beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmanli Qadinin Heyasi

İmam Seccad (e) buyurur:
Bir şexs ailesi ile birlikde deniz seferinde iken gemi qezaya uğrayır ve onun arvadından başqa bütün müsafirler helak olur. Qadın bir taxta parçasından yapışıb, yaxındakı adalardan birine çıxa bilir.
Bu adada yaşayan günahkar bir quldur ölümden xilas olmuş qadınla rastlaşır. “Sen insansan, yoxsa cin”, deye qadından soruşur. Qadın cavab verir ki, «insanam». Zalım quldur qadınla bir söz danışmamış ona öz arvadı kimi yaxınlaşır. Qadın onun bu hereketinden heyecanlanıb, titremeye başlayır. Quldur soruşur ki, «ne üçün narahatsan?» Qadın eli ile yuxarıya işare edib, “ondan qorxuram” deyir. Quldur sual verir: “Ne etmisen ki, Ondan qorxursan?” Qadın ele bir iş görmediyine and içir. Quldur deyir: “Sen ele bir iş görmediyin halda Allahdan qorxursan, seni ki, bu işe men mecbur edirem. Ona göre de men daha çox qorxmalıyam”. Quldur bu sözleri deyib, qadına toxunmadan ondan uzaqlaşır.
Bir gün bu şexs yolda bir rahible yoldaş olur. Güneşin yandırıcı şüaları her iki yolçunu taqetden salır. Rahib öz yoldaşına deyir: “Dua et ki, Allah bir bulud yetirib, bizi güneşin istisinden qorusun”. Genc cavab verir: “Menim ele bir yaxşı emelim yoxdur ki, Allahdan ne ise istemeye cüret edim”. Rahib deyir: “Onda men dua edim, sen “amin” de”. Rahib dua edir, genc “amin” deyir. Tezlikle başlarının üzerinde görünen bulud onların üstüne kölge salır. Günün yarısını kölgede geden yolçular, nehayet yol ayrıcına çatırlar. Bulud gencin getdiyi yola yönelir. Rahib genci çağırıb deyir: “Sen menden üstünsen. Duamız da sene xatir qebul oldu. Mene bu üstünlüyün sirrini aç”. Genc, qadınla adada olan görüşünü açıb söyleyir. Rahib deyir: “Sen Allahdan qorxduğun üçün günahların bağışlanıb. Bundan sonra geleceyini düşün”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 292 Bölmə: Maraqlı melumatlar