beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**FATIHE_SuReSiNiN_SaVaBiNi_SiZ_De_BiLiN**

Allahın adı ilə
Fatihə surəsinin savabını
bilirsinizmi? Bəndə " Bismilləhir -
rahmənir - rahim " deyəndə Allah
buyurur: Bəndəm Mənim adımla
başladı. Mənə vacibdir ki, onun
işlərini axıra çatdırıb
tamamlayam və onun işlərini
bərəkətli edəm.
Həzrəti Peyğəmbər (s.ə.v.v.)
buyurur: "Allah - Təala buyurur:
Mən " Fatihə " surəsini Özümlə
bəndələrim arasında
bölüşdürmüşəm: Onun yarısı
Mənim, yarısı isə bəndələrimindir
və istədiyi şeylər onun üçündür.
Bəndə " Bismilləhir - rahmənir -
rahim " deyəndə Allah buyurur:
Bəndəm Mənim adımla başladı.
Mənə vacibdir ki, onun işlərini
axıra çatdırıb tamamlayam və
onun işlərini bərəkətli edəm.
Bəndə " Əlhəmdu lillahi rəbbil -
aləmin " deyəndə Allah buyurar:
Bəndəm həmd etdi və bilir ki,
ona verilən nemətlər Mənim
tərəfimdəndir və ona baş verən
bəlaların aradan qalxması Mənim
minnət və nemətimdir. Siz
mələkləri şahid tuturam ki, Mən
axirət nemətlərini bəndəmin
dünya nemətlərinə əlavə edirəm
və axirət bəlalarını ondan dəf
etdiyim kimi dünya bəlalarını da
ondan uzaq edirəm.
Bəndə " Ərrahmənir - rahim "
cümləsini oxuyanda Allah - Təala
buyurur: Bəndəm Mənim
Rəhman və Rəhim olmağıma
şəhadət verdi. Mən də sizi şahid
tuturam ki, onun Öz
rəhmətimdən olan payını artıram
və Öz ətalarımdan olan nəsibini
əta edəm. Bəndə " Məliki
yəumiddin " deyəndə Allah -
Təala buyurar: Mən sizi şahid
tuturam ki, o, Mənim qiyamət
gününün sahibi olmağımı etiraf
etdiyi kimi Mən də onun hesab
günü hesab kitabını asan
tutacağam, onun yaxşı əməllərini
qəbul edib, günahlarından
keçəcəyəm. Bəndə " İyyakə
nə'budu " cümləsini deyəndə
Allah buyurar: Bəndəm düz
deyir: o, yalnız Mənə ibadət edir.
Mən sizi şahid tuturam ki, bu
bəndəmin ibadəti üçün o qədər
savab verəcəyəm ki, ibadətdə
onunla müxalif olanlar onun
savabına qibtə etsinlər. Bəndə "
və iyyakə nəstə'in " deyəndə
Allah buyurar: Bu bəndəm
Məndən kömək istəyib Mənə
sığındı. Mən sizi şahid tuturam ki,
işlərində ona kömək edəcəyəm
və çətinliklərdə onu həmişə
himayəm altında qərar verərəm,
qiyamət günü də onun əlindən
tutub behiştə daxil edərəm.
Bəndə " ihdinəs - siratəl -
mustəqim " deyib " Həmd "
surəsini axıra qədər oxuyanda
Allah - Təala buyurar: Bu Mənim
bəndəmdir, onun istədiklərini
ona əta edirəm. Onun dualarını
qəbul etdim, arzu etdiklərini əta
etdim, qorxduğu şeydən aman
verirəm."
ALLAH bizləri sevdiyi
bəndələrdən qərar versin
İnşəALLAH


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar