beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Cümə Günümüz Mübarək Olsun!"

"Başqa bir ilah yoxdur, tək Allah var. Onun şəriki yoxdur. Mülk Onundur, həmd də Onadır. O hərşeyə qadirdir. Allahım, sənin nəsib etdiyinə də əngəl ola biləcək yoxdur, nəsib etmədiyini də nəsib edəcək yoxdur. Və sərvət sahiblərinin sərvətləri sənə qarşı bir üstünlük təşkil edə bilməz. Yəni sərvətinə güvənib sənə qarşı olanları sərvətləri xilas edə bilməz"



"Ya Rəbbim, elimizi obamızı düşmən tapdağından xilas etməkdə yardım et."

"Ya Rəbbim, möminləri günahlarından dolayı imtahan günündə bağışla"

"Ya Rəbbim, anamızı, atamızı, bacı və qardaşlarımızı amansız xəstəliklərə düçar etmə, xəstə hallarında isə tez sağalmalarına yardım et"

"Ya Rəbbim, atasından anasından uzaq qalan insanlarımıza bunun əskikliyini çox hiss etməyəcəkləri həyat nəsib eylə."



"Ya Rəbbim, günahlarımızın hamısını... kiçiyini, böyüyünü, ilkini, sonuncusunu, gizlisini və aşikarda olanlarını bağışla."

"Ya Rəbbim, faydasız elmdən, məqbul olmayan ibadətdən, qəbul edilməyən duadan ötrü sənə sığınırıq."

"Ya Rəbbim, bilib bilmədiyimiz yaxşılıqları nəsib eylə, bilib bilmədiyimiz pis hallardan bizləri qoru."

"Ya Rəbbim, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, xəsislikdən və hər cürə xəstəlikdən ötrü sənə sığınırıq."



Xeyirli Cümələr!
Allah dua və ibadətlərimizi qəbul etsin inşAllah! Amin!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Maraqlı melumatlar