beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Herden Ele Sehvlerimiz Ve Ya Sehv Duwuncelerimiz O

Herden ele sehvlerimiz ve ya sehv düşüncelerimiz olur. Düzdü sehvsiz insan olmur amma.. Bes bu sehvleri nece düzeldek ki,bir birimizden sonra utanmayaq? Sizlere maraqlı ve lazımlı hekayeler teqdim edirem Herden ele sehvlerimiz ve ya sehv düşüncelerimiz olur. Düzdü sehvsiz insan olmur amma.. Bes bu sehvleri nece düzeldek ki,bir birimizden sonra utanmayaq? Sizlere maraqlı ve lazımlı hekayeler teqdim edirem Bir gün Şah Abbas iki ruhani vezirle – Şeyx Behai ve Mir Damadla gezintiye çıxır. Mir Damadın mindiyi at Şeyx Behainin atından azacıq geri qalırdı. Şah Abbas öz vezirlerini yoxlamaq qerarına gelir. Buna göre Mir Damada yaxınlaşıb deyir: «Görürsenmi, Şeyx Behai bizi saymır, özünü bizden üstünbilir. Ona göre atını çapıb bizden ireli düşüb».
Mir Damad Şaha bele cavab verir: «Şeyx Behaide günah yoxdur. Onun atı, belinde bu
cür alimi gezdirdiyi üçün sevincden qanad açıb uçur, ona göre de Şeyx Behai bizden ireli keçib». Sonra Şah Abbas atını sürüb Şeyx Behaiye çatır ve ona bele söyleyir: «Mir Damadı görürsenmi? Bizimle bir sırada gelmeyi özüne ar bilir. Ona göre özünü kenara çekib, bizden arxaya qalıb». Şeyx Behai ise bele cavab verir: «Şah sağ olsun, Mir Damadın mindiyi at, onun elm ve exlaqının ağırlığından geri qalır. Görün, Mir Damadın atı ne böyüklükde bir alimin yükünü çekir. Ona göre heç teeccüblü deyil ki, onun atı bizimkinden geri qalır». Şah Abbas başa düşür ki, vezirlerin ürekleri de elmleri qeder böyükdür Leysiler sülalesinin hökmdarı Yequb ibn Leys bir defe ağır xesAtelenir. Ona meslehet görürler ki, zemanesinin meşhur sufilerinden olan Sehl ibn Abdullahdan onun baresinde dua etmesini xahiş etsin. Sehl ibn Abdullah emirin sağalması üçün dua edir.

. Yequb ibn Leys sağalandan sonra Sehl üçün pul gönderir. Lakin Sehl ibn Abdullah pulu geri qaytarıb, emire bele xeber yollayır: «Men indiye kimi ne elde etmişemse, servetle yox, feqirlikle elde etmişem. Eger dünya malına alude olsaydım, heç bir duam qebul olmazdı». Bir gün meşhur alimler Molla Feyz Kaşani ile Molla Xelil Qezvininin arasında elmi mübahise düşür. İki alimin fikri toqquşur, her biri öz nezeriyyesini isbat etmek üçün deliller getirir. Axırda Qezvini Feyz Kaşanini öz fikrinden dönmeye ve onun nezeriyyesini tesdiqlemeye mecbur edir. Bununla mübahise sona çatır ve terefler ayrılıb her biri öz şeherine yola düşür (Feyz Kaşanda, Molla Xelil ise Qezvinde yaşayırmış). Bir neçe gün keçdikden sonra Molla Xelil Qezvini bir daha araşdırma aparıb bu neticeye gelir ki, hemin mübahisede Feyz Kaşaninin dedikleri
doğru imiş. Qezvini öz nezeriyyesinin sehvolduğunu anlayıb, payi-piyade Kaşana gelir. Molla Feyz onu semimi qarşılayır.
Qezvini apardığı araşdırmanın neticesini Feyze bildirib üzr isteyir ve sehv etdiyini etirafedir. Bundan derhal sonra Molla Xelil, Feyzin evini terk edib Qezvine doğru qayıdır. Feyz Kaşani ona qonaq olmağı ve dincelmeyi teklif etse de, Qezvini razı olmayıb söyleyir: «Men bura dincelmeye göre yox, senden üzristemeye göre gelmişem. Eger indi başqa meqsedle senin evinde qalsam, hemin niyyetim pozulmuş olacaq».


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 200 Bölmə: Maraqlı melumatlar