beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Imamlarin Dualari

Həzrət Musa (ə)-ın duası:
Quran həzrət Musa (ə)-ın Allahdan ruzi istəməsi barəsində buyurur: "...Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” ( Qəsəs surəsi, 24-cü ayə)

Həzrət Süleyman (ə)-ın duası
Allah-təala həzrət Süleyman (ə)-ın duasını belə nəql edir: "Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!” ( Nəml surəsi19-cu ayə.)

Həzrət Zəkəriyya (ə)-ın duası:
O həzrət Allah-təaladan salih övlad istəyərkən belə dua etdi: "Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!” (Ali İmran surəsi, 38-ci ayə.)


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 154 Bölmə: Maraqlı melumatlar