beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O Bir Gun Gelecek...

Sorsalar ki, nədi dünya? necə dünyadı denən,
Möminə dar qəfəs, kafərə ə'ladı denən,
Gələn insanı gedir tək özü tənhadı denən,
Desələr kim, əbədiyyət var? o üqbadı denən,
Hər şeyin sahibi var Həqqü Tə'aladı denən!

Düşdü Adəm necə şeytani-nəfs təsirinə,
Söylə tədbirmi olar Ləmyəzəlin təqdirinə?
Əhmədin surəti nurnan qarışıb bir-birinə,
Sorsalar Adəm olub əhf, kimin xatirinə?
Rəsulullahdır onun ismi, mübərradı denən!

Desələr ki, görəsən sahibi-təqva kimdir?
Özü bir mənbeyi-hikmət, sözü mə'na kimdir?
Şübhəsiz ki, Əlidir adil olan hakimdir,
Sorsalar, xətmi-Rəsuldan sora mövla kimdir?
Əli ibni Əbu Talib bizə mövladı denən!

Etdi kordan da həya şan, şərafətli xanım,
Odu Həzrət Əlinin övrəti ismətli xanım,
Xətmi peygəmbərin övladı sədaqətli xanım,
Sorsalar kimdi bu ismətdə ləyaqətli xanım?
O xanımlar xanımı Həzrəti-Zəhradı denən!

Həsən ibni Əli göstərdi bizə cürətini,
O, bu cürətlə qazandı özünün rəhmətini,
Cahil acizdir onun anlamağa hikmətini,
Sorsalar ki, nə üçün daddı ölüm şərbətini?
Bu şərafətli ölüm Allaha sevdadı denən!

Zeynəbin göydə mələklər eşidib naləsini,
Titrədib Əkbərin əfqanı bu yer kürrəsini,
Kim deyil aşiqi bilməz Hüseyn qüssəsini,
Sorsalar kim verib islamə susuz körpəsini?
O Əli oğlu Hüsendir yeri səhradı denən!

Vay o gündən cahana qorxulu bir səs gələcək,
Onda Rehman, bu cahan, kafərə məhbəs gələcək,
Haqqı bərpa eləsin, nuri-müqəddəs gələcək,
Sorsalar, həsrətə son qoymağa bir kəs gələcək?
Salavat çək, gəlişi sirrü-müəmmadı denən!


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 114 Bölmə: Maraqlı melumatlar