürdü.
Səlim böyüyürdü. Qardaşları da
böyüyürdü.
Evdə oturmağı sevmirdim.
Vaxtımın çoxunu dostlarımın
əhatəsində keçirirdim. Əslində isə
onların əlində bir oyuncağa
çevrildiyimdən xəbərim yox idi.
Demək olar ki, onları əyləndirən
bir təlxək idim.
Həyat yoldaşım isə, hələ mənim
düzələcəyimə ümid edirdi. Məni
hər zaman haqq yoluna dəvət
edirdi. Mənim yüngül
hərəkətlərimə qəzəblənmirdi,
sadəcə yazığı gəlirdi.
Səlimə qarşı etinasızlığım, o biri
oğlanlarıma isə diqqət
göstərməyim yoldaşımı çox
kədərləndirirdi.
Səlim böyüdü, onunla bir yerdə
əziyyətləri də böyüdü...
Yoldaşım onu korlar məktəbinin
birinə qoymaq istəyəndə mən
etiraz etmədim. İllərin necə
ötdüyünü heç hiss etmirdim. Hər
gün iş, yatmaq, yemək,
məsxərələr...
Cümə günlərinin birində...
Saat 11:00-da yuxudan ayıldım.
Mənim üçün o qədər də gec vaxt
deyildi. Həmin gün bir toya dəvətli
idim. Yerimdən qalxdım, geyinib-
kecindim, ətirləndim və evdən
çıxmağa hazırlaşırdım ki... Boyük
otaqda Səlimin hönkürtü və ağır-
ağır ağlamağı diqqətimi cəlb etdi.
Bu, mənim ötən 10 ildə ona
yetirdiyim birinci fikir, diqqət idi.
Adətən onu anası sakitləşdirər,
mən isə onun ağlamağını
otağımın bağlı qapıları arxasından
eşidərdim.
Dayandım. Ona yaxınlaşıb
soruşdum:
- Səlim, niyə ağlayirsan?
Səsimi eşidən kimi ağlamağını
kəsdi. Hiss etdi ki, haradasa
yaxındayam və onu görürəm.
Balaca əllərini nəsə axtarırmış kimi
hərəkət etdirməyə başladı. Başa
düşdüm ki, məndən aralanmaq
istəyir... Sanki mən özgəsiyəm...
Mənə dedi:
- İndi gözünə sataşıram? Bu 10 ili
harada idin?
Və ayaqları dolaşa-dolaşa otağına
getdi. Yerimdə donub qalmışdım.
Xəcalət çəkə-çəkə onun ardınca
getdim. Əvvəlcə mənimlə
danışmaq istəmirdi. Lakin onunla
bir az qayğı ilə, diqqətlə söhbət
edəndən sonra mənə ağlamağının
səbəbini – faciəsini açıqladı.
Həmin gün cümə idi. Qardaşı
Ömər isə onu məscidə aparmalı
idi. Səlim qorxurdu ki, birdən
cüməyə gecikər və qabaq səflərdə
yer tapa bilməz. O, qardaşını,
anasını səsləyib, lakin heç kəs ona
cavab verməyib deyə oturub
ağlayırmış. Onun kor gözlərindən
axan yaş yanaqları ilə süzülürdü.
Bilmədim uşağa nə deyəm. Başını
sinəmə sıxıb soruşdum:
- Buna görəmi ağlayırsan, Səlim?
- Hə.
Dostlarım və toy həmin an
yadımdan çıxdı:
- Kefini pozma, oğlum, heç bilirsən
səni bu gün məscidə kim
aparacaq?
- Məncə, Ömər, amma o həmişə
gecikir.
- Xeyr, bu gün səni məscidə özüm
aparacağam.
Səlim təəccübləndi. Uşaq fikirləşdi
ki, yəqin onu ələ salıram və yenə
yanaqlarından gözünün yaşı
töküldü. Onun göz yaşlarını silib
balaca əlini yavaşca ovcuma
sıxdım.
Onu maşınla aparmaq istəyirdim.
Lakin Səlim məscidin uzaqda
olmadığını söyləyərək piyada
getməmizi istədi. Axırıncı dəfə
məscidə getməyim yadıma
gəlmirdi. Amma birinci dəfə idi ki,
həyəcan içindəydim. Keçirdiyim
laqeyd və faydasız həyatım üçün
çox pərişan idim.
Məscid ibadət edənlərlə dolu idi.
Buna baxmayaraq, Səlim üçün 1-ci
səfdə yer tapa bildim. Xütbəyə
qulaq asdıq. Sonra o, mənim
yanımda namaz qıldı, daha
doğrusu, mən onun yanında
namaz qıldım. Namazdan sonra
Səlim ona Qur`ani-Kərimi verməmi
istədi. Heyrətləndim: Kor uşaq
Qur`anı necə oxuya bilər? Onun
xahişini mənasız hesab etsəm də,
sözünü yerə salmaqla onu
incitməkdən qorxdum və Qur`anı
götürüb ona verdim.
Məndən ər-Kəhf (Mağara) surəsini
açmağı xahiş etdi. Qur`anı açdım,
xeyli vərəqləyəndən, mündəricata
baxandan sonra surəni tapıb ona
verdim. Məndən kitabı alib
qarşısına qoydu və oxumağa
başladı. Soyuq tər məni basdı –
gözləri görməyə-görməyə!.. Aman
Allah! O, surəni mükəmməl
öyrənmişdi!
Bərk utandım və mən də Qur`anı
götürüb oxumağa başladım. Hər
səhifəni oxuduqca Allahdan
bağışlanma diləyirdim və dua
edirdim ki, məni haqq yola
yönəltsin. Yalvarmağa başım elə
qarışmışdı ki, uşaq kimi
ağladığımdan xəbərim yox idi.
Camaatın bəzisi məsciddə qalıb
nafilə namazlarına və digər
ibadətlərinə davam edirdilər.
Onlardan utanaraq içimdə
alovlanan həyəcanı söndürmək
istədim. Amma hisslərim mənə
üstün gəlirdi və yanaqlarımdakı
göz yaşlarımı silən balaca uşaq
əlindən başqa heç nə hiss edə
bilmirdim... Bu, Səlim idi. Onu
bağrıma basıb daha da
hönkürdüm. Sonra onun üzünə
baxdım:
- Oğlum, sən kor deyilsən. Kor
mənəm, mən! Məni cəhənnəmə
doğru sürükləyən əxlaqsızlığımı
görmürdüm.
Evə qayıdanda yoldaşımın Səlimə
görə həyəcan keçirdiyini gördüm.
Amma bizi bir yerdə məsciddən
döndüyümüzü görəndə onun
narahatlıq hissi sevinc hissi ilə
əvəzləndi.
O gündən bəri məsciddə bir
namaz da olsun buraxmıram.
Bütün aşnalarımla əlaqələri
üzdüm. Əvəzində məsciddə yeni
dostlar qazandım. Onlardan çox
şeyi öyrəndim, imanın tamını hiss
etdim. Dünyanın məndən
gizlətdiklərini mənə söylədilər.
Onlarla birgə vaxt keçirməyə,
Qur`an oxumağa, ibadət və Allahı
zikr etməyə daha çox çalışırdım.
Ayda bir neçə dəfə Qur`anı xətm
edirdim. Dilim ən çox Allahı zikr
edirdi ki, bəlkə O, etdiyim
günahlarımı və səhvlərimi
bağışladı... Ailəmi daha çox
sevməyə və onlarla daha çox vaxt
keçirməyə başladım.
Həyat yoldaşım daha mənim
fikrimi çəkmirdi, o, xoşbəxt idi.
Oğlum Səlimin üzünü isə
təbəssüm tərk etmirdi. Mənə
verdiyi nemətlərə görə Allaha
həmd edirdim.
Bir dəfə mənim yeni dostlarım
ucqar bir kəndə çağırışa gedəsi
oldular.
Mən də səfərə hazirlaşdım,
Allahdan xeyir dilədim və həyat
yoldaşımla məsləhətləşdim.
Fikirləşirdim ki, o, buna razı
olmayacaq, amma əksinə alındı.
Buna çox sevindim, özümü
xoşbəxt hiss edirdim. Əvvəllər,
əxlaqsız həyat tərzi sürəndə,
onunla bir iş barədə heç
məsləhətləşmirdim də. Sonra
Səlimə tərəf yönəlib ona səfərə
çıxdığımı söylədim. O məni bərk-
bərk qucaqlayıb sağollaşdı.
Üç ay yarım ailəmdən ayrı
düşdüm. Hər dəfə imkan düşəndə
evə zəng edir, yoldaşımın və
uşaqlarımın səslərini eşidirdim.
Onlar üçün darıxırdım. Səlim üçün
isə necə darıxırdım? Sözlə deyə
bilmirəm. Onu evdə tapa bilmirdim
ki, səsini eşidim – gah məktəbdə
idi, gah da məsciddə. Həyat
yoldaşıma Səlim üçün nə qədər
darıxdığımı deyəndə o, gülür və
sevinirdi. Lakin axırıncı dəfə
onunla danışanda, səsi məni
narahat etdi. O, həmişəki kimi şən
idi, amma mən onun qəhqəhəli
gülüşünü eşitmədim. Səsi
dəyişmişdi. Ona dedim: “Səlimə
məndən salam çatdır”. O da “inşa
Allah”, - deyib susdu.
Sonra mən evə döndüm. Qapını
döydüm. Gözləyirdim ki, qapını
Səlim açacaq. Lakin qapını təzəcə
dörd yaşı tamam olmuş kiçik
oğlum Xalid açdı. Onu qucağıma
alıb bağrıma basdım. O isə sevinib
qışqırırdı: “Ata! Ata!”. Evə daxil
olarkən, bilmirəm nədənsə, ürəyim
sıxıldı, mən də “Əuzubilləh”
kəlməsini işlətdim. Sonra həyat
yoldaşıma yaxınlaşdım və gördüm
ki, onun sifəti dəyişilib. Sanki
üzündən təbəssüm və sevinci
siliblər. Soruşdum, “sənə nə
olub?”. “Heç nə”, - cavabını verdi.
Anidən Səlim yadıma düşdü və
dedim: “Səlim hanı?” Xalid
sözümü kəsib dedi: “Səlim Allaha
qovuşub”.
Yoldaşım elə hönkürdü ki, ayaqları
titrədi. Onun qollarından tutub
kresloya otuzdurdum.
Sonradan bildim ki, gəlməyimə iki
həftə qalmış Səlim bərk xəstələnib.
Qızdırması olduğundan həyat
yoldaşım onu xəstəxanaya aparıb.
Güclü qızdırma və titrəmə ruhu
bədənindən ayrılmayanacan ona
əziyyət verib.
Əgər dünya sənə dar gəlirsə, yolun
daralırsa, ürəyin sıxılırsa və
ümidsizlik ümidi üstələyirsə, bircə
bu kəlmədən başqa heç nə
işlətmək istəmirsən:
“Allahım!”


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 470 Bölmə: Maraqlı melumatlar