beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrətamiz Hekayə (mütləq Oxuyun)!!!

Həyatını günahlarla doldurmuş bir adam yağışlı və palçıqlı bir gündə ayağı sürüşür və yerə yıxılır. Yıxılan zaman üstündəki paltarlar çirklənməsin deyə əlləri ilə yerdən tutur və ayağa qalxır. Yerdən tutuduğu üçün sağ əli daha çox çirklənmişdi. Amma bu bədəvi və mədəniyyəti olmayan biri əlini yumaq yerinə bir yerə silməyi üstün tutur. Siləcək bir yeri olmadığından həmin anda yoldan keçən bir uşağın başını oxşayaraq əlini silər və ordan ayrılar. Bu hərəkətdən uşağın xəbəri belə olmadı. Adam qısa bir müddət sonar günahlarına tövbə edəcək fürsət belə tapmamış vəfat edir. Getdiyi yer mələklər tərəfindən göstəriləcəyi zaman çox qorxar, çünki həyatı baş bütün günhlarla doludur. Cəhənnəmi gözləyərkən həmin anda mələklər ona cənnət bağçalarından bir bağça göstərirlər. Adam çaşıb qalır və bu qədər günahı olduğu bir halda necə olurda Allah ona cənnəti nəsib edər
- O quluma söyləyin, bir gün əli palçığa bulaşdığında, o, əlini silmək üçün bir uşağın başını oxşamışdı. Etdiyi hərəkət yalnış olsa belə o uşaq yetim idi. Kimsə ona yaxınlaşıb başını oxşamamışdı. O qulum pis niyyətli olsa da o yetimi o qədər sevindirdi ki; mən də o gözəl yetim qulumun hörmətinə o günhkar qulumu bağışladım.
Peyğəmbərimizdən bir hədis "Kim məhəbbətlə əlini bir yetimin başına çəksə, Allah qiyamət günü yetimin başındakı
tükün sayı qədər ona nur bağışlayacaq"...


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar