beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhli Beyt (a.s.) Qurani Kərimdə [ II Hissə ]

Vilayət Ayəsi

Müqəddəs Quranda oxuyuruq:
«Həqiqətən, Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və ruku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir. Allahı, Peyğəmbəri (s.a.a.) və iman gətirən şəxsləri özlərinə vəli seçən şəxslər, şübhəsiz Allahın dəstəsi qalib gələnlərdir.» (Maidə surəsi, ayə 55-56.)
Zəməxşəri Kəşşaf təfsirində yazır: Bu ayə Əli (a.s.) haqqında nazil olmuşdur. Bir gün o həzrət (a.s.) məsciddə namaz qılıb ruku halında olduğu zaman, bir yoxsul ondan kömək istədi. Əli (a.s.) öz üzüyünü çıxardıb ona verdi.
Əgər soruşsalar ki, bu ayədə şəxs əvəzliyi cəm formasında işlənib və onda necə olur ki, həzrət Əli (a.s.) bir nəfər olduğu halda, bu cəm əvəzliyi ona aid olur? Cavabında deməliyik ki, bu ayə Əli (a.s.) haqqında nazil olmuşdur. Amma, əvəzliyin cəm formasında işlənməsindən məqsəd başqalarını da hər cür şəraitdə zəkat verməyə rəğbətləndirərək, onun kimi savab qazanmağa nail etməkdir. Həmçinin möminlər üçün bir növ əxlaq dərsidir ki, hətta namaz qılınan halda da kasıblara kömək etməyi və yoxsullara əl tutmağı gecikdirməsinlər. (Kəşşaf təfsiri, əl-Zəməxşəri, Maidə surəsi, 55-ci ayə.)
Digər tərəfdən unutmamalıyıq ki, müqəddəs Quran bu kimi misallarla (bir nəfər üçün cəm şəkilçisi işlətməklə) doludur.
Vahidi öz «Əsbabün-nuzul» kitabında bu ayənin nazil olma səbəbini belə izah edir:
Bu ayənin sonuncu hissəsi Əli ibn Əbi Talib (a.s.) haqqındadır. Çünki, yalnız o həzrət namazın rüku halında öz üzüyünü yoxsula vermişdir. (Əsbabün-nüzul (Vahidi), Maidə surəsi 55-ci ayə.)
Bu ayənin həzrət Əli (a.s.) haqqında nazil olmasını təsdiq edən çoxlu təfsir və hədis kitabları da vardır. Lakin bunların hamısının adını qeyd etmək və yazılarını təqdim etmək, söhbətin uzanmasına səbəb olduğu üçün ixtisar edilir. Ətraflı məlumat əldə etmək istəyənlər Əhli-beyt (a.s.) və Əhli-sünnə məzhəblərinin müxtəlif hədis və təfsir kitablarına müraciət edə bilərlər.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 39 Bölmə: Maraqlı melumatlar