beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cadu-bəddua,Cin-Şeytanla Mübarizə

Bu gün həyatımızda paxılıq, nəzər, pis niyyət kimi cin, şeytan əməllərinə yiyələnən insanlar geniş vüsət almışdır. Başqasının uğurunu gözü götürməyən pis insanlar başqa yollara əl ataraq insanlıq çərçivəsində çıxırlar və qara magiyanın təsirinə qapılaraq şeytan donunu geyinib insanlıqlarını unudub günahlara batırlar.


Bu fakt isə ən çox özünü cavan qızların kiminsə inadı və paxıllığı ucbatından üzləşdiyi problemlərdə özünü doğurur, bəzən bu onların ailə qurmaq arzularının qəlblərində öldürməsi, bəzən isə yaşlarının müəyyən hissəsini itirərək sadəcə tək qalmamaq üçün istəmədikləri insanla ailə həyatı qurmaları ilə nəticələnir. Kiminsə göz götürməməsi sayəsində sevgi ilə qurulan ailələr dağılır,övladlar valideyinlərindən uzaq düşürlər.
Falçılara bəd işlər üçün üz tutan insanlar bilmirlərki etdikləri əməllər bir gün onların qarşısına çıxacaq. Hətta onların etdikləri pisliklərin dərəcəsinə məhəl qoymamaları bir yana itirdikləri zamana və pullara heyifləri gəlmir.
Qonşusunun, qohumunun işində irəliləyişi görən insan paxılıq içərisində boğulur və yalnız cadu-dua ilə əziyyət çəkib yüksələn insanı kiçiltmək, heç kim etmək prinsipini önünə qoyur və çox vaxt o insanın uğursuzluğuna şahid olur. Qapının önünə atılan cürbəcür rəngli sular, torpaq, rəngbərəng saplar caduya batırılaraq irəliyə gedən insanın süqutuna bu əməlləri edən insanın isə uğuruna səbəb olur.
Allah hər kəsin doğulduğu anından etibarən alnına yazısını yazır. Yazılan bu yazı heç kim tərəfindən nə dəyişdirilə bilər nə də uzadılıb-azaldıla bilər sadəcə qara magiya ilə edilən cadu, nəfəs insanın həyatında müəyyən ləngimələr yarada bilər, insanın sağlamlığına mənfi təsir edə bilər.
Allah onun işinə qarışan bütün insanları özü bildiyi kimi zamanında cəzalandırır. Şeytan əməli olan bəd işlər isə hələ qədim dövrlərdən qalmışdır sadəcə ağılı insan özünüzü pis əməllərdən qorumaq üçün yalnız Allah Təalaya güvənmək və onun bizə göndərdiyi müqqədəs kitabı olan “Qurani Kərimi” əbədi kitabımız bilib dualarını oxumaqda görür.
Bizə bəxş edilən duaların təsir gücünə inanıb Sizə dini kitabımızda qeyd olunan ayələri nəzənizə çatdırırıq.
Sehr və cadudan qorunmaq üçün:
Fatihə surəsi, Ayətəl-Kürsi, İxlas surəsi, Fələq surəsi, Nas surəsi və Salavat;
Nəzərdən qorunmaq üçün:
Ayətəl-kürsi, Fatihə surəsi, İxlas surəsi, Fələq surəsi və Qələm surəsi;
Cin qəlbinə dolmuş insan üçün:
Ə`raf, Yusif, Taha surələri;
oxunarsa pis əməllərdən uzaqlaşmış və cadular batil olar.
Cadu və bədduadan qorumağın ən əsas yolu isə Namaz qılaraq Allahın haqq yolunu tutmaqdır. Unutmayaq ki, Allah ona pənah gətirənləri nəzərinədən əsla qaçırmaz, onlara dayaq olar.
Allah köməyiniz olsun!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 157 Bölmə: Maraqlı melumatlar