beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İblisin (lən) Evi Haradadır, Yeyəcəkləri Nədir?

Şeytan Allah dərgahından qovulandan sonra yerə enir. Bu zaman şeytan Allaha xitab edərək, deyir: “Pərvərdigara! Məni yerə göndərdin və dərgahından qovdun. Behişt nemətlərindən məhrum etdin. Mənim yer üzündə bəzi ehtiyaclarım vardır ki, yaşaya bilim. Onları mənim üçün hazır et”. Xitab gəlir ki, hacətin nədir? Şeytan deyir: “Allahım! Mənim evə və mənzilə ehtiyacım vardır və mənə mənzil ver”. Xitab gəlir: “Sənin evini hamam qərar verdim. (Hamama daxil olmağın hökmlərindən biri də budur ki, “Əuzu billəhi minəş-şeytanir-racim” deyəsən ki, şeytanlar sənə baxmasınlar)”.



Dedi: “Mənim oturmağa ehtiyacım vardır. Oturmaq üçün bir yer və məkan istəyirəm”. Xitab gəldi: “Sənin oturacağın yer mağazalar, bazarlar, küçələrdir. Orada otur ki, insanları sələmə, rüşvətə, yalana, xəyanətə çəkəsən”.



Dedi: “Allahım! Mən yemək istəyirəm, yeməyim haradan təmin ediləcəkdir?”. Xitab gəlir: “Sənin yeməyini “Bismilləhir-Rahmənir-Rahim!” deyilməyən süfrələrdə qərar verdim”.



Dedi: “Allahım! Mənim içəcəklərə və suya ehtiyacım var, onları haradan əldə edə bilərəm?” Xitab gəlir: “Sənin içəcəklərin şərab və məstedici içkilərdir”.



Dedi: “Mən azan və azan deyən istəyirəm”. Xitab gəlir: “Sənin azanın musiqi alətləri və azan oxuyanın isə bu alətlərlə çalanlardır”.



Dedi: “Mənim Qurana ehtiyacım vardır. Mənim üçün Quran qərar ver ki, ona baxım və məşğul olum”. Xitab gəlir: “Sənin Quranın şeirdir”. (yəni, mənasız və bihudə şeirlər).



Dedi: “Mənim kitaba ehtiyacım vardır, mənim üçün kitab qərar ver ki, onu oxuyum”. Xitab gəlir: “Sənin kitabın döymələrdir (bədənə vurulan döymələr)”.



Dedi: “Mənim hədisə ehtiyacım vardır”. Xitab gəlir: “Sənin hədisin yalandır, o kəslər ki, yalan danışır, sənin hədisini danışırlar”.



Dedi: “Mənim ova və şikara ehtiyacım vardır”. Xitab gəlir: “İmanı və təqvası süst olan qadınları sənin ov vasitən etdim ki, onların vasitəsilə insanları yolundan azdırasan”.



Allah Təala bizləri lənətlik iblisin şərindən amanda saxlasın!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar